Məhkəmə qərarları › İş №2(029)-974/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-974/2025

13.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Övladlığa götürmənin ləğvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-974/2025 13.11.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs2 qarşı övladlığa götürmənin ləğv edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs2 qarşı övladlığa götürmənin ləğv edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qaydada qarşılıqlı razılaşma əsasında onun X7 və X2 tərəfindən övladlığa götürülməyinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1990-cı ildə Qusar rayonu Zuxul kəndində anadan olmuşdur. Sonradan o, X7 və X2 tərəfindən övladlığa götürülmüş və Bakı şəhəri Nizami rayon VVAQ şöbəsinin xx.xx.1992-ci ildə övladlığa verilməsi barədə Maraqlı şəxs1nə bildiriş daxil olmuş, xx.xx.1990-cı il tarixli Qusar rayon Yuxarı Kalunxur kənd soveti tərəfindən verilmiş doğum haqqında akt qeydinin üzərində dəyişiklik edilərək onun adına XVİİ-JQ 288070 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Hal-hazırda o, övladlığa götürənlər və onun valideynləri qarşılıqlı razılaşma əsasında övladlığa götürmənin ləğvini istəyirlər. Bu məqsədlə qarşılıqlı razılaşma əsasında onun X7 və X2 tərəfindən övladlığa götürülməyinin ləğv edilməsi barədə Qusar rsayon Qeydiyyat Şöbəsinə müraciət etsə də həmin şöbə bununla bağlı məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Eyni zamanda o, müraciətində övladlığa götrürmənin ləğv edilməsini xahiş etsə də, qeydiyyat şöbəsi ona valideynləri kimi doğma valideynləri göstərilməklə yeni doğum haqqında şəhadətnamənin mümkün olmadığı bildirilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Ərizəçi ərizəsində göstərilənləri müdafiə edərək ərizəsinin təmin olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişlər ki, o, ərizəni müdafiə edir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs4 Ərizəçi ərizəsində göstərilənləri müdafiə edərək ərizəsinin təmin olunmasını xahiş etmişlər. Maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişlər ki, onlar, ərizəni müdafiə edir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, işə onların iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs1nə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə rədd edilməlidir. Belə ki, işdə olan X2 tərəfindən Maraqlı şəxs1nə ünvanlanmış ərizədən görünür ki, xx.xx.1990-cı ildə Qusar rayonu Zuxul kəndində anadan olmuş Ərizəçi Talib qızı sonradan X7 və onun tərəfindən övladlığa götürülmüş və Bakı şəhəri Nizami rayon WAQ şöbəsinin xx.xx.1992- ci ildə övladlığa verilməsi barədə Maraqlı şəxs1nə bildiriş daxil olmuş, xx.xx.1990-cı il tarixli Qusar rayon Yuxarı Kalunxur kənd soveti tərəfindən verilmiş doğum haqqında akt qeydinin üzərində dəyişiklik edilərək Ərizəçi Talib qızının adına XVİİ- JQ 288070 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Hal-hazırda Ərizəçi Talib qızı, o və Ərizəçi doğma valideynləri qarşılıqlı razılaşma əsasında övladlığa götürmənin ləğvini istəyirlər. Odur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qaydada qarşılıqlı razılaşma əsasında Ərizəçi Talib qızının X4 və mənim tərəfimdən övladlığa götürülməsinin ləğv edilməsini xahiş etmişdir. İşdə olan X8 və X2 tərəfindən övladlığa götürülmüş Ərizəçi doğma anası Maraqlı şəxs4 İsaməddin qızının və doğma atası Maraqlı şəxs3 tərəfindənMaraqlı şəxs1nə ünvanlanmış ərizədən görünür ki, xx.xx.1990-cı ildə Qusar rayonu Zuxul kəndində anadan olmuş Ərizəçi Talib qızı sonradan X7 və X2 tərəfindən övladlığa götürülmüş və Bakı şəhəri Nizami rayon VVAQ şöbəsinin xx.xx.1992-ci ildə övladlığa verilməsi barədə Maraqlı şəxs1nə bildiriş daxil olmuş, xx.xx.1990-cı il tarixli Qusar rayon Yuxarı Kalunxur kənd soveti tərəfindən verilmiş doğum haqqında akt qeydinin üzərində dəyişiklik edilərək Ərizəçi Talib qızının adma XVİİ-JQ 288070 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Hal-hazırda Ərizəçi Talib qızı, o, əri və Ərizəçi övladlığa götürmüş X2 qarşılıqlı razılaşma əsasında övladlığa götürmənin ləğvini istəyirlər. Odur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qaydada qarşılıqlı razılaşma əsasında Ərizəçi Talib qızının X4 və mənim tərəfimdən övladlığa götürülməsinin ləğv edilməsini xahiş etmişlər. İşdə olan X6 tərəfindən Maraqlı şəxs1nə ünvanlanmış ərizədən görünür ki, o, Ərizəçi Talib qızı xx.xx.1990-cı ildə Qusar rayonu Zuxul kəndində anadan olmuşdur. Sonradan o, X7 və X2 tərəfindən övladlığa götürülmüş və Bakı şəhəri Nizami rayon VVAQ şöbəsinin xx.xx.1992-ci ildə övladlığa verilməsi barədə Maraqlı şəxs1nə bildiriş daxil olmuş, xx.xx.1990-cı il tarixli Qusar rayon Yuxarı Kalunxur kənd soveti tərəfindən verilmiş doğum haqqında akt qeydinin üzərində dəyişiklik edilərək onun adına XVİİ-JQ 288070 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Hal-hazırda o, övladlığa götürənlər və onun valideynləri qarşılıqlı razılaşma əsasında övladlığa götürmənin ləğvini istəyirlər. Odur ki, Ailə Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qaydada qarşılıqlı razılaşma əsasında onun X7 və X2 tərəfindən övladlığa götürülməyinin ləğv edilməsini xahiş etmişdir. İşdə olan AZ-İ 362899 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 03 may 2009-cu ildə ölmüşdür. İşdə olan XVİİ-ЖГ saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxx 1990-cı ildə anadan olmuşdur. X3, anası X1r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 131.1. Övladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir. 131.3. Məhkəmənin övladlığa götürməni ləğv etmək haqqında qətnaməsinin qüvvəyə mindiyi gündən övladlığa götürməyə xitam verilir. 131.4. Övladlığa götürmənin ləğv olunması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

133. Övladlığa götürmənin ləğv olunmasını övladlığa götürənlərin özləri, uşağın valideynləri, övladlığa götürülən 14 yaşına çatmış uşaq və müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. 134.7. Məhkəmə övladlığa götürülməni ləğv etdikdə, övladlığa götürülmüş uşağın və övladlığa götürənlərin (onların qohumlarının) qarşılıqlı hüquq və vəzifələrinə xitam verilir. Uşağın mənafeyi bunu tələb edərsə, onunla valideynləri (onun qohumları) arasında qarşılıqlı hüquq və vəzifələr bərpa olunur.

135. Uşaq yetkinlik yaşına çatdıqda övladlığa götürmənin ləğvinə yol verilmir. Lakin övladlığa götürən, övladlığa götürülən və övladlığa götürülənin valideynləri (valideynlər sağdırsa, valideynlik hüquqlarından məhrum olunmamışdırsa, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməmişdirsə) arasında qarşılıqlı razılığa əsasən övladlığa götürmənin ləğvinə yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 351-ci maddəsinə əsasən, uşağın övladlığa götürülməsinin ləğv edilməsi haqqında işlərin baxılması və həlli iddia icraatı qaydasında həyata keçirilir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına qiymət verərək belə hesab edir ki, hazırkı iş üzrə ərizəçi öz əmisi tərəfindən övladlığa götürülsə də, bu formal olaraq qalmış, ərizəçi yetkinlik yaşına çatmışdır. İş materiallarında olan ərizələrdən də görünür ki, ərizəçinin öz doğma bioloji ata və anası, həmçinin övladlığa verilmiş anası öz aralarında övladlığa götürülmənin ləğvi ilə bağlı razılığa gəlmişlər. Onlar öz razılıqlarını imza ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə belə qənaətə gəlir ki, iddiaçının övladlığa götürülməsi formal xarakter daşıdığından, eyni zamanda cavabdehlərin övladlığa götürülmənin ləğvinə qarşılıqlı razılıqları olduğundan, iddia tələbi övladlığa götürülmənin ləğvi hissəsində təmin edilməlidir.

Məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qaydada qarşılıqlı razılaşma əsasında Ərizəçi X7 və X2 tərəfindən övladlığa götürülməyi ləğv edilməlidir.

Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 345-350, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qaydada qarşılıqlı razılaşma əsasında Ərizəçi X7 və X2 tərəfindən övladlığa götürülməyi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

SƏDRLİK EDƏN ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar