Məhkəmə qərarları › İş №2(011)-65/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-65/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-65/2022 01.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh və qeyrisinə qarşı “çəkilmiş xərclərin qaytarılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMC-nə qarşı – Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilin təmir-tikintisi üçün çəkilən 24507,90 manat, mütəxəssis rəyinin alınması məqsədilə çəkilən 300 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın, ümumilikdə 24837,90 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh "xxxx" MMC və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 102.4 kvadrat metr olan 3 otaqlı 3 saylı mənzildən İddiaçı ailə üzvləri ilə birlikdə çıxarılması və mənzilin boşaldılması, 10 iyul 2006-cı il tarixli müqaviləyə əsasən həmin mənzilə Cavabdeh sahiblik və istifadə hüququnun tanınması, mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi, mənzilin açarının ona təqdim edilməsi, həmin mənzildə təmir işlərinin başlanmasına şərait yaradılması, mənzilə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifələrinin cavabdeh "xxxx" MMC-nə həvalə edilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMC-nə qarşı iddia irəli sürərək iddiaçı Cavabdeh ilə cavabdeh "xxxx" MMC arasında ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 102,4 kvadrat metr olan 3 otaqlı 3 saylı mənzilə dair xx.xx.2006-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 20 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 102,4 kvadratmetr olan 3 otaqlı 3 saylı mənzilə dair mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı adına “zərərin əvəzinin ödənilməsinə dair” müqavilənin verilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-1130/2018 saylı qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 20 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 102.4 kvadrat metr olan 3 otaqlı 3 saylı mənzilinin İddiaçı və "xxxx" MMC tərəfindən Cavabdeh təhvil verilməsi və onun həmin mənzilə dair sahiblik və istifadə hüququnun tanınması, İddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması, mənzilin açarlarının İddiaçı tərəfindən iddiaçıya təqdim olunması və mənzilin boşaldılması, iddianın qalan hissədə təmin olunmaması, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı iddiasının təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1259/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. AR Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)-4346/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə müstəqil tələb irəli sürəri üçüncü şəxs İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1259/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10754/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. AR Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)-1089/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Bundan sonra birinci instansiya məhkəməsinin qətnaməsi icraya yönəldilmiş, iddiaçı və ailə üzvləri qeyd edilən mənzildən çıxarılmış, iddiaçı tərəfindən mənzilin təmir xərclərinin dəyəri onlara ödənilməmişdir. Qeyd edilən məhkəmə aktları ilə sübut edilir ki, mübahisəli mənzil iddiaçı tərəfindən təmir edilmiş, qətnamə icra edildiyi günədək iddiaçı və ailə üzvləri həmin mənzildə yaşamışlar. Qəbul edilmiş məhkəmə aktlarından həmçinin o da müəyyən edilir ki, (Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə) iddiaçının birinci aldığı mənzilin sonradan başqa şəxsə satıldığı aşkar edilmişdir. Belə ki, iddiaçı ilkin olaraq ünvan 3 ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 4-cü mərtəbəsində, 1-ci blok, ümumi sahəsi 117 kv.m olan, 3 otaqdan ibarət 25 saylı mənzili əvvəlki sahibi X1 58000 ABŞ dolları ödəməklə almış və müqaviləni onun qayınatası Elman Tağıyevlə bağlamışdır. İstintaq dövründə isə iddiaçı MMC tərəfindən başqa mənzillə təmin edildiyi üçün şikayətçi olmamışdır. xx.xx.2020-ci il tarixli, DİN BPQMİ-nin MAPS arayışına əsasən Cavabdeh qeydiyyatı üzrə heç bir məlumat aşkar edilməmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələblərinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək iddia tələbini yalnız Cavabdeh qarşı yönəltmiş və məhkəmədən, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilin təmir-tikintisi üçün çəkilən 24507,90 manat, mütəxəssis rəyinin alınması məqsədilə çəkilən 300 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğdə pulun, ümumilikdə 24837,90 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X3 iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə, məhkəməyə çağırılsa da, lakin məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli 2(011)-1130/2018 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 20 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 102.4 kvadrat metr olan 3 otaqlı 3 saylı mənzilinin İddiaçı və "xxxx" MMC tərəfindən Cavabdeh təhvil verilməsi və onun həmin mənzilə dair sahiblik və istifadə hüququnun