Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-681/2024 15.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “əmrin ləğvi və məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə, əvvəlki vəzifəyə bərpa olunması tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh İB-nə qarşı – cavabdeh Azəriqaz İB - nin 18 sentyabr 2023 çü il tarixli 14-2-2/3-1K-908/2023 sayli əmrin ləğv edilməsinə, öz vəzifəsinə bərpa olunması və işə bərpa olunan günədək məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının və bayramda verilən pul mükafatının tam şəkildə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddaçı İddiaçı 1998-ci ildən Azəriqazin Suraxani rayon Ximətində müxtəlif peşələrdə işləmişdir. Əmək Müqaviləsinə qeyri qanuni xitam verilənədək ( xx.xx.2023) həmin xidmətdə 4-cü dərəcəli operator peşəsində çalışmışdır. 1992-ci ildən sərnişin daşıma nəqliyyat vasitəsində keçirilən qəza nəticəsində aldığı xəsarətə görə iddiaçıya 2 ci qrup əlillik təyin olunub, 1999 –cu ildən ömürlük əlil kimi tanınmışdır. xx.xx.2022 -ci ildə iddiaçı X1 Klinikasinda ağır əməliyyat keçirtmişdir. Oradan çıxdıqdan bir neçə müddət sonra Respublika Milli Onkologiya Mərkəzinə göndərilmişdir. Onkoloji Mərkəzdə 26 ŞÜA almışdır. Bu müddət ərzində iddiaçıya müvəqqəti əmək qabiliyyətini itirən kimi xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək xəstəlik vərəqəsi verilib. İddiaçı həmin vərəqələri idarəyə təqdim etmiş, onlar vərəqəni Sosial Müdafiə Fonduna göndərib ordan iddiaçıya xətəliyinə görə Sosial Yardim verilib. 01.05. 2023-cü ildən iddiaçı ilə bağladıqları müqaviləyə xitam verdikləri saxta əmrədək iddiaçı müntəzəm olaraq əmək fəaliyyətini davam etdirmişdir. Bununla bağlı iş qrafiki tutulub, maaş cədvəli yazılıb və Beynəlxalq Bankdan iddiaçı hər ay maaş almışdır. Sosial şəbəkədə Azəriqazin rəhbərliyini tənqid etdiyinə görə onun qəzəbinə tuş gəlmişdir. Birliyin rəhbəri tənqiddən nəticə çixartmaq əvəzinə 18 sentyabr 2023 cü il tarixdə 14-2- 2/3-1K-908/2023 nömrəli əmr imzalayaraq Əmək Məçəlləsinin 74 - maddəsinin 1- ci hissəsinin Ç bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasini yerinə yetirə bilməməsi göstərilmişdir. Cavabdehin guya iddiaçının əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirməsi ilə əlaqədar əmək funksiyasini yerinə bitirmədiyinə görə tamamilə qanunsuz və yalandir, beləki əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan cox müddətə tam itirilməsi dedikdə iddiaçının 6 ay ərzində xəstəliyi ilə bağlı stansionar və ya ambulator müalicə aldığı və bununla bağlı iş yerinə xəstəlik vərəqələri verməsi nəzərdə tutulur. Halbuki iddiaçı son altı ayda bir dəfə də olsun xəstə olmamiş, heç bir xəstəlik kağızını iş yerinə təqdim etməmiş, son altı ay ərzində daim işlədiyi ilə bağli tərtib edilən iş qrafiki maaş çədvəli mövcuddur və belə bir əsasla iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi cavabdehin iddiaçıya qarşı qərəzli münasibətindən əmələ gəlir. İddiaçı növbəti işdə çalışır 1-ci növbə səhər saat 8-00 da növbəni təhvil alıb axşam 20- 00 da təhvil verir. Ertəsi gün axşam 20-00 da təhvil alıb səhər 8-00 də təhvil verir və 2 gün istirahət edir. Növbəyoldaşlarından biri məzuniyyətdə olduqda isə artıq istirahət 2 gün deyil 1 gün olur. Sentyabrda növbə yoldaşından biri məzuniyyətdə olduğu üçün iddiaçı 17 sentyabrda gecə növbəsində olmuşdur. Axşam belində ağrı olduğu üçün iddiaçı özünü narahat hiss etmiş ona görədə 18 sentyabda növbəni təhvil verib yaşadığı ərazi üzrə poliklinikaya gedib həkimə müraciət etmişdir. Həkim iddiaçıya müvəqqəti işdən ayrılmağına görə xəstəlik vərəqi açıb və X3 vasitəsi ilə MRT yə göndərib. Axşam iddiaçıya deyilib ki, “səhər Azəriqazda olarsan” getmiş və orda iddiaçını işdən azad olması ilə bağlı əmrlə tanış edilib. Əmək Kitabcasını, ƏMR-in surətin verib yola saliblar. İddiaçı bildirir ki, xəstəliyi ilə bağlı əlində sənədi olduğunu deyə bilməmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəməyə elektron ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə edərək, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixində işdən çıxarılmışdır və işdən çıxarılmasının əsas səbəbi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Kommisiyasının (TSEK) rəyinin “əmək zəmanəti” hissəsində qeyd olunmuş “əmək qabiliyyətsizdir” olması olmuşdur. Məhkəmədə ekspertiza təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ tərəfindən verilən ekspert rəyində İddiaçı yüngül işlərdə işləmək iqtidarındadır, o cümlədən də Cavabdehndə “qaz paylayıcı stasiyanın operatoru” vəzifəsində (peşəsində) işləyə bilər qeyd olunmuşdur. Şəxs barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Kommisiyasının (TSEK) və Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ tərəfindən verilən ekspert rəyi arasında uyğunsuzluq vardır, rəylər bir biri ilə ziddiyət təşkil edir. Buna görə təkrar ekspertizanın keçirilməsini xahiş edir. İddiaçı iddia ərizəsində qeyd edir ki, işdən çıxarılan zaman onun əlində xəstəlik vərəqəsi olmuşdur. Daha sonra məhkəmə iclasında bülletendə olması ilə bağlı məlumatlı olmadığını bildirmişdir. Bu anlaşılmazlıqlığın aradan qaldırılması üçün şəhər poliklinikasının həkiminin iclasa dəvət edilməsini xahiş etmişdir. İddiaçı ilə əmək müqaviləsi bağlannan zaman əmək qabiliyyətsiz olması ilə bağlı məlumatları olmamışdır. Elektron portalda yenilənmə olduqdan sonra onlar iddiaçının əmək qabiliyyətsiz olduğunu bilmişlər. Bununla yanaşı, TSEK tərəfindən İddiaçı həmçinin, əmək qabilivvətsiz olduğu müəyyən edilmiş və bu barədə müayinə məlumatlarının “Əmək zəmanəti" hissəsində müvafiq qeydlər aparılmışdır. TSEK tərəfindən İddiaçı əmək qabiliyyətsiz olduğu müəyyən edildikdən sonra 2023-cü ilin əvvəlindən işəgötürən tərəfindən ona peşə yararlığının yoxlanılması məqsədilə yenidən tibbi müayinədən keçməsi təklif edilmiş və TSEK rəyinin “əmək zəmanəti” hissəsində qeyd olunmuş “əmək qabiliyyətsizdir” məlumat qeydinin ən azından “oturaq və yüngül işlərlə işləyə bilməsi” kimi məlumat qeydi ilə əvəz edilməklə www.e-qov.az internet portalına əlavə edilməsinin təmin edilməsi xahiş edilmişdir. İddiaçı peşə yararlığının yoxlanılması məqsədilə yenidən tibbi müayinədən keçməkdən imtina etmiş və buna görə də iddiaçı ilə müqaviləsinə xitam vermək məcburiyyətində qalmışlar. Məhkəməyə gələ bilməyən sabah işə də gələ bilməyəcək. Əmək qabiliyyətsiz olmasını fizioloji olaraq da müəyyən etmək olar. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “sosial şəbəkədə Azəriqazın rəhbərliyini tənqid etmişəm deyə onun qəzəbinə tuş gəlmişəm. Birliyin rəhbərliyi tənqiddən nəticə çıxartmaq əvəzinə özümsüzlük edib xx.xx.2023-cü il tarixində onun işdən azad edilməsi barədə əmr imzalamışdır”. İddiaçı bu hissədə dedikləri həqiqətləri əks etdirmir. Belə ki, o, işdən azad edilən günə kimi özünə məxsus facebook sosial şəbəkəsində, Azəriqaz İB-nın və onun rəhbərliyinin ünvanına xoş sözlər və təriflər demişdir. İddiaçı məhz işdən azad edildiyi tarixdən sonra (xx.xx.2023-cü ildən), barəsində verilmiş əmrlə razılaşmadığı üçün əks mövqe tutaraq Azəriqaz İB-nın və onun rəhbərliyinin fəaliyyətini facebook səhifəsində tənqid etmişdir. İddiaçıya məxsus facebook səhifəsində paylaşılmış görüntülərdən müəyyən olunmuşdur ki, iddiaçı tərəf işdən azad edildiyi tarixə kimi Azəriqaz İB-nın və onun rəhbərliyinin fəaliyyətini tənqid etməmiş və iddia etdiyi bu kimi əsaslarla işdən azad edilməmişdir. İddiaçının səhhəti peşə vəzifəsini yerinə yetirmək üçün işə yararlı deyildir. Cavabdehin nümyəndəsi bu halları nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyi yanında X2 Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəməyə çağırılsa da, lakin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, xx.xx.2023-cü il tarixdə verilmiş ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xəstəlik ilə bağlı tibbi arayış verilmişdir. İş materiallarıda olan, Rezonans klinikası tərəfindən verilən MRT müayinə protokulndan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Bel-oma nahiyyəsindən müayinə olunmuşdur. İş materiallarında olan, ИТ-İ № ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Suraxanı rayonu üzrə Texniki istismar xidmətində qaz paylayıcı stansiyasının operatoru vəzifəsinə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş , Cavabdeh İB tərəfindən tərtib edilmiş iş qrafikindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixə kimi işdə olmuşdur. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə 1069,89 manat məbləğində sonuncu əmək haqqını, xx.xx.2023-cü il tarixdə isə 2706,52 manat məbləğində son haqq-hesabını almışdır. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli , 14-2-2/3-1K-908/2023 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdən görünür ki, Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Suraxanı rayonu üzrə Texniki istismar xidmətində qaz paylayıcı stansiyasının operatoru vəzifəsinə qəbul edilmiş İddiaçı xx.xx.2015-ci il tarixli, 977 nömrəli müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi göstərilmiş, əmrin verilməsi üçün əsas Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatı olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, xx.xx.1999-cu il tarixdə qiymətləndirmə aparılmış, diaqnoz keçirilmiş sağ bud sümüyünün aşağı 1/3-nin q/d bitişmiş sınığı, sağ diz oynağının kəskin konturakturası, sağ bud çanaq oynağının hərəkət məhdudluğu,NSD sağ aşağı ətrafın limfostazı diaqnozu qoyulmuş, ikinci dərəcə əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti müddətsiz qeyd edilmiş, əmək zəmanəti əmək qabiliyyətsiz qeyd edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ tərəfindən verilən T 79/2024 saylı ekspert rəyindən görünür ki, 1962-ci il təvəllüdlü İddiaçı adına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən ona “Sağ bud sümüyünün aşağı l\3-nin q\d bitişmiş sınığı. Sağ diz oynağının kontrakturası. Sağ bud çanaq oynağının hərəkət məhdudluğu. NSD. Sağ aşağı ətrafın limfostazı” diaqnozu ilə xx.xx.1999-cu il tarixdə ikinci dərəcəli müddətsiz əlillik, yüngül işlərdə işləyə bilməsi əmək zəmanəti təyin edilmişdir, İddiaçı yüngül işlərdə işləmək iqtidarındadır, o cümlədən də Cavabdehndə “qaz paylayıcı stasiyanın operatoru” vəzifəsində (peşəsində) işləyə bilər. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair və 10 manat poçt xidmətlərinə dair xərc İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-681/2024 saylı qərardadından görünür ki, cavabdehin nümayəndəsi Nümayəndə mülki iş üzrə təkrar məhkəmə-tibbi ekspertizasının təyin edilməsinə dair vəsatəti təmin edilməmişdir. Tətbiq edilən hüquq: “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsi əsasən:
1. Hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və yaxşı iş şəraiti və işsizlikdən müdafiə hüququ var. Həmçinin
2. Hər bir şəxs heç bir ayrı-seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir.
3. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən qadınlara, əlilliyi olan şəxslərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrıseçkilik hesab edilmir. Həmin Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndində qeyd olunmuşdur ki, qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilə bilər. Həmin maddənin qeyd hissəsindən görünür ki, əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məcəllənin 300.1 maddəsi ilə əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı barəsində xx.xx.1999-cu il tarixdə qiymətləndirmə aparılmış, ikinci dərəcə əlil olması müəyyən edilmişdir, əmək qabiliyyətsiz olduğu qeyd edilmiş, xx.xx.2015-ci il tarixli 977№li əmək müqaviləsi ilə İddiaçı ilə Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Suraxanı rayonu üzrə Texniki istismar xidmətində qaz paylayıcı stansiyasının operator vəzifəsinə işə qəbul edilmişdir, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ tərəfindən verilən T 79/2024 saylı ekspert rəyindən görünür ki, 1962-ci il təvəllüdlü İddiaçı adına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən ona “Sağ bud sümüyünün aşağı l\3-nin q\d bitişmiş sınığı, sağ diz oynağının kontrakturası, sağ bud çanaq oynağının hərəkət məhdudluğu, NSD. sağ aşağı ətrafın limfostazı” diaqnozu ilə xx.xx.1999-cu il tarixdə ikinci dərəcəli müddətsiz əlillik, yüngül işlərdə işləyə bilməsi əmək zəmanəti təyin edilmişdir, İddiaçı yüngül işlərdə işləmək iqtidarındadır, o cümlədən də Cavabdehndə “qaz paylayıcı stasiyanın operatoru” vəzifəsində (peşəsində) işləyə bilər. xx.xx.2023-cü il tarixli , 14-2-2/3-1K-908/2023 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, tarixlərə nəzər yetirilən zaman müəyyən olunur ki, iddiaçı onunla əmək müqaviləsi bağlanmamışdan qabaq ikinci dərəcəli əlillik dərəcəsi almış, işəgötürən isə bundan məlumatlı olmuşdur. Əmək Məcəlləsinin göstərişlərindən müəyyən olunur ki, işçinin əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir. Bundan başqa işdən çıxarılmanın əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə istinad edilmişdir. Halbuki maddənin məzmunundan görünür ki, qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilə bilər. Lakin işin halları araşdırılarkən, elə cavabdehin nümayəndəsinin izahatından müəyyən edilir ki, o, müəssisədə xx.xx.2023-cü il tarixə kimi çalışmış, iddiaçının əmək qabiliyyətinin altı aydan çox müddətinə tam itirməsi halı müəyyən edilməmiş, iddiaçını işdən çıxarıldığı günə kimi əmək fəaliyyəti ilə məşğul olmuş və gördüyü işə aylıq əmək haqqı almışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli , 14-2- 2/3-1K-908/2023 nömrəli əmri ləğv edilməli, iddiaçı “Azəriqaz" İB-nin İdarəetmə aparatının Yeni qazlaşma və inkişaf şöbəsinin mühəndis vəzifəsinə işə bərpa edilməli və iddiaçıya məcburi iş buraxma dövrü üçün xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günədək əmək haqqı və bayramlarda verilən pul mükafatları hesablanaraq ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə,
qət etdi: İddia təmin edilsin. Cavabdeh İB-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə müvafiq olaraq xitam verilməsi barədə xx.xx.2023cü il tarixli , 14-2-2/3-1K-908/2023 nömrəli əmr ləğv edilsin. İddiaçı Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Suraxanı rayonu üzrə Texniki istismar xidmətində qaz paylayıcı stansiyasının operator vəzifəsinə işə bərpa edilsin. Məcburi iş buraxma müddəti üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla İddiaçı Cavabdeh İB tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı və bayramlarda verilən pul mükafatları ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Sahibə Hacıyeva