Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6669/2021 21.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsində yerləşən 40B saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, ev 40B hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09.01.2021-ci il tarixli çıxarışla xüsusi mülkiyyət hüququ üzrə adına qeydiyyatdan keçmişdir. Cavabdeh həmin mənzildə formal olaraq qeydiyyatdadır. Mənzilin sahibi kimi öz mülkiyyət hüquqlarını rahat həyata keçirə bilmir. Ona görə də, cavabdehin həmin mənzildən çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, ünvan 1 ünvanında iddiaçıya heç bir aidiyyəti olmayan, şəxsi vəsaiti hesabına tikdirdiyi evdə yaşayır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08.05.2007-ci il tarixli 2-1194 2007 saylı qətnaməsi ilə həmin yaşayış sahəsinə qeydiyyata almaq vəzifəsinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin vəzifəli şəxsinin üzərinə qoyulması barəsində iddiası da təmin edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi.. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsində yerləşən 40B saylı fərdi yaşayış evi 09.01.2021-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08.05.2007-ci il tarixli 2-1194 2007 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh vəzifəli şəxsin hərəkətsizliyi ilə əlaqədar ərizəsi təmin edilmiş, Cavabdeh Bakı şəhəri Xətai rayonunun İlqar Həbibov küçəsindəki 40B №-li evə qeydiyyata alınmasına aid Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin vəzifəli şəxsinin hərəkətsizliyi əsassız hesab olunaraq, onu həmin evə qeydiyyata almaq vəzifəsi Bakı şəhəri Xətai RPİ-nin vəzifəli şəxsinin üzərinə qoyulması qət edilmişdir. Məhkəmə araşdırması zamanı araşdırılmış sabutlar və şahid ifadələri ilə Cavabdeh 2003-cü ildən şəxsi vəsaiti hesabına tikdirdiyi Bakı şəhəri, Xətai rayonunun ilqar Həbibov küçəsində 40B №-ii evdə yaşaması müəyyən edilmişdir. 14.07.2021-ci il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsində yerləşən 40B saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, ünvan 2 ünvan olmasına baxmayaraq, İddiaçı və Cavabdeh ayrı-ayrı, biri-birinə aidiyyəti olmayan evlərdə yaşayırlar. Həmin ünvanda iddiaçının yaşadığı ev onun adına 09.01.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Həmçinin, cavabdeh öz vəsaiti hesabına inşa etdirfiyi evin potensial mülkiyyətçisidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə görə isə şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27.05.2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması.” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı cavabdehin istifadə hüququna xitam verilməsini istəyir. Lakin, cavabdehin həmin ünvanda məhz iddiaçıya məxsus olan evdən istifadə hüququnun olması iş materialları ilə müəyyən edilmir. Lakin sübutetmə vəzifəsi iddiaçının üzərində olduğundan, cavabdehin həmin evə istifadə hüququnun hansı əsasla yaranması məhkəmə baxışı zamanı və iş materialları ilə müəyyən edilmir. Məhkəmə iddianı cavabdehin istifadə hüququnun olmasının müəyyən edilə bilməməsi səbəbindən rədd edilməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, qeydiyyat istifadə hüququ yaratmadığından məhkəmə olmayan hüququ itirə bilməz. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın çıxarışından başqa digər şəxslərin əmlaka yüklülüyünün olması görünmür. Belə ki, əmlakın istifadə hüququ ilə yüklü olması daşınmaz əmlakın reyestrindən görünməli və ya istifadə hüququ 2000-ci il tarixə qədər yaranmışsa, digər sübutlarla təsdiq olunmalıdır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə araşdırmaları ilə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, 40B ünvanında, İddiaçı məxsus evdən istifadə hüququnun yaranmasına dair hər hansı hüquqi əsasın olmaması aşkar edilmişdir. Həmçinin, cavabdehlə mübahisəli evin mülkiyyətçisi arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması halları aşkar edilməmişdir. Bununla da, iddiaçının ona məxsus evin yaşayış sahəsindən cavabdehin yaranmamış istifadə hüququnan xitam verilməsinə dair iddia ilə məhkəməyə müraciət etmək hüququ yaranmamışdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsində yerləşən 40B saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-6669/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6669/2021
21.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver