Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6812/2023 25.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “işə bərpa” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh İB-nə qarşı – Cavabdeh İB-nin X7 İstismar İdarəsinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 14-2-2-11/3 1K-166/2023 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının öz əvvəlki iş yerinə bərpa edilməyi, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesanblanaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh İB-nin X7 İstismar İdarəsi ilə aralarında bağlanmış 27 yanvar 2015-ci il tarixli, 325 nömrəli əmək müqaviləsinə əsasən həmin idarənin Ağcabədi rayonu üzrə kargüzarlıq və inzibati təsərrüfat xidmətinə gözətçi təyin edilmişdir. İşə təyin edildiyi vaxtdan 05 iyul 2023- cü il tarixə kimi də həmin xidmətdə əmək funksiyanı lazımi şəkildə icra etmiş, heç bir nöqsana yol verməmiş, bu ilin iyul ayına kimi hər ay əmək haqqı almışdır. Lakin cavabdeh Azəriqaz” İB-nin X7 İstismar idarəsi xx.xx.2023 cü il tarixli, 14-2-2-11/3 1K-166/2023 nömrəli əmri ilə iddiaçını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsini əsas göstərməklə əmək müqaviləsinə xitam vermiş və əmrin verilməsinin əsası kimi TSEK-də sonuncu müayinəyə dair məlumatı göstərmişdir. Əmrin surəti iddiaçıya 27 iyul 2023-cü il tarixdə X6 sahəsinin inzibati binasında təqdim edilmiş və iddiaçı həmin əmrin könüllülük prinsipi ilə ləğv edilməsi üçün cavabdehə 27 iyul 2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş və medisaiya təşkilatına müraciət etmişdir. Lakin cavabdeh idarə ilkin mediasiya sessiyasında iştirak etməmiş və bu səbəbdən də aralarında heç bir razılaşma da olmamışdır. Bu barədə mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak etməmə barədə xx.xx.2023-cü il tarixli arayış verilmişdir. İddiaçı hesab edir ki, cavabdeh Azəriqaz” İB-nin X7 İstismar İdarəsinin xx.xx.2023-cü il tarixli, 14-2-2-11/3 1 K-166/2023 nömrəli əmri qanunsuzdur və əmr ləğv edilməlidir. Eyni zamanda iddiaçının əvvəlki iş yerinə bərpa edilməyi təmin edilməli və məcburi buraxılmış iş günlərinə görə əmək haqqı hesablanaraq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçıya xx.xx.2002-ci il tarixdə TSEK-sı tərəfindən ümumi xəstəlik səbəbindən müddətsiz olaraq 2-ci dərəcəli əlillik təyin edilmiş, əlillik təyinatına əsas verən göndərişdə qeyd olunan diaqnoz və yanaşı xəstələliklərinə dair tibbi sənədlərin araşdırılmasının nəticəsi olaraq TSEK-sı tərəfindən əmək zəmanəti “Yüngül işlərdə işləyə bilər” kimi qiymətləndirilmişdir 2015-ci ildə də Cavabdeh İB-nin X7 İstismar idarəsi ilə aralarında olan əmək müqaviləsi bağlanarkən iddiaçı 2-ci qrup əlil olmuş və həmin idarə iddiaçının 2-ci qrup əlil olduğu barədə məlumatlı olmuşdur. Bu səbəbdən də iddiaçı gözətçi işi ilə təmin edilmişdir. İddiaçı 2015-ci ildən etibarən 7 ilə yaxın müddət ərzində yəni 05 iyul 2023-cü il tarixə kimi cavabdeh iddianın Ağcabədi rayonu üzrə kargüzarlıq və inzibati təsərrüfat xidmətində gözətçi işləmişdir. Lakin 2023-cü ilin iyun ayında işdə olan zaman X6 sahəsinin rəisi iddiaçıya şifahi məlumat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının ƏƏSMN-nin X2 Sistemində iddiaçının 1-ci qrup əlil olmağına dair məlumat aşkar edilmişdir. Həmin zaman iddiaçının 2-ci qrup əlilliyə dair sənəd təqdim etməyi tələb edilmiş, əks halda işdən çıxarılacağı bildirilmişdir. Bundan dərhal sonra iddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının ƏƏSMN -nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ərizə ilə müraciət etmiş, qəbulda olmuş və müayinə olunmuşdur. Müayinə zamanı da iddiaçının 2-ci dərəcə əlilliyinin olması bir daha təsdiq edilmişdir və həmin məlunatın texniki yalnışlıq olması bildirilmişdir.Ona görə də Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının 1-ci dərəcə əlilliyinə dair elektron informasiya sisteminə daxil edilmiş texniki səhv aradan qaldırılmışdır. Bununla əlaqədar ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə və 26 iyul 2023-cü il tarixdə cavab məktubları göndərilmiş və həmin məktublarda da iddiaçıya 2-ci qrup əlillik təyin edilməsi və ona 1-ci dərəcə müddətsiz əlillik təyinatı barədə qərarın texniki səbəblərdən yalnış daxil edilməsi bildirilmiş və araşdıra aparılaraq həmin texniki səhvin aradan qaldmmması öz təsdiqini tapmışdır. İddiaçıya 1-ci dərəcə əlillik təyin edilməsi barədə məlumatın ƏƏSMNnin X2 Sisteminə nə zaman daxil edilməsi ona məlum deyildir və bu barədə iddiaçıya verilən cavab məktublarında da heç bir qeyd yoxdur. Lakin Cavabdeh İB-nin X7 İstismar idarəsi Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin araşdırmanın nəticəsi başa çatmamış həmçinin iddiaçının son 6 ay ərzində əmək funksiyanı layiqincə yerinə yetirməyi nəzərə almadan həmin texniki səhvi fürsət bilərək iddiaçını qanunsuz olaraq işdən azad etmişdir. Əmək müqaviləsinə xitam verilməsi əmr verildikdən sonra da iddiaçı ƏƏSMN -nin X1 texniki səhvi aradan qaldırılması barədə cavabdeh X8 İstismar idarəsinə məlumat verərək bildirmiş, lakin cavabdeh həmin əmrin ləğv etməmiş və iddiaçını əvvəlki iş yerinə bərpa etməmişdir. İddiaçı qeyd ki. cavabdeh idarə mənini işdən azad edilməyinə dair əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsini əsas göstərsə də əmrin verilməsinin əsası kimi TSEK-də sonuncu müayinəyə dair məlumatın nədən ibarət olmasını əmrdə qeyd etməmiş, həmçinin həmin TSEK-in elektron informasiya mərkəzinə yerləşdirilmiş məlumatın əsaslı olub-olmamasını araşdırmamışdır. Bununla əlaqədar cavabdeh tərəfindən Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə heç bir sorğu verilməmişdir. Eyni zamanda cavabdeh idarə qeyd edilən məlumatı əldə etdiyi vaxtdan iddiaçını işdən azad edənə kimi olan dövr ərzində də bu barədə ona heç bir rəsmi məlumat da verməmişdir. Göründüyü kimi işdən azad olunması barədə əmr Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozaraq yəni iddiaçını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi əsası ilə işdən qanunsuz azad etmişdir. Həmin maddənin qeyd hissəsində göstırilmişdir ki: əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurunum) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə əlillik dərəcəsi və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Göründüyü kimi cavabdeh iddiaçının əmək qabiliyyətini tam itirdiyini təsdiq edən heç bir rəy mövcud olmasa da və iddiaçının 2-ci dərəcə əlil olduğuna dair əvvəldən məlumatı olsa da elektron informasiya sisteminə yerləşdirilmiş məlumatın səhibliyini müəyyən etməkdə maraqlı olmamış, əksinə texniki səhvdən sui-istifadə edərək əmək müqaviləsinə xitam vermişdir. İddiaçı qeyd edir ki, ailəlidir, himayəsində bir azyaşlı övladı var. Ailənin yeganə işləyən