tanınması, İddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması, mənzilin açarlarının İddiaçı tərəfindən iddiaçıya təqdim olunması və mənzilin boşaldılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12591/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4364/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından görünür ki, müstəqil tələb irəli sürəri üçüncü şəxs İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1259/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10754/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 1089/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin UNİ/O 24-204/20 saylı xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı tərəfindən ünvan 1ünvanının daxilində görülən təmir-tikinti işlərinin həcmi və dəyəri bazar qiymətləri nəzərə alınmaqla 24507,90 manat təşkil etmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 10/1885 saylı xx.xx.2021ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 20 saylı binanın, 3 saylı mənzilində aparılmış təmirinə çəkilmiş xərclərin amortizasiya olunma faktı və hazırki bazar qiymətləri nəzərə alınmaqla və eləcədə iş materiallarında olan foto şəkillərə əsasən dəqiq dəyəri müəyyən etmək mümkün olmamışdır. İş materiallarında görünür ki, "xxxx" MMC-nin H/01-PLS saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən 20 nömrəli evin 3 nömrəli mənzilinin amortizasiyası nəzərə alınmaqla təmirinə çəkilən xərclərin dəyəri 21150 manatdır. Beləliklə, məhkəmə araşdırması zamanı mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, İddiaçı 2008-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən 20 nömrəli evin 3 nömrəli mənzilini əldə etmiş, sonradan Cavabdehla aralarında olan məhkəmə mübahisələrinin yekunu olaraq İddiaçı 2020-ci ildə ailə üzvləri ilə birlikdə mənzildən çıxmışdır. İddiaçı uzun müddət mənzildə yaşamış və mənzili təmir etmişdir. Odur ki, iddiaçı əsaslı olaraq mənzilə çəkdiyi təmir xərclərinin dəyərinin cavabdeh tərəfindən ona ödənilməsini tələb edir. İddiaçı mənzildən çıxarkən mənzildə apardığı təmir-tikinti işlərinin foto şəkillərini çəkmiş, habelə mənzilə edilmiş təmir-tikinti işlərini qiymətləndirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 157.6 və 157.7-ci maddələrinə əsasən, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Sadalanan xüsusatlara və qanunvercilik normalarına əsasən, məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzildə yaşadığı dövrdə sonradan Cavabdeh təhvil verilmiş mənzili təmir etdirməsi nəticəsində cavabdeh əsassız varlanmışdır. Həmçinin iddiaçı tərəfindən özünə məxsus olduğunu guman etdiyi mənzili təmir etdirməsi nəticəsində ona zərər dəymişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbi əsaslı olsa da, lakin həcminə görə qismən əsaslıdır. Belə ki, iddiaçı mənzilin təmirinə ümumilikdə 24507,90 manat xərc çəkdiyini bildirsə də, lakin iddiaçı özü də həmin mənzildə bu illər ərzində yaşayaraq, mənzildən istifadə etmişdir. Mənzilə çəkilmiş təmir xərclərinin amortizasiya dəyəri nəzərə alınmaqla dəyərinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən müstəqil qiymətləndirici cəlb edilmiş və müstəqil qiymətləndirici tərəfindən təqdim edilən hesabata əsasən, mübahisəli Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən 20 nömrəli evin 3 nömrəli mənzilinin təmirinin hazırkı vaxta olan dəyərinin 21150 manat olması müəyyən edilmişdir. Məhkəmə əlavə olaraq, qeyd edir ki, iş üzrə iki rəydən "xxxx" MMC-nin verdiyi rəydə amortizasiya (köhnəlmə) norması nəzərə alınmaqla, mənzilə çəkilmiş təmir xərclərinin qalıq dəyəri müəyyən olunduğuna görə, məhz bu rəy vurulmuş maddi zərərin miqdarını müəyyən edilməsi üçün məhkəmə tərəfindən mötəbər sübut növü kimi qiymətləndirilir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə müstəqil qiymətləndiricinin verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli mənzilə iddiaçı tərəfindən çəkilmiş təmir xərclərinin qalıq dəyəri olan 21150 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, məhkəmə xərclərinə daxil olan mütəxəssis rəyinin alınması məqsədilə çəkilən 300 manat və dövlət rüsumu olaraq iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, müstəqil qiymətləndiricinin çəkdiyi xərclərin dəyəri Cavabdeh tutulmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, müstəqil qiymətləndiricinin çəkdiyi xərclərin dəyəri 300 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas hissədə iddiaçının xeyrinə təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – müstəqil qiymətləndiricinin çəkdiyi xərclərin dəyəri cavabdehdən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən 20 nömrəli evin 3 nömrəli mənzilinin təmir xərclərinin dəyəri olaraq 21150 (iyirmi bir min yüz əlli) manat məbləğində pul vəsaiti, mütəxəssis rəyinə görə ödənilmiş 300 (üç yüz) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə mübahisəli mənzilin təmirinə çəkilmiş xərclərin qiymətləndirilməsi üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar