Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-661/2025 06.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, 09 sentyabr 2017-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X2 anadan olmuşdur. Daha sonra ər-arvad münasibətləri kəskinləşmiş və nikahları formal xarakter daşımışdır. Bunun nəticəsində də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən mənzili əldə edərək orada yaşamışlar. Həmin mənzildə həyat yoldaşı ilə yaşayaraq birgə təsərrüfat aparmışlar. Yaşayış evinin kommunal xərcləri barədə qəbzlərə də nəzər salınsa görmək olar ki, həmin qəbzlər iddiaçının yoldaşının adına gəlmiş və tərəflərindən ödənilmişdir. Cavabdehlə aralarında mübahisə olmuşdur və iddiaçı övladı ilə birlikdə anasının evində müvəqqəti yaşamağa məcbur qalmışdır. İddiaçı və uşağının anasının yanında qalmaqları mümkün deyildir. Cavabdehə dəfələrlə bu barədə məlumat versə də, yaşadıqları evə köçürülməyini ona bildirsə də, cavabdeh iddiaçı və uşağının həmin yaşayış evinə köçməyinə imkan verməmişdir. Hal-hazırda cehiz əşyaları həmin evdə yerləşir. İddiaçının hazırda yaşamağa, qalmağa heç bir yeri yoxdur. İddiaçı hesab edir ki, cavabdeh kimi onun və uşaqlarının da həmin evdən istifadə etmək hüququ olduğundan iddiaçı və uşağı həmin yaşayış sahəsinə köçürülməlidir. İddiaçı göstərilənləri nəzərə alaraq, özünün və uşağı – xx.xx.2014-cü il təvəllüdlü X1 birgə nikah dövründə əldə etdikləri ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatını dinləyərək və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 10 sentyabr 2024-cü il tarixli ******* №-li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsi, məhəllə 2319, ev 3A, 28 saylı mənzildə qeydiyyatdadır İş materiallarında olan AZE seriyalı, 12177338 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 25 fevral 2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır və o, Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsi, məhəllə 2319, ev 3A, 28 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6218/2019 saylı, 03 oktyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların atanın himayəsində qalması” tələbinə və İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların himayəyə verilməsi və aliment” tələbinə dair iddiaları tələbləri qismən təmin edilmiş, Cavabdeh ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 23 sentyabr 2009-cu il tarixdə 1209 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 13 oktyabr 2002-ci il təvəllüdlü X3 atası Cavabdeh, 25 fevral 2014-cü il təvəllüdlü X2 isə anası İddiaçı yanında saxlanmaqla onun himayəsinə verilməsi, 25 fevral 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 02 iyul 2019-cu il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, hazırda yaşadığı ev 2014-cü ildə əməkdaşı olduğu XDMX-də xidmətilə bağlı dövlət tərəfindən ona verilmişdir. Hal-hazırda təqaüdçüdür və İddiaçı ilə nikahları 2019-cu ildə pozulmuşdur. 2024-cü ildə isə o evdən çıxıb getmişdir. Ümumiyyətlə, onun bu ev üzərində hər hansı hüquqi əsası yoxdur. Ev iddiaçının əmək fəaliyyəti nəticəsində dövlət tərəfindən xidməti ev kimi verilmiş və yalnız iddiaçının adınadır. İddiaçı ilə nikahına xitam verildiyi üçün onun mənzildə yaşamaq hüququna xitam verilmişdir, onun hazırkı tələbi hüquqi baxımdan əsassızdır. Bundan başqa, aralarında olan münasibət olduqca kəskinləşmişdir. Belə ki, Elnarə və anası tərəfindən cavabdehdə qarşı birgə fiziki təzyiqlər göstərilmiş, cavabdeh ölüm təhlükəsi ilə üz-üzə qalmışdır. İddiaçı və anasının cavabdehə qarşı göstərdiyi fiziki təzyiqlər və ölüm təhdidləri cavabdehin şəxsi təhlükəsizliyinə ciddi təhlükə yaratmışdır. Bu səbəbdən onların yenidən evə köçürülməsi təkcə hüquqi baxımdan əsassız deyil, həm də cavabdehin şəxsi təhlükəsizliyi üçün risklidir. İddiaçı hal-hazırda başqa yerdə yaşayır, onun cavabdehə məxsus yaşayış sahəsi üzərində heç bir hüquqi yoxdur. Cavabdeh iddiaçı ilə aralarında olan nikah pozulduğundan, iddiaçının mənzilə istifadə hüququna xitam verildiyindən, həmçinin iddiaçı cavabdehin həyatına təhlükə yaratdığından iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizik Xidmətinin rəisi general-polkovnik B.H.Eyyubova ünvanlanmış 14 yanvar 2025-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh (ehtiyatda olan kapitan) 1995-ci ildən 2014-cü ilədək Xüsusi Dövlət Mühafizə Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur. 18 dekabr 2009-cu il tarixdə Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinin əmri ilə ünvan 3 ünvanında 4 nəfər ailə tərkibi ilə Xidməti mənzillə təmin olunmuşdur. Ona verilmiş kirayə müqaviləsini itirdiyinə görə yenisi ilə əvəz edilməsində köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 6.2-ci maddəsinə əsasən ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Həmin məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsi müəyyən edir ki, hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəyə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli Qərarında Plenum qeyd etmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı Cavabdeh ilə 23 sentyabr 2009-cu il tarixdə rəsmi nikahla ailə qurmuş, birgə rəsmi nikahlarından iki övladı doğulmuşdur. Tərəflər arasında olan nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6218/2019 saylı, 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 13 oktyabr 2002-ci il təvəllüdlü X3 atası Cavabdeh, 25 fevral 2014cü il təvəllüdlü X2 isə anası İddiaçı yanında saxlanmaqla onun himayəsinə verilməsi, 25 fevral 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 02 iyul 2019cu il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Tərəflərin izahatı ilə təsdiq edilir ki, mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə edilmiş, iddiaçı məhkəməyə iddia ilə müraciət edənədək, övladı ilə həmin mənzildə yaşamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının köçürülməsini tələb etdiyi ev cavabdelə birgə nikah dövründə əldə edildiyindən, iddiaçı azyaşlı övladları ilə birgə köçürülməsini tələb etdiyi evə münasibətdə cavabdehlə eyni hüquqa malik olduğundan, iddiaçının azyaşlı uşaqları ilə birlikdə yaşayış sahəsindən məhrum edilməsi qanunsuz olmuşdur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, yuxarıda qeyd edilmiş maddi hüquqü normalarına əsaslanaraq, belə qənaətə gəlir ki, iddiaçı köçürülməsini tələb etdiyi mənzildən istifadə hüququ olan şəxs olduğundan iddia təmin edilməli, İddiaçı övladı xx.xx.2014-cü il təvəllüdlü X2 ilə ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı övladı xx.xx.2014-cü il təvəllüdlü X2 ilə ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinə köçürülsünlər. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin MİÜK-na apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-661/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-661/2025
06.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver