Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-610/2024 13.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarov Elvin Namik oğlunun katibliyi, ilə, Ərizəçi X2 «Övladlığa götürülməsinin ləğv edilməsi dair» ərizəsi mülki iş üzrə keçirilən məhkəmə baxışı iclasında MÜƏYYƏN ETDİ: Ərizəçi X2 «Övladlığa götürülməsinin ləğv edilməsi dair» ərizəsi iddia ərizəsi ilə müraciət edərək,Astara Rayon Məhkəməsinə 25 dekabr 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş övladlığa götürülməsi ləğv edilməsi Məhkəmədən xahiş etmişdir. Ərizəçi X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.7-ci maddəsinə əsasən işə iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X4 cavabdeh X6 qarşı «Nikahın pozulması və aliment tələbinə dair» iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-cü maddəsinin göstərişini rəhbər turaraq, Məhkəmə QƏRARA ALDİ: Ərizəçi X1 «Övladlığa götürülməsinin ləğv edilməsi dair» ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Ərizəçi X5 tərəfindən dövlət rüsumuna görə ödənilmiş 100 (bir yüz) manat ona qaytarılsın Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-610/2024
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-610/2024
13.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Övladlığa götürmənin ləğvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver