Məhkəmə qərarları › İş №2(011)-68/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-68/2021

30.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-68/2021 30.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, əşyaların mənzildən çıxarılması” barədə ilkin iddiasına, Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşaqları X8 və X7 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 7, mənzil 50-yə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və cavabdehə məxsus mətbəx mebelinin, paltaryuyanın, qaz peçinin, künc divanın, stol və stulların, 2 ədəd çil-çırağın, yataq dəstinin, soyuducunun, şirəçəkən maşının, tozsoranın və ət çəkən maşının cavabdehin öz vəsaiti hesabına qeyd olunan mənzidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının və övladları 30 dekabr 2015-ci il təvəllüdlü X4, 07 dekabr 2017-ci il təvəllüdlü X3 Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 7, 50 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 30 avqust 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamış, işə isə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia iddiaçı X2 mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Azərbaycan Respublikası MPM-in 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 162, 259.11, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, əşyaların mənzildən çıxarılması” barədə ilkin iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” barədə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar