Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6819/2025 22.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şövkətli-X1, İddiaçı Cavabdeh qarşı torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamənin dəyişdirilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin adına rəsmiləşdirilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onun adına dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, şəhadətnamə cavabdehin adına rəsmiləşdirildiyi üçün ora köçə bilmirlər. Məhkəmə iddia ərizəsini və ərizənin dəlillərini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə;. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair AR Ali Məhkəməsi Plenumunun xx.xx.2015-X3 Qərarı:
17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Məhkəmənin mövqeyi: İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının tələbi torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin cavabdehin adından iddiaçının adına dəyişdirilməsidir. Lakin mülkiyyətçinin dəyişməsi hər hansı mülki hüquqi əsasla (alqı-satqı müqaviləsi, vərəsəlik və s.) əsaslandırılmamışdır. Odur ki, məhkəmə hesab edir ki, mülki hüquqi əsas olmadan torpağa dair mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin dəyişdirilməsi tələbindən irəli gələn münasibətlər publik hüquqi münasibətlərdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya məhkəmə aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddia ərizəsinin qəbulundan imtina edildiyindən dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264-cü maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh qarşı torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamənin dəyişdirilməsi tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. xx.xx.2025-X3, ********** nömrəli mədaxil qəbzinə əsasən MilliÖn ödəmə sistemi vasitəsi ilə dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. İddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim:Leyla Şövkətli-Mənsimli