üzvüdür. Həmçinin 2002-cı ildən ümumi xəstəliyi ilə bağlı 2 qrup əlildir. İddiaçının işdən azad edilməyi həm onun, həm də ailəsinin də maddi vəziyyətinə mənfi təsir göstərmişdir. Ona görə də iddiaçının öz əvvəlki iş yerinə və bərpa edilməyi və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsinin təmin edilməsini istəyir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyi yanında X5 Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəməyə çağırılsa da, lakin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, xx.xx.2002-ci il tarixdə qiymətləndirmə aparılmış, xx.xx.1985ci il təvəllüdlü İddiaçı ikinci dərəcə əlildir, yüngül işlərdə işləyə bilər. İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X2 Sistemi Pensiya haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı əlilliyə görə 327,21 mnat məbləğində pensiya alır. İş materiallarında olan, İddiaçı üçün ətraflı qiymətləndirmə məlumatlarında müayinə tarixi:2002, növbəti qiymətləndirmə tarixi: müddətsiz, , səbəbi:ümumi xəstəlik, müayinədən əvvəl qrupu: ikinici dərəcəli əlillik, müddəti:müddətsiz, müvəqqəti əmək qabiliyyətinin itirilməsi: xeyr, əmək zəmanəti: yüngül işlərdə işləyə bilər, diaqnozun mətni:keçirilmiş uşaq srebal iflici hemiplegik forma tetraparez qeyd olunmuşdur. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli , 14-2-2-11/3-1K-166/2023 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdən görünür ki, Cavabdeh İB-nin X7 İstismarı İdarəsinin Ağcabədi rayonu üzrə kargüzarlıq və inzibati təsərrüfat xidməti bölməsində gözətçi vəzifəsinə qəbul edilmiş İddiaçı xx.xx.2015-ci il tarixli, 325 nömrəli müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, TSEK-də sonuncu müayinəyə dair məlumata əsasən xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi göstərilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliyi tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubu ilə bildirmişdirlər ki, əlillik təyinatına əsas verən göndərişdə qeyd olunan diaqnoz və yanaşı xəstəliklərə dair tibbi sənədlərin araşdırılması zamanı “Əmək qabiliyyətsizdir” şəklində verilən əmək zəmanətinin “Yüngül işlərdə işləyə bilər” kimi dəyişdirilməsi Tibbi-sosial ekspert komissiyası tərəfindən məqsədəuyğun hesab edilmiş və bu barədə müvafiq qərar qəbul edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliyi tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubu ilə bildirmişdirlər ki, xx.xx.2002-ci il tarixdən birinci dərəcə müddətsiz (Əmək əmanəti: Əmək qabiliyyətsizdir.) əlillik təyinatı barədə qərar Nazirliyin X2 sisteminin "Əlillik” alt sisteminə texniki səbəblərdən yanlış daxil daxil edilmiş, əmək zəmanətinin yenidən araşdırılması məqsədilə xx.xx.2023-cü tarixində Agentlikdə həkim-ekspertlər tərəfindən əyani müayinə olunmuş, araşdırma zamanı məlum olmuşdur ki, şəxsə xx.xx.2002-ci il tarixdən ümumi xəstəlik səbəbindən ikinci dərəcə müddətsiz (Əmək zəmanəti: Yüngül işlərdə işləyə bilər) əlillik təyinatı barədə qərar qəbul edilmiş və “Əlillik” altsisteminə daxil edilmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli Cəbrayıl 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı mediasiya sessiyasında iştirak etmiş və arayışa əsasən 50 manat məbləğində mediasiyaya dair rüsumdan azad edilmişdir. Tətbiq edilən hüquq: “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsi əsasən:
1. Hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və yaxşı iş şəraiti və işsizlikdən müdafiə hüququ var. Həmçinin
2. Hər bir şəxs heç bir ayrı-seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir.
3. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndində qeyd olunmuşdur ki, qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilə bilər. Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məcəllənin 300.1 maddəsi ilə əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı barəsində xx.xx.2002-ci il tarixdə qiymətləndirmə aparılmış, ikinci dərəcə əlil olması müəyyən edilmişdir, yüngül işlərdə işləyə bilməsi müəyyən edilmişdir. İddiaçı ilə Cavabdeh İB xx.xx.2015-ci il tarixli, 325 nömrəli müqavilə ilə Cavabdeh İB-nin X7 İstismarı İdarəsinin Ağcabədi rayonu üzrə kargüzarlıq və inzibati təsərrüfat xidməti bölməsində gözətçi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə müvafiq olaraq xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliyi tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, əlillik təyinatına əsas verən göndərişdə qeyd olunan diaqnoz və yanaşı xəstəliklərə dair tibbi sənədlərin araşdırılması zamanı “Əmək qabiliyyətsizdir” şəklində verilən əmək zəmanətinin “Yüngül işlərdə işləyə bilər” kimi dəyişdirilməsi Tibbi-sosial ekspert komissiyası tərəfindən məqsədəuyğun hesab edilmiş və bu barədə müvafiq qərar qəbul edilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliyi tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubla müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2002-ci il tarixdən birinci dərəcə müddətsiz (Əmək əmanəti: Əmək qabiliyyətsizdir.) əlillik təyinatı barədə qərar Nazirliyin X2 sisteminin "Əlillik” alt sisteminə texniki səbəblərdən yanlış daxil edilmiş, əmək zəmanətinin yenidən araşdırılması məqsədilə xx.xx.2023-cü tarixində Agentlikdə həkimekspertlər tərəfindən əyani müayinə olunmuş, araşdırma zamanı məlum olmuşdur ki, iddiaçıya xx.xx.2002-ci il tarixdən ümumi xəstəlik səbəbindən ikinci dərəcə müddətsiz (Əmək zəmanəti: Yüngül işlərdə işləyə bilər) əlillik təyinatı barədə qərar qəbul edilmiş və “Əlillik” altsisteminə daxil edilmişdir. Göründüyü kimi İddiaçı işdən çıxarılmasına əsas olmuş TSEK-də sonuncu müayinəyə dair məlumatın da yanlış olması sonradan elə həmin orqan tərəfindən verilmiş məktubla öz təsdiqini tapmışdır. Bundan başqa işdən çıxarılmamın əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə istinad edilmişdir. Halbuki maddənin məzmunundan görünür ki, qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilə bilər. Lakin işin halları araşdırılarkən, iddiaçının əmək qabiliyyətinin altı aydan çox müddətinə tam itirməsi halı müəyyən edilməmiş, iddiaçını işdən çıxarıldığı günə kimi əmək fəaliyyəti ilə məşğul olmuş və gördüyü işə aylıq əmək haqqı almışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil” Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli 14-2-2- 11/3-1K-166/2023 nömrəli əmri ləğv edilməli, iddiaçı Cavabdeh İB-nin X7 İstismarı İdarəsinin Ağcabədi rayonu üzrə kargüzarlıq və inzibati təsərrüfat xidməti bölməsində gözətçi vəzifəsinə işə bərpa edilməli və iddiaçıya məcburi iş buraxma dövrü üçün xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günədək əmək haqqı hesablanaraq ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə,
qət etdi: İddia təmin edilsin. Cavabdeh İB-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə müvafiq olaraq xitam verilməsi barədə xx.xx.2023cü il tarixli 14-2-2-11/3-1K-166/2023 nömrəli əmr ləğv edilsin. İddiaçı Cavabdeh İB-nin X7 İstismarı İdarəsinin Ağcabədi rayonu üzrə kargüzarlıq və inzibati təsərrüfat xidməti bölməsində gözətçi vəzifəsinə işə bərpa edilsin. Məcburi iş buraxma müddəti üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla İddiaçı Cavabdeh İB tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Sahibə Hacıyeva