Məhkəmə qərarları › İş №2(011)-6565/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6565/2024

26.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Övladlığa götürmənin ləğvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6565/2024 26.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, Ərizəçi1, Ərizəçi2 Məmmədhüseyn oğlunun övladlığa götürmənin ləğv edilməsi tələbinə dair ərizəsinə baxaraq, müəyyən etdi: Ərizəçi1, Ərizəçi2 Məmmədhüseyn qızı ərizə ilə məhkəməyə müraciət edərək, 13 aprel 2009-cu il təvəllüdlü X1 ərizəçilər tərəfindən övladlığa götürülməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçı məhkəməyə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə müraciət etsə də, hazırki tələbə xüsusi icraat qaydasında baxılmalı deyil. Belə ki, zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 351-ci maddəsinə əsasən uşağın övladlığa götürülməsinin ləğv edilməsi haqqında işlərin baxılması və həlli iddia icraatı qaydasında həyata keçirilir. Göründüyü kimi, övladlığa götürülmənin ləğv edilməsinə xüsusi icraat qaydasında baxıla bilməz, həmin fakta iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2 Məmmədhüseyn qızı iddia icraatı qaydasında baxılmalı olan tələbin xüsusi icraat qaydasında baxılmasını tələb etdiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Ərizəçi1, Ərizəçi2 Məmmədhüseyn qızının ərizə ilə məhkəməyə müraciət edərək, 13 aprel 2009-cu il təvəllüdlü X1 ərizəçilər tərəfindən övladlığa götürülməsinin ləğv edilməsi tələbi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın.. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar