Məhkəmə qərarları › İş №2(011)-6762/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6762/2024

09.12.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6762/2024 09.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin ölmüş elan edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizənin dəlilləri: Ərizəçi “şəxsin ölmüş elan edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 27 aprel 1988-ci ildə Gədəbəy rayonunda anadan olmuş X4 2017-ci ilin fevral ayında İraq Respublikasında ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qızı 23 aprel 1990-cı il təvəllüdlü X15 27 aprel 1988-ci il təvəllüdlü X13 ilə 16 mart 2014-cü ildə rəsmi nikaha daxil olmaqla evlənmişlər. X13 2014-cü ildə arvadı X15 ilə birlikdə Suriyaya, oradan isə İraq Respublikasına getmişlər. Bu nikahdan onların iki övladı - Suriyada 03 dekabr 2014-cü il təvəllüdlü X9 və İraqda 13 may 2016-cı il təvəllüdlü X14 anadan olmuşdur. X13 2017-ci ilin fevral ayında İraqda döyüşlər zamanı ölmüşdür. X15 isə hal-hazırda İraqda Bağdad şəhərində həbsxanadadır. Onların övladları 03 dekabr 2014-cü il təvəllüdlü X9 və 13 may 2016-cı il təvəllüdlü X14 2019-2020-ci illərdə Azərbaycan Respublikasının İraqdakı Səfirliyinin köməkliyi ilə Azərbaycana gətirilmişdir və nənələri kimi ərizəçinin himayəsinə verilmişdir. Xətai rayon İcra Hakimiyyəti Başçısının 03 mart 2020-ci il tarixli 57 saylı Sərəncamına əsasən ərizəçi nəvələri 03 dekabr 2014-cü il təvəllüdlü X9 və 13 may 2016-cı il təvəllüdlü X14 üzərində qəyyum təyin olunmuşdur. Nəvələri Məhəmməd və İbrahim hal-hazırda nənələrinin qəyyumluğu altındadır, onların bütün maddi və mənəvi tələbatlarını ərizəçi qarşılayır. Lakin maddi imkanı olmadığından uşaqların maddi ehtiyaclarını qarşılaya bilmir. Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən, 18 yaşına çatmayan uşaqlara ailə başçısını itirməyə görə müavinət almaq hüququ vardır. Lakin nəvələrinin atası X4 ölməsini təsdiq edən sənəd olmadığına görə nəvələrinə ailə başçısını itirməyə görə sosial müavinət ala bilmir. Hesab edir ki, X4 2017-ci ilin fevral ayında İraq Respublikasında ölmüş elan edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. O, bildirdi ki, hazırda İraqda olan qızı əri X4 2016-cı ildə baş vermiş partlayış nəticəsində öldüyünü ona bildirmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə ərizəyə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan: • Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X13 ilə X10 nikahı 16 mart 2014-cü il tarixdə 394 nömrəli akt qeydi ilə 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmışdır; • Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli 2(011)- 3467/2020 saylı qətnaməsi ilə Ərizəçi ərizəsi təmin edilmiş, xx.xx.1990-cı il təvəllüdlü X7 xx.xx.2014-ci il tarixdə Suriya Respublikasında bir oğlan uşağı doğması faktı müəyyən edilmiş və uşaq barədə məlumat qrafasında soyadının “İsmayılov”, adının“Məhəmməd”, ata adının “Eldəniz oğlu”, valideynlər qrafasında atası “X13” milİiyyəti ”azərbaycanlı”, anası “X15”, milliyyəti “azərbaycanlı” kimi qeyd edilərək doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməsi, xx.xx.1990-cı il təvəllüdlü X7 xx.xx.2016-cı il tarixdə İraq Respublikasında bir oğlan uşağı doğması faktı müəyyən edilmiş və uşaq barədə məlumat qrafasında soyadının “İsmayılov”, adının “İbrahim”, ata adının “Eldəniz oğlu” kimi, valideynlər qrafassında atası “X13”, milliyyəti ”azərbaycanlı”, anası “X15”, milliyyəti “azərbaycanlı” kimi qeyd edilərək doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməsi qət edilmişdir; • Doğum haqqında şəhadətnamədən görünür ki, X1 Yadigar Novruz oğlu ilə X11 övladıdır; • Doğum haqqında şəhadətnamələrdən görünür ki, X13 ilə ərizəçinin qızı X7 birgə nikahından 03 dekabr 2014-cü il təvəllüdlü X9 və 13 may 2016-cı il təvəllüdlü X14 doğulmuşdur; • Xətai Rayon İcra Hakimiyyəti Başçısının 02 mart 2020-ci il tarixli sərəncamdan çıxarışından görünür ki, ərizəçinin qızı X17 yoldaşı X13 ilə İraq Respublikasına getmiş və geri qayıtmamışdır. Qızının övladları 03 dekabr 2014-cü il təvəllüdlü X9 və 13 may 2016-cı il təvəllüdlü X14 Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyinin qayıdış şəhadətnaməsi əsaısnda Azərbaycan Respublikasına gətirilmişlər. Uşaqlar faktiki olaraq valideyn himayəsindən tam məhrum olduqları üçün X17 03 dekabr 2014-cü il təvəllüdlü X9 və 13 may 2016-cı il təvəllüdlü X14 üzərində qəyyum təyin edilmişdir; • Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrfütaı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, 27 aprel 1988-ci il təvəllüdlü X4 trestin balansında olan qəbiristanlıqlarda, o cümlədən qəbiristanlığın “kimsəsizlər” sektorunda dəfn olunub-olunmaması barədə heç bir məlumat tapılmamışdır; • Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, 27 aprel 1988-ci il təvəllüdlü X13 barəsində heç bir təqsirləndirici material, axtarış elan olunması barədə polis idarəsində heç bir məlumat aşkar edilməmişdir; • Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, X4 doğumu, nikahı və övladları barədə məlumatlar aşkar edilmişdir. Belə ki, valideynləri 1961-ci il təvəllüdlü X16 ilə 1963-cü il təvəllüdlü X18 olan 29 aprel 1988-ci il təvəllüdlü X5 doğumu 25 may 1988-ci ildə Gədəbəy rayonunun Söyüdlü icra nümayəndəliyində qeydə alınmışdır. Eldəniz İsmayılov ilə 1990-cı il təvəllüdlü İsmayılova (Məmmədova) Günel Sabutay qızının nikahı 16 mart 2014-cü ildə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmışdır. Bu nikahdan doğulmuş övladları 03 dekabr 2014-cü il təvəllüdlü X3 və 13 may 2016-cı il təvəllüdlü X6 doğumu 14 avqust 2020-ci ildə Maraqlı şəxsndə qeydə alınmışdır; • Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyi PHŞ tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, 29 aprel 1988-ci il təvəllüdlü X13 xx.xx.2014-cü ildən hazıradək Birliyin Bakı şəhərinin rayon, Sumqayıt şəhər və Abşeron rayon şöbələrində meyitlərin qeydiyyat kitabından keçməmişdir; • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, X4 elektron informasiya ehtiyatlarında (pensiya, sosial müavinət, təqaüd) sosial ödəniş almasına dair məlumat mövcud deyildir; • Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki,”Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən, Eldəniz İsmayılovun iştirakı ilə Bakı şəhəri 28, 43 və 48 saylı, Sumqayıt şəhəri üzrə 4 saylı, Gəncə şəhəri 4 saylı dövlət və Abşeron rayon 1 saylı notariat ofislərində etibarnamələrin təsdiq edildiyi məlum olmuşdur; • ünvan 2 ünvanlanmış məktubdan görünür ki, X13 21 iyul 2013-cü ildə və 25 avqust 2013-cü ildə etibarnamələr vermişdir; • ünvan 3 ünvanlanmış məktubdan görünür ki, X13 13 yanvar 2013-cü ildə etibarnamə vermişdir; • ünvan 4 ünvanlanmış məktubdan görünür ki, X2 şəhəri 4 saylı notariat ofisində 29 yanvar 2021-ci ildə etibarnamə vermişdir. Daha sonra Gəncə şəhəri 6 saylı notariat ofisi tərəfindən məktubla bildirilmişdir ki, etibarnamənin verilmə tarixi texniki səhv olaraq 29 yanvar 2011-ci il əvəzinə 29 yanvar 2021-ci il olaraq qeyd edilmişdir; • “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, X16 29 aprel 1988-ci ildə Gədəbəy rayonu, Söyüdlü kəndində anadan olmuşdur; • Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, 29 aprel 1988-ci il təvəllüdlü X13 07 avqust 2014-cü il tarixdə ölkədən çıxmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 305.1.2-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. 315.2-ci maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. 316-cı maddəsinə əsasən, xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. “Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında ərizəçinin verdiyi izahat əsasında müəyyən edildi ki, X13 ərizəçinin qızı olan X7 əri olmuş, onlar Suriyaya, oradan da İraq Respublikasına getmişlər. Sonuncuların Suriyada 03 dekabr 2014-cü il təvəllüdlü X9 və İraqda 13 may 2016-cı il təvəllüdlü X14 adlı övladları dünyaya gəlmişdir. Verilmiş sorğulara uyğun olaraq təqdim edilmiş məlumatlardan da görünür ki, X13 2014-cü ildə ölkəni tərk etmiş və geri qayıtmamışdır. Onun övladları isə Azərbaycanın İraq Respublikasındakı Səfirliyi vasitəsilə ölkəmizə gətirilmiş və Xətai Rayon İcra Hakimiyyəti Başçısının 02 mart 2020-ci il tarixli sərəncamı ilə Ərizəçi X13 ilə X7 birgə nikahından doğulmuş övladları üzərində qəyyum təyin edilmişdir. Hazırkı hüquqi faktın təsdiq edilməsi ərizəçiyə onun üçün lazımdır ki, o, qəyyumu olduğu uşaqların sosial təminat hüquqlarını həyata keçirə bilsin. Qeyd olunanlara əsasən və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, şəxsin ölmüş elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsi özündə üç əsas tərkib ünsürünü ehtiva edir. Belə ki, şəxsin ölmüş elan edilməsi ilə bağlı normanın tərkib ünsürlərinə “şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmaması”, “şəxsin hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi” və “şəxsdən altı ay ərzində xəbər çıxmaması” daxildir. Belə olan təqdirdə iş üzrə araşdırma zamanı Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə ünvanlanmış məktubdan da görünür ki, X13 07 avqust 2014-cü il tarixdə ölkə ərazisini tərk etmişdir. Qeyd olunan tarixlərdən sonra həmin şəxslə bağlı hər-hansı rəsmi məlumatın olmaması işin mübahisəsiz halıdır. Hansı ki, qeyd olunan hallar ərizəçinin nəvələri üzərində qəyyum təyin olunması ilə bağlı icra hakimiyyətinə etdiyi müraciətdə və nəvələrinin doğum faktının müəyyən edilməsi ilə bağlı Bakı şəhər Xətai Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(011)-3467/2020 saylı qətnaməsi ilə də müəyyən edilmişdir. Həmçinin, hazırkı dövrdə İraq Respublikasının geosiyasi durumu, həmin dövlətin ərazisində münaqişə ocaqlarının mövcud olmasını istisna etmir. X8 İraq Respublikasına getməsi və həmin dövrdən (2016-cı ildən) sonra ondan hər hansı xəbər alınmaması onun hansısa bədbəxt hadisədən həlak olmasına güman etməyə kifayət qədər əsas verir. Belə ki, məhkəmə araşdırmasının ilk iki tərkib ünsürünün təhlili zamanı sözügedən şəxsdən altı ay ərzində xəbər çıxmaması halı müəyyən edilmiş və bu da işin mübahisəsiz hallarındandır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 29 aprel 1988-ci il təvəllüdlü X13 ölmüş elan edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, Ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 29 aprel 1988-ci il təvəllüdlü X13 ölmüş elan edilsin. Hazırkı qətnamənin qüvvəyə mindiyi gün X4 ölüm günü sayılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar