Məhkəmə qərarları › İş №2(011)-6764/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6764/2024

02.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6764/2024 02.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, xx.xx.1998-ci il tarixdə Xətai rayonunda doğulmuşdur. Doğum faktiki olaraq 1 saylı X23 həyata keçmişdir. Hazırda 26 yaşı var, vətəndaş olaraq şəxsiyyət vəsiqəsi əldə edə bilməmişdir. Doğum faktının müəyyən olunması barədə müraciətinin məqsədi doğum faktı əsasında doğum haqqında şəhadətnamə əldə edərək Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi əldə etməyidir. Ərizəçi bildirmişdir ki, atası Zeynal Məhərrəm və anası X6 1998-ci ildə nikaha daxil olmuşlar və həmin nikahdan ərizəçi doğulmuşdur. Lakin ərizəçiyə doğum haqqında şəhadətnamə alınması barədə müraciət etmədiklərinə görə bu günə kimi doğum haqqında şəhadətnamə alınması barədə müraciət etmədiklərinə görə bu günə kimi doğum haqqında şəhadətnamə əldə edə bilməmişdir. Ərizəçi məktəbə də burada getmiş və bu barədə sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin ərizəçinin 1 saylı X23 doğulmağı ilə bağlı vəkili tərəfindən sorğu verilsə də, bu günə kimi sorğuya cavab verilməmişdir. Həmçinin bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də, xx.xx.2024-cü il tarixli arayışla imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ərizəçi ərizəsini Azərbaycan Respublikası MPM-nin 307.1, 307.2, 308 və 309-cu maddələri ilə əsaslandıraraq, onun 01 avqust 1998-ci ildə Bakı şəhərində doğulmağı barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 31 iyul 1998-ci il tarixdə Bakı şəhərində doğulmağı barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 01 iyun 2024-cü il tarixli 3-16-5/8-15-Z-15-757 nömrəli məktubdan görünür ki, doğum faktını, vaxtını və yerini təsdiq edən tibbi müəssisəsinin sənədi olmadan Ərizəçi doğum faktının qeydiyyat şöbəsi tərəfindən qeydiyyatı mümkün deyildir. Qeyd olunanları nəzərə alaraq, məhkəməyə müraciət etməsini tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X26 “X25” X26 tərəfindən verilmiş 18 noyabr 2024-cü il tarixli, 18-1-2/2-5870/2024 saylı məktubdan görünür ki, 20 iyun 1981-ci il təvəllüdlü X6 31 iyul 1998-ci il tarixində X12 uşağı dünyaya gətirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 60 saylı MKİS-i tərəfindən verilmiş 1429 nömrəli, 10 iyul 2024-cü il tarixli arayışın surətindən görünür ki, Ərizəçi Xətai rayonu, R.Bağırov küçəsi 36/1213 saylı evdə qeydiyyatsız yaşayır. İş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 183369 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 20 iyun 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X4, atası X3r. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 may 2022-ci il tarixli, 05/Q-513/75 nömrəli arayışdan görünür ki, X2 01 avqust 1998-ci il tarixdə aandan olan övladı barəsində “X11” X1 Sistemində və 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları 01 avqust 1998-ci ildən – 24 may 2022-ci ilədək yoxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Qanunçuluq Vəkil Bürosunun vəkili Vəkil verilmiş 16 iyul 2024-cü il tarixli, 3-48-4/2-1169/2024 saylı məktubdan görünür ki, vətəndaş Ərizəçi barəsində olan sorğuya cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının 12 aprel 2016-cı il tarixli 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı” nın 636-cı maddəsinin tələblərinə əsasən, uşaqların valideynləri, yaşayış yeri, sağlamlığı və əlilliyi barədə məlumatları əks etdirən sənədlərin (şəxsi işlər, tibbi arayışlar, tibbi dəyişmə vərəqələri, fərdi uçot vərəqələri və s.) doğum evlərində, internat və internat tipli təhsil müəssisələrində, uşaqlar üçün sosial xidmət müəssisələrində saxlanma müddəti 75 il müəyyən edilmişdir. Məsələ ilə əlaqədar sorğuda qeyd olunan 1 saylı X24 müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Xətai rayon VVAQ şöbəsi tərəfindən verilmiş 13 sentyabr 2000-ci il tarixli arayışın surətindən görünür ki, X7 ilə X6 arasında 07 avqust 1998-ci il tarixdə nikah bağlanmış 540 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan X6 tərəfindən verilmiş ərizədən görünür ki, Ərizəçi onun oğludur, 31 iyul 1998-ci il tarixində X22 anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİ seriyalı, 237252 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 05 avqust 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X5, anası X9r. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 183369 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 20 iyun 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X4, anası X3r. İş materiallarında olan AZE seriyalı, 16450161 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 15 dekabr 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, o, Ərizəçi xalasıdır. Rəşvin 31 iyul 1998-ci il tarixdə dünyaya gəlmişdir. Həmin vaxtı Pərvanənin də yaşı az olmuşdur. Rəşvinin anası xəstə olduğundan o, 6 yaşına çatanda uşaq evinə vermişlər. 9 yaşından isə ailəsi ilə qalır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi ərizəsində göstərdiyi xüsusatları təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Belə ki, işdə olan sübutlarla təsdiq edilir ki, Ərizəçi 31 iyul 1998-ci il tarixdə Azərbaycan Respublikası Bakı şəhərində 20 iyun 1981-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı X2 (atası 15 dekabr 1979-cu il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı X7 olmaqla) doğulmuşdur. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki işin baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edildiyi üçün ərizə təmin edilməli, Ərizəçi 31 iyul 1998-ci il tarixində, Azərbaycan Respublikasının Bakı şəhərində 20 iyun 1981-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı X2 (atası 15 dekabr 1979-cu il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı X7 olmaqla) doğulması faktı müəyyən edilməli, Ərizəçi doğum haqqında akt qeydində adı “Rəşvin” soyadı “Zeynalov”, ata adı “Məhərrəm oğlu”, doğum tarixi “31 iyul 1998-ci il”, doğum yeri “Azərbaycan Respublikası Bakı şəhəri”, anası qrafasında “X6” anasının milliyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X7” atasının milliyəti qrafasında “azərbaycanlı”, göstərilməklə doğum faktı qeydə alınmalı və ona doğum haqqında şəhadətnamələrin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 285, 296-300, -cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 31 iyul 1998-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında şəhadətnaməsində ata qrafasında “X7”, ana qrafasında “X6”, milliyəti qrafasında “azərbaycanlı” kimi qeyd edilərək, doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar