Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6496/2025 16.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadəsində olan mənzilin cavabdeh və ailə üzvləri tərəfindən boşaldılması” tələbi barədə iddiası barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı- kredit müqaviləsi əsasında iddiaçının istifadəsində olan ünvan 1 ünvanda (kirayədə qalan) Cavabdeh ev əşyaları ilə birlikdə mənzili boşaltmasına və tərəfindən məhkəməyə ödənilmiş 101 manat dövlət rüsumunun tutulub iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanı kredit əsasında iddiaçının istifadəsinə verilmişdir. Cavabdeh isə ev alqı satqısı üzrə vasitəçisi tərəfindən Cavabdeh verilmişdir. Cavabdeh tərəfindən ödənilən kirayə haqqından müəyyən faizini vergi ödəyirdi. Cavabdeh mənzilində bir ildən artıqdır ki, yaşayır, həmin müddətin beş ayının kirayə haqqını artıq beş aydır ki, ödəməkdən boyun qaçırır, nədəki mənzilini boşaltmır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi X3 məhəkəmə iclasında bildirdi ki, Bakı şəhər, Xətai rayon, Cavanşir küçəsi 9, bina 1A, 10 saylı mənzil onun ərinə məxsusdur, həmin mənzili cavabdehə kirayə vermişlər, lakin son beş aydır ödənişlər edilmir, ona görə də, iddianın təmin edilərək, Cavabdeh mənzili boşaltması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin yazılı etirazı: Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinə etiraz etmişdir. 2024-cü ilin yanvarın 26-da onunla iddiaçı arasınd a3 otaqlı 3 illik kirayə müqaviləsi bağlanmışdır, 2024-cü ilin fevralın 17-də ailəsi iki azyaşlı övladı və 1-ci qrup əlil olan həyat yoldaşı ilə birlikdə həmin mənzilə köçmüşdür, mənzil tam boş vəziyyətdə təhvil verilmişdir. müəyyən müddət sonra iddiaçı ona kirayə haqqını 450 manatdan 700 manata qaldırdığını, qiymət qane etmirsə evin boşaldılmasını tələb etmişdir. Cavbdeh bildirir ki, müqavilə müddəti və şərtlərinə əsasən razılaşmamış və ailəsi ilə qanuni şəkildə həmin mənzildə yaşamışdır, kirayə haqqını ödəmək üçün dəfələrlə pul təklif etsədə iddiaçı pulu qəbul etməmiş, əksinə əlaqəni kəsmiş və normal şəkildə kontakt yaratmağa imkan verməmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İş materiallarında olan, xx.xx.2024-cü il tarixli yazılı razılıq vərəqindən görünür ki, Fətəliyev X1 9, bina 1A, 10 nömrəli mənzili Cavabdeh 3 illik kirayə, 450 manat müqavilində 3 il ərzində kirayə (əşyasız), ailə üzvləri ilə birlikdə verilmiş, hər iki şəxs tərəfindən imzalarla təsdiqlənmişdir. İş materiallarında olan, Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilən xx.xx.2022ci il tarixli, XD-329 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" MTK ilə "xxxx"ASC (borc verən) ilə aralarında bağlanmış birgə fəaliyyət haqqında saziş çərçivəsində bu müqaviləyə əsasənb borc verən borc alana 120 ay müddətinə 49856,64 manat məbləğində, kreditdən istifadəyə görə illik 6% faiz ödəmək şərti ilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən MTK-dan Payçı müqaviləsinə əsasən pay hüququ əldə edilən ünvan 3 ünvanda tikilən, bina 1A,-cü mərtəbədə yerləşən, ümumi sahəsi 112,9 kv.m olan 3 otaqlı 10 nömrəli mənzilin qalıq borcunun maliyələşdirilməsi təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan, "xxxx" mənzil-tikinti kooperativi Pay qoyuluşu haqqında xx.xx.2022-ci il tarixli, 437/1A-3M/10 nömrəli müqavilədən görünür ki, "Payçı" (İddiaçı ) mənzilin ümumi dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə pay haqqı kimi "Kooperativ"ə ödəyir. "Kooperativ" pay haqqı müqabilində ünvan 4 ünvanında inşa edilən 1-ci mərtəbəsi uşaq bağçası olmaqla 16 mərtəbəli, 5 ədəd 1 bloklu, 487 mənzilli yaşayış kompleksində, binanın püşkatma yolu ilə müəyyənləşdiriləcək girişində (blokunda) və mərtəbəsində (fiziki qüsurları yuxarı mərtəbəyə qalxmasına çətiniik yaradan əllilərə püşkatmadan kənar olaraq aşağı mərtəbədən mənzil ayrılır), ümumi sahəsi (ümumi sahəyə otaqlar, sanitar qovşağı mətbəx, dəhliz, yığnaq yeri, habelə lociyalar, eyvanlar, şüşəbəndlar və terraslar daxildir)112,9 m2, razıiaşdnlmış satıs sahəsi (bayır və ara divarlar, məhəccərlər, soba daxil olmaqla mənzilə aid bütün sahə) 112,9 m2 təşkil edən 3 otaqlı mənzili təmir olunmuş vəziyyətdə “Payçı"ya verməyi öhdəsinə götürür. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli ********** və ********** nömrəli qəbzlərdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizə verilərkən 101,20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.2-ci maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 684.2-cü maddəsinə əsasən, kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" mənzil-tikinti kooperativi Pay qoyuluşu haqqında xx.xx.2022-ci il tarixli, 437/1A-3M/10 nömrəli müqavilədən görünür ki, İddiaçı MTK-dan Payçı müqaviləsinə əsasən pay hüququ əldə edilən ünvan 3 ünvanda tikilən, bina 1A, 3-cü mərtəbədə yerləşən, ümumi sahəsi 112,9 kv.m olan 3 otaqlı 10 nömrəli mənzilini kredit müqaviləsi əsasında almışdır. xx.xx.2024-cü il tarixli yazılı razılıq vərəqindən göründüyü kimi, İddiaçı tərəfindən ünvan 1 saylı mənzili üç illik, 450 manat müqabilində Cavabdeh ailəsi ilə birlikdə yaşaması üçün kirayəyə verilmişdir. Hal-hazırda iddiaçı cavabdehin kirayə haqqını ödəmədiyi üçün əşyaları ilə birlikdə mənzildən çıxarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, kirayə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Hazırki, mülki iş üzrə kirayəçi qismində olan Cavabdeh razılaşmanın şərtlərini pozaraq, yaşayış sahəsindən istifadə etsə də, kirayə haqqını kirayə verən, İddiaçı ödəməmiş, kirayə verənin xəbərdarlığına baxmayaraq, mənzili tərk etməmişdir. Bu hal cavabdehin yazılı etirazında da öz əksini tapmışdır. Buna görə məhkəmə hesab edir ki, iddiaçı özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdə haqlı olduğundan iddia təmin edilməlidir. Odur ki, Bakı şəhər, Xətai rayon, Cavanşir küçəsi 9, bina 1A, 10 nömrəli mənzildə hər hansı bir hüququ mövcud olmayan cavabdehin yaşaması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hal olduğundan Cavabdeh ev əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 101 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhər, Xətai rayon, Cavanşir küçəsi 9, bina 1A, 10 nömrəli mənzildən ev əşyaları ilə birlikdə çıxarılsın və iddiaçı tərəfindən ödənilmiş 101 (yüz bir) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-6496/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6496/2025
16.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver