Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6820/2024 11.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “qohumluq faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə X8 arasında qohumluq faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək izahatında bildirdi ki, 29 fevral 1936-cı il tarixdə anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olmuş və X8 06 iyul 2023-cü il tarixdə “durğunluq ürək çatışmazlığı”ndan ölmüşdür. X8 ərizəçinin ata tərəfindən qohumudur, belə ki, ərizəçinin ulu nənəsi ilə mərhum Yekaterina Safonovanın nənəsi doğma bacı olmuşlar, hətta mərhum Yekaterina Safonova ərizəçinin ulu nənəsi ilə eyni yerdə dəfn olunmuş, onların məzarları da yanaşıdır. Onların qohumluq əlaqələri müvafiq sənədlər və şahid ifadələri ilə təsdiq olunur. Bakı şəhəri, Zığ yolu, ev 29, mənzil 6 xüsusi mülkiyyət hüququ əsasında X5 məxsus olmuşdur. X8 ilə qohumluq faktının müəyyən edilməsi üçün Bakı şəhəri Maraqlı şəxs və Azərbaycan Respublikasının Milli Arxivlər İdarəsinə müraciət etsələr də, həmin qurumlardan zəruri olan sənədlərin hamısını əldə etmək mümkük olmamışdır. X8 ilə qohumluq faktının müəyyən edilməsi ərizəçiyə Y.D.Safonovadan miras qalmış və Bakı şəhəri, Zığ yolu, ev 29, mənzil 6-da yerləşən mənzili vərəsəlik qaydasında qəbul etməyi üçün zəruridir. Odur ki, ərizəçinin, yəni Ərizəçi X8 ilə qohumluq faktı təqdim olunan sənədlər və şahid ifadələri əsasında müəyyən edilməlidir. Sonda ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında xx.xx.1976-cı il təvəllüdlü X16 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçinin həyat yoldaşıdır, ərizəçi ilə ailə həyatı qurandan bəri X6 həyat yoldaşının qohumu kimi tanımışdır. Belə ki, Yekaterina Safonova ərizəçinin nənəsi X9 nənəsi - X14 bacısı Dairya Kuzminiçnanın nəvəsidir, yəni Pelageya Kuzminiçna ilə Dairya Kuzminiçnanın atası eyni şəxs – Kuzminiçdir və onlar doğma bacılardır, ərizəçinin nənəsi Tamaranın anası Mariya (xx.xx.1901-ci il təvəllüdlü) ilə Yekaterinanın atası Dmirtiy (21 oktyabr 1911-ci il təvəllüdlü) xala uşaqları olmaqla ikisi də Saratov vilayətinin Atkarsk rayonunun Beloe Ozero kəndində doğulmuşlar və uşaqlıqlarını bir yerdə keçirmