Məhkəmə qərarları › İş №2(018)-611/2024

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-611/2024

16.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Övladlığa götürmənin ləğvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-611/2024 16.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, Ərizəçi maraqlı şəxs Astara rayon Qəyyumluq və Himayə İdarəsinə qarşı “övladlığa götürmənin ləğv edilməsinə” dair ərizəsi üzrə mülki işin materiallarını nəzərdən keçirib, müəyyən etdim: Ərizəçi maraqlı şəxs Astara rayon Qəyyumluq və Himayə İdarəsinə qarşı “övladlığa götürmənin ləğv edilməsinə ” dair ərizə ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki mübahisə ailə münasibətlərindən irəli gəlir və iddia ərizəsi tərtib edilərkən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsi (bundan sonra Azərbaycan Respublikası MPM) ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir və hazırki mübahisəyə iddia icraatı qaydasında baxılmalı olduğu halda, ərizəçi xüsusi icraat qaydasında məhkəməyə ərizə ilə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 150.0.8-ci maddəsinin tələbinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. “Mediasiya haqqında” xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən vətəndaşlar kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən, tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Azərbaycan Respublikası MPM-nin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 152.1.6-1-cı maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Göründüyü kimi, Ərizəçi məhkəmə müraciət edərkən, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinin və “Mediasiya haqqında” xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinin tələblərinə riayət etməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Astara rayon Qəyyumluq və Himayə İdarəsinə qarşı “övladlığa götürmənin ləğv edilməsinə” dair ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalı və ərizəçiyə ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbacan Respublikası MPM-nin 152.2-ci maddəsinə əsasən ərizənin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 152, 263-264 və 266- 268-cı maddələrini rəhbər tutaraq, qərara aldım : Ərizəçi maraqlı şəxs Astara rayon Qəyyumluq və Himayə İdarəsinə qarşı “övladlığa götürmənin ləğv edilməsinə” dair ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar