Məhkəmə qərarları › İş №2(011)-6602/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6602/2020

09.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6602/2020 09.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı, İddiaçı Cavabdeh qarşı “ümumi mülkiyyətdə olan əmlakın naturada ayrılması və s” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə olan payının müəyyənləşdirilməsi, həmin payın naturada ayrılması və iddiaçının idarəçiliyinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı 2014-cü il təvəllüdlü yetkinlik yaşına çatmamış fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Nümayəndə İddiaçı adından iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və ərizəni onun etibarnamə üzrə nümayəndəsi qismində imzalamışdır. Lakin Mirzəliyeva X1 Nəriman oğlunun qanuni nümayəndəsi olmasına dair sənədi (əgər valideyndirsə, doğum haqqında şəhadətnamənin qanunla müəyyən olunmuş qaydada təsdiq edilmiş surətini) iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 49.4-cü maddəsinə əsasən, on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı Nümayəndə İddiaçı qanuni nümayəndəsi olmasını təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surətini iddia ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imalanmışdır. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Eyni zamanda, iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilməmiş, iddia ərizəsinin “xahiş etdi” hissəsində olan tələb qeyri-müəyyən tərtib edilmişdir. Belə ki, iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə olan payının müəyyənləşdirilməsi tələbi ilə müraciət etsə də, iş materiallarında olan xx xxxxx 2020-ci il tarixli Çıxarışa əsasən, həmin mənzil üzərində İddiaçı ½ hissədə payı müəyyən edilmişdir. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi tərtib edilərkən qanunvericiliyin tələbi pozulduğundan, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə verilmədiyindən, tələb qeyri-müəyyən olduğundan iddia ərizəsini geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh qarşı “ümumi mülkiyyətdə olan əmlakın naturada ayrılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar