Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6768/2024 09.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Ərizəçi1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquqi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizənin dəlilləri: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquqi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası İqdaməli CəfərQuli oğlunun 23 fevral 1920-ci il tarixdə doğulduğu barədə doğum aktı qeydinin bərpa edilməsi və bu barədə Maraqlı şəxs tərəfindən müvafiq doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası X21 23 fevral 1920-ci il tarixdə Bakı şəhərində anadan olmuş, 07 iyun 2000-ci ildə 80 yaşında vəfat etmişdir. Atasının şəhadətnaməsi yoxdur. X13 ölüm şəadətnaməsi var, lakin doğum şəhadətnaməsi yoxdur. “Elektron notariat” X2 ilə əldə etdikləri çıxarışda doğum tarixi 23 fevral 1920-ci il qeyd edilmişdir. Ərizəçilər arxivlərə müraciət etmişlər, doğum haqqında məlumat aşkar olunmamışdır. Ərizəçi Rəcəbova X6 Cəfər Quli oğlunun qızıdır. Atasının adına doğum şəhadətnaməsi almaq üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin maraqlı şəxs cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı, xx.xx.2001-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından doğum aktı qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat şöbəsində mümkün deyil. İmtina məktubu ilə məhkəməyə müraciət etmək lazım olduğu bildirilmişdir. Atasının doğum aktı qeydinin bərpa edilməsi, onun adına doğum şəhadətnaməsi alınması bəzi məsələləri həll etmək üçün lazımdır. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Məhkəmə araşdırmasında Ərizəçi2 ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilsə də, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan: • Maraqlı şəxs Ərizəçi1 müraciətinə əsasən ona ünvanlanmış 25 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı, xx.xx.2001-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından atası İqdaməli Cəfərquli oğlunun 23 fevral 1920-ci ildə Azərbaycan Respublikası, Bakı şəhərində doğulması barədə doğum aktı qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat şöbəsində mümkün deyil. Ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir; • Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, --- İqdaməli Cəfərquli oğlu və X9 01 yanvar 1950-ci ildə nikaha daxil olmuşlar. Nikah 04 nömrəli aktla Yevlax rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır; • Etibarnamə və şəhadətnamələrdən görünür ki, Nümayəndə Ərizəçi1 oğludur; • Milli Arxiv İdarəsinin Dövlət Arxivindən 04 iyul 2024-cü ildə Ərizəçi1 ünvanlanmış məktubdan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1920-ci ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu Balaxanı kəndi üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında, 1928-1947-ci illərə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu üzrə doğum haqqında bərpa kitabında İqdaməli Cəfərquli oğlunun təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır; • “Elektron notariat” X1 çıxarışdan görünür ki, ---- İqdaməli Cəfərqulu oğlu 23 fevral 1920-ci ildə doğulmuş, 07 iyun 2000-ci ildə vəfat etmişdir; • Milli Arxiv İdarəsinin Dövlət Arxivindən 10 may 2022-ci ildə Nümayəndə ünvanlanmış məktubdan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi”nin 1932-ci ilə dair Yevlax rayonu üzrə doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, X4 doğum haqqına akt qeydinin axtarışının aparılması imkan xaricindədir; • Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən Ərizəçi2 adına sənədləşən fərdi uçot kartoçkasından görünür ki, Ərizəçi2 xx xxxxxx 1960-cı ildə anadan olmuş, atası X15, anası X11 olmuşdur; • Milli Arxiv İdarəsinin Dövlət Arxivinin 18 mart 2024-cü il tarixli məktubundan görünür ki, Sabir bəy Cəfərqulu oğlunun (---- İqdaməli Cəfərqulu oğlunun qardaşı) 14 aprel 1915-ci ildə doğulmuş, atası Cəfərqulu Baxışəli oğlu, anası Nazıxanım Zeynal qızı olmuşdur; • Verilmiş sorğuya əsasən Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən X10 barəsində PR-35883 nömrəli arxiv cinayət işi məhkəməyə təqdim edilmiş, həmin sənədlərdə sonuncuya məxsus doğum haqqında şəhadətnamə aşkar edilməmişdir; • Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, --- İqdaməli Cəfərquli oğlu 07 iyun 2000-ci ildə, onun arvadı X9 28 sentyabr 2006-cı ildə vəfat etmişdir; • Dövlət Təhlükəsizliyi Xidmətinin 17 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi1n babası 1877-ci ildə anadan olmuş, ünvan 1 ünvanında yaşamış neft sahibkarı, keçmiş müsavatçı X8 06 dekabr 1937-ci ildə Azərbaycan SSR X28 Komissarlığı tərəfindən həbs edilmişdir. Həbs zamanı onun ailə tərkibi həyat yoldaşı Nasxanım, oğlu İqdamdan ibarət olmuşdur. C.Əliyev 16 dekabr 1937-ci ildə güllələnmişdir. Azərbaycan SSR Prokurorluğunun 09 sentyabr 1989cu il tarixli rəyinə əsasən C.Əliyevə bəraət verilmişdir; • Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən X14 doğumu və ölümü haqqında məlumat aşkar edilməmişdir; • Ədliyyə Nazirliyi Vətəndaşlıq X12 tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, 07 iyun 2000-ci ildə vəfat etmiş İqdaməli Cəfərqulu oğlunun ölümünün 08 iyun 2000-ci ildə Xətai rayon Qeydiyyat şöbəsində qeydə alındığı və bu barədə AZ-İİ seriyalı 364684 nömrəli şəhadətnamənin tərtib olunduğu müəyyən edilmişdir; • Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında” Təlimatın 8-ci maddəsinə əsasən ölüm haqqında tibbi şəhadətnamələrin saxlanma müddəti bir il, ölən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin daxili işlər orqanlarının müvafiq qurumlarına təhvil verilməsi barədə siyahıların saxlanma müddəti üç ildir. Yuxarıda göstərilənləri nəzərə alaraq İqdaməli Cəfərqulu oğlunun ölüm haqqında şəhadətnaməsinin verilməsinə əsas olmuş sənədlərin şöbənin arxivində olmaması səbəbindən təqdim edilməsi mümkün deyil. • Yevlax rayon Qeydiyyat şöbəsinin Nümayəndə ünvanladığı məktubdan görünür ki, mərhum İqdaməli Cəfərquli oğlu ilə X5 adına Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən nikah haqqında akt qeydi tərtib edilərkən nikaha daxil olan tərəflərin yaşı qeyd edilmişdir. Belə ki, kişinin “30” yaş, qadının isə nikaha daxil olarkən “18” yaşı olduğu göstərilmişdir. Nikah haqqında akt qeydi 1950-ci ildə tərtib edildiyindən İqdaməli Cəfərquli oğlunun 1920-ci il təvəllüd olduğu məlum olur. Eyni zamanda mərhumun ölüm haqqında akt qeydində də 23.02 1920-ci il təvəllüdlü olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2016-cı il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimata 15 nömrəli əlavəyə əsasən nikahın dövlət qeydiyyatına alınması haqqında sənədlər-nikaha daxil olmaq haqqında ərizələr və ərizələrə əlavə edilmiş digər sənədlərin şöbənin arxivində saxlanılma müddəti 05 il müəyyən edilmişdir Göstərilən səbəbdən nikah daxil olmaq üçün təqdim edilən sənədlər içərisində doğum haqqında şəhadətnamənin olub-olmaması barədə informasiya vermək mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli Qərara müvafiq olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində qeydiyyat şöbələrində və konsulluq idarələrində və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq X12ndə saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün dövlət arxivinə verilir. Şöbənin arxivində saxlanılan 1948-ci ilə qədər doğum haqqında qeydiyyat kitabları Azərbaycan Respublikası Dövlət Arxivinə təhvil verildiyindən 1920-ci il təvəllüdlü İqdaməli Cəfərquli oğlunun doğumu barədə hər hansı məlumatın verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli Qərarın 13-16-cı bəndlərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən aidiyyəti üzrə məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 31 oktyabr 2003-cü il tarixdə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları”: 1.4-cü bəndinə əsasən, Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə, araşdırma zamanı təhlil edilmiş sübutlara və işin digər hallarına qiymət verərək, ərizəçilərin izahatlarını dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş üzrə tədqiq olunan sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, ərizəçilərin atası --- İqdaməli Cəfərquli oğlu 23 fevral 1920-ci ildə doğulmuşdur. Onun doğumu qeydə alınsa da, doğum haqqında şəhadətnaməsi itmişdir. Məhkəmə tərəfindən Bakı şəhəri Xətai rayon Polis İdarəsinə Ərizəçi2 şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin surətinin məhkəməyə təqdim edilməsi barədə sorğu verilmiş, məhkəməyə sonuncunun adına sənədləşən fərdi uçot kartoçkasının surəti təqdim edilmişdir. Həmin kartoçkada ərizəçinin adı Ərizəçi2, ata adı X15, ana adı X3 göstərilmişdir. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi1 müraciətinə əsasən ona ünvanlanmış 25 iyul 2024-cü il tarixli məktubundan görünür ki, ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Həmçinin verilmiş sorğulara əsasən Milli Arxiv İdarəsinin Dövlət Arxivinin 18 mart 2024-cü il tarixli məktubundan görünür ki, Sabir bəy Cəfərqulu oğlunun (---- İqdaməli Cəfərqulu oğlunun qardaşı) 14 aprel 1915-ci ildə doğulmuş, atası Cəfərqulu Baxışəli oğlu, anası Nazıxanım Zeynal qızı olmuşdur. Dövlət Təhlükəsizliyi Xidmətinin 17 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi1n babası 1877-ci ildə anadan olmuş, ünvan 1 ünvanında yaşamış neft sahibkarı, keçmiş müsavatçı X8 06 dekabr 1937-ci ildə Azərbaycan SSR X28 Komissarlığı tərəfindən həbs edilmişdir. Həbs zamanı onun ailə tərkibi həyat yoldaşı Nasxanım, oğlu İqdamdan ibarət olmuşdur. C.Əliyev 16 dekabr 1937-ci ildə güllələnmişdir. Azərbaycan SSR Prokurorluğunun 09 sentyabr 1989-cu il tarixli rəyinə əsasən C.Əliyevə bəraət verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçilər isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdırlar. Yuxarıda istinad olunan sənədlərdə ərizəçilərin atasının və babasının adı fərqli şəkildə qeyd edilsə də, məhkəmə Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən məlumatlara uyğun olaraq faktın tanınmasını qanuni hesab edir. Məhkəmə iddia tələbinin Maraqlı şəxs tərəfindən müvafiq doğum haqqında şəhadətnamə verilməsi hissəsinə münasibətdə qeyd edir ki, bu hissədə tələb qətnamənin icrasından irəli gəldiyindən məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməlidir. Odur ki, ərizə təmin edilməli, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 atası ---- İqdaməli Cəfərquli oğlunun 23 fevral 1920-ci il tarixdə doğulmasına dair akt qeydi bərpa edilməli, həmin akt qeydində “ata adı” qrafasında X7, “ana adı” qrafasında isə ---- Nazıxanım Zeynal qızı kimi, “milliyyət” qrafasında azərbaycanlı kimi qeyd edilməli, həmçinin həmin akt qeydində “uşaq” ---- İqdaməli Cəfərquli oğlu kimi qeyd olunmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçilər 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçilər tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özlərinə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 atası ---- İqdaməli Cəfərquli oğlunun 23 fevral 1920-ci il tarixdə doğulmasına dair akt qeydi bərpa edilsin, həmin akt qeydində “ata adı” qrafasında X7, “ana adı” qrafasında isə ---- Nazıxanım Zeynal qızı kimi, “milliyyət” qrafasında azərbaycanlı kimi qeyd edilsin, həmçinin həmin akt qeydində “uşaq” ---- İqdaməli Cəfərquli oğlu kimi qeyd olunsun. Hazırkı qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçilər Ərizəçi1 və Ərizəçi2 özlərinə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-6768/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6768/2024
09.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver