Məhkəmə qərarları › İş №2(011)-6587/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6587/2022

17.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6587/2022 17.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh2 və Cavabdeh5 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsini üçüncü şəxs qismində cəlb etdiyi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X12, X6, Cavabdeh4 və X2 qarşı “mənzildən çıxalılma, mənzilin boşaldılması və qanuni sahibliyə qaytarılması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsini üçüncü şəxs qismində cəlb etdiyi cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X12, X6, Cavabdeh4 və X2 qarşı “mənzildən çıxalılma, mənzilin boşaldılması və qanuni sahibliyə qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, ümumi sahəsi 69,33 kv.metrdən ibarət 36 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmaları, mənzilin boşaldılaraq onun qanuni sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi ev 56, mənzil 36 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi xx.xx.2022-cil tarixli çıxarışına əsasən onun xüsusi mülkiyyətindədir. Cavabdehlər, Zəngilan rayonundan məcburi köçkün olan şəxslər, artıq 29 ildir mülkiyyətində olan mənzili özbaşına zəbt edərək orada yaşayırlar və mənzili könüllü tərk etmirlər. Cavabdehlər Zəngilan rayonu, Xumarlı kəndində qeydiyyatda olan Cavabdeh1 ailə üzvləridir. Cavabdeh2 onun oğlu, Cavabdeh3gəlini, X17-nəvəsi, X13-nəvəsi, Cavabdeh4-qızı, X3 onun oğludur. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin 140/64 saylı xx.xx.1993-cü il tarixli Sərancamı ilə adı çəkilən mənzil ona və ailə üzvlərinə ayrılmışdır. Həmin vaxt mənzil təhvil verilmiş və görmüşdür ki, mənzil orta təmirilidir, qapısı da taxtadan ibarətdir. Evin içərisinə bir sıra ev avadanlığı yığmış, 1993-cü ilin sonlarında usta gətirmişdir ki, mənzilin giriş qapısının ölçülərini götürsün ki, taxta qapını dəmir qapı ilə əvəz etsin. Evdən səs gəldiyini görüb qapını döymüş və mənzildən çox sayda adamlar çıxmışdır. Kim olduqlarını soruşduqda, qaçqın olduqlarını və evdən çıxmaq fikirlərinin olmadığını bildirmişdirlər. İkinci Qarabağ müharibəsi başa çatandan və torpaqlar işğaldan azad edildikdən sonra da cavabdehlərə müraciət etmişdir ki, Zəngilan rayonu işğaldan azad olunub. Eyni zamanda Zəngilan rayonunun Ağalı kəndinə məcburi köçkünlər qayıdırlar. Onların çoxu Abşeron rayonu Masazır qəsəbəsində məcburi köçkünlər üçün tikilmiş “Zəngilan şəhərciyi” deyilən şəhərcikdən köçmüşlər və onların köçdüyü xeyli sayda mənzillər boşaldıİmişdir. Bundan əlavə məcburi köçkünlər üçün dövlət Qaradağ rayonu Lökbatan qəsəbəsində, Abşeron rayonu Müşviqabad qəsəbəsində, o cümlədən Masazır qəsəbəsində ayrıca şəhərciklər tikmişdir. Lakin cavabdehlər qəti şəkildə mənzildən heç bir yana çıxmayacaqlarını bildirirlər. Evlidir, həyat yoldaşı və iki övladı vardır. O və ailə üzvləri son 29 ildə bacısı X4 məxsus Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinin bir hissəsində qonaq kimi yaşamağa məcbur olmuşdur. Övladlarının biri 1991-ci il, ikincisi isə 1999-cu il təvəllüdlüdür. Onlardan bir evli, ikincisi isə nişanlıdr. Hazırda ailənin mənzilə kəskin ehtiyacı vardır. Məhkəmə iclasında iddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Zəngilan rayon icra hakimiyyətinə mənzillə bağlı müraciət etmiş, Zəngilanda evlər tikildikdən sonra ev veriləcəyi bildirilmişdir. Bakı şəhərində də ev vermirlər. 1996-cı ildə hazırki mənzili başqa bir qaçqından pulla alıb ora köçmüşdürlər. Evin həmin qaçqına məxsus olmadığını bilirdi. Başqa ev verilənə qədər də hazırki mənzildə yaşayacaqlar. Ona görə də, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X3 iddia tələbini qəbul etməyərək, Cavabdeh2 ilə eyni məzmunda izahat verdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdehlər və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə digər cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin 140/64 saylı xx.xx.1993-cü il tarixli Sərancamının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, ümumi sahəsi 69,33 kv.metrdən ibarət 36 saylı mənzil İddiaçı və onun ailə üzvlərinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, ümumi sahəsi 69,33 kv.metrdən ibarət 36 saylı mənzil xx.xx.2022-cil tarixdə tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-cil tarixli, ******* saylı arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev, 36 saylı mənzildə İddiaçı başqa qeydiyyatda heç kim yoxdur. İş materiallarında olan Bakı şəhər Xətai rayon 98 saylı MKİS-in xx.xx.2022-ci il tarixli, 627 saylı arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev, 36 saylı mənzildə Zəngilan rayonundan məcburi köçkün düşmüş cavabdehlər məskunlaşmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz AR Mülki Məcəlləninn 152.1-ci maddəsinə əsasən - mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-nin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və X8 haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Zülfəli Hüseynov Azərbaycana qarşı işi üzrə Avropa Məlakəməsinin hüquqi mövqeyinə görə isə ərizəçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan mülkiyyətdən dinc istifadə hüququrna qarşı məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin edilməsi hüququnun tarazlaşdırılmasının təmin edilməsi üçün yerli səlahiyyətli orqanların öz öhdəliklərini yerinə yetirməsinə yönəlmiş hər-hansı xüsusi tədbirlərin görülməsi nə yerli məhkəmə proseslərində, nə də ki, Məhkəmədə müəyyən edilməmişdir...ərizəçi həddən artıq fərdi vük daşımağa məcbur edilmisdir. Səlahiyyətli orqanlar, məcburi köçkünlərə müvəqqəti yaşayış sahəsinin verilməsi üzrə cəmiyyətin ümumi marağı ilə ərizəçinin mülkiyyətdən dinc istifadə hüququ arasında tələb olunan ədalətli tarazlığı təmin etməmişlər. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, ümumi sahəsi 69,33 kv.metrdən ibarət 36 saylı mənzilin İddiaçı qanuni mülkiyyətində olması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X10, X5, Cavabdeh4 və X1 həmin mənzildə yaşamaları üçün heç bir hüquqi əsasın olmaması müəyyən edildiyinə görə, iddiaçının mənzil üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X17, X13, Cavabdeh4 və X3 əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, ümumi sahəsi 69,33 kv.metrdən ibarət 36 saylı mənzildən çıxarılsınlar, mənzil boşaldılsın və iddiaçının qanuni sahibliyinə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar