Məhkəmə qərarları › İş №2(011)-6695/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6695/2021

11.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6695/2021 11.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Bakı şəhəri Xətai Ravon İcra Hakimiyyətini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi Bakı şəhəri Xətai Ravon İcra Hakimiyyətini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair” ərizə, daha sonra tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yaşaması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 94 saylı mənzil iki otaqdan ibarətdir. Mənzil Xətai Rayon İcra Hakimiyyətininin balansındadır. 01.05.1991-ci il tarixindən hazırkı dövrə qədər yaşayış sahəsindən istifadə edir. Hal-hazırda mənzilin kommunal xərcləri tərəfindən ödənilir və orada ailə üzvləri ilə yaşayır. Artıq 30 ildən çoxdur ki, ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayıb faktiki olaraq kirayəçiyə məxsus bütün hüquq və öhdəlikləri yerinə yetirdiyi üçün həmin mənzilə istifadə hüququ əldə etmişlər. Həmin mənzildə yaşadığı 30 il ərzində öz vəsaiti hesabına mənzili dəfələrlə əsaslı təmir etdirmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğyn izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X4 ərizənin təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, 1990-cı ildən ünvan 4 ünvanında yaşayır. Ərizəçi 19991-ci ildən etibarən göstərdiyi ünvanda yaşamasını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, 15.05.1991-ci il tarixindən ünvan 5 ünvanında yaşayır. Ərizəçi ondan da əvvəl göstərdiyi ünvanda yaşayır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Xətai rayonu 6 saylı MKİS-nin 25.05.2021-ci il tarixli, 297 nömrəli arayışından görünür ki, Ərizəçi 01.05.1991-ci il tarixindən ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Bakı şəhəri Xətai RPİ-nin 05.06.2021-ci il tarixli məktubundan görünür ki, ərizəçinin ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanına qeydiyyata alınması barədə müraciətinə baxılmış, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikas.) Qanununun 5-ci maddəsinə əsasən müvafiq sənədləri təqdim etdikdən sonra göstərilən ünvana qeydiyyata alınma məsələsinin öz müsbət həllini tapacağı bildirilmiş qanunvericilikdə nəzərdə tutulan sənədləri təqdim edə bilmədiyi halda məhkəməyə müraciət etmək huququ izah edilmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcüd olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxsləhn izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə istinadən nəzərə alınmalıdır ki, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi zamanı məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, Ərizəçi ünvan 1 ünvanında yaşaması faktı iş üzrə araşdırılmış sübutlarla təsdiq edildiyinə görə ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. Ərizəçi ünvan 1 ünvanında yaşaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar