Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-366/2024 02.05.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi övladlığa götürmənin ləğv edilməsi tələbinə dair mülki işə qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 29 iyun 2018-ci il tarixli 2(048)448/2018-ci saylı qətnaməsi ilə övladlığa götürdüyü Ərizəçi Azadxan (Ərizəçi Asif) oğlunun övladlıqdan çıxarılması və Ərizəçi Asif oğlu kimi rəsmilləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, oğlu X1 xx.xx.2009-cu il tarixdə anadan olmuş nəvəsi Ərizəçi Asif oğlunu Lerik rayon məhkəməsinin 29 iyun 2018-ci tarixli 2(048)448/2018-ci saylı qətnaməsi ilə övladlığa götürmüşdür. Oğlu, uşağın atası X4 və gəlini, uşağın anası X2 ondan xaiş etmişlər ki, uşaq artıq 15 yaşına çatmışdır. o,Ərizəçi artıq qocalmışdır.Övladına hərtərəfli nəzarət edə bilmir.Onun üçün də övladı Azadxan övladlıqdan çıxarsın. Övladı Ərizəçi Azadxan oğlunu yenidən 31 yanvar 2009-cu il tarixdə anadan olmuş Ərizəçi Asif oğlu kimi rəsmilləşdirilsin.Ona görə də hazırki tələblə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştiraki olmadan baxılıb ,məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs rəisi vəzifələrin icra edən X7 məhkəməyə ərizə ilə müraciət edərək, ərizəyə etirazi olmadığını bildirərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xaiş etdi. İş materiallarına əlavə edilmiş övladlığa götürmə haqqında şəhadətnamənin sürətindən görünür ki, 31 yanvar 2009-cu ildə tarixdə anadan olmuş Ərizəçi Asif oğlu Ərizəçi övladlığına verilərək Ərizəçi Azadxan oğlu olmuşdur. İş materiallarına əlavə edilmiş AZE№0******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi xx.xx.1947-ci il tarixdə Yardımlı rayonunda anadan olmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, Ərizəçi Asif oğlu xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AA3338394 nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X4 xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AA3227380 nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X2 xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 131.1-ci maddəsinə əsasən övladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir. 133-cü maddəsinə əsasən övladlığa götürmənin ləğv olunmasını övladlığa götürənlərin özləri, uşağın valideyinləri, övladlığa götürülən 14 yaşına çatmış uşaq və müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. 135-ci maddəsinə əsasən uşaq yetkinlik yaşına çatdıqda övladlığa götürmənin ləğvinə yol verilmir. Lakin övladlığa götürən, övladlığa götürülən və övladlığa götürülənin valideynləri (valideynlər sağdırsa, valideynlik hüquqlarından məhrum olunmamışdırsa, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməmişdirsə) arasında qarşılıqlı razılığa əsasən övladlığa götürmənin ləğvinə yol verilir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki 31 yanvar 2009-cu ildə tarixdə anadan olmuş Ərizəçi Asif oğlu Ərizəçi övladlığına verilərək Ərizəçi Azadxan oğlu olmuşdur.Hazırda ərizəçi övladlığın ləğv edilməsini və doğum şəhadətnaməsində uşağın həqiqi valideyinlərinin adının yazılmasını istəyir.Ona görə də övladlığın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. “Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 29 oktyabr 2009-cu il tarixli 01№-li qərarının 7-ci bəndində göstərilmişdir ki, on yaşına çatmış uşağın məhkəməyə çağırılması barədə məsələnin həlli zamanı məhkəmə Ailə Məcəlləsinin 52-ci maddəsini rəhbər tutmalıdır. Məhkəmələr Ailə Məcəlləsində nəzərdə tutulmuş hallarda yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul etməlidirlər. Övladlığa götürmə ilə bağlı on yaşına çatmış uşağın razılığının nəzərə alınması aşağıdakı hallarda məcburidir: uşaq övladlığa götürüldükdə (Ailə Məcəlləsi, maddə 124.5); uşağın soyadı, ata adı, habelə öz adı dəyişdirildikdə (Ailə Məcəlləsi, maddə 125.3); övladlığa götürülənlərin doğum qeydi kitabında övladlığa götürülənlərin valideyinləri kimi yazıldıqda (Ailə Məcəlləsi, maddə 127.2); övladlığa götürmənin ləğv edilməsi ilə əlaqədar uşağın adı və soyadı dəyişdirildikdə (Ailə Məcəlləsi, maddə 134.11). Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi övladlığa götürməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi Azadxan oğlunu övladlığa götürməsi ləğv edilsin. Maraqlı şəxsnə tapşırılsın ki, doğum haqqında akt qeydləri kitabında Ərizəçi Azadxan oğlunun soyadı, « Əsədullayev » adı «Azadxan» atasının adı «Asif», anasının adı «Pərvanə», valideyinləri atası « X4», anası « X2» yazılmaqla müvafiq qeyd aparılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-366/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-366/2024
02.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Övladlığa götürmənin ləğvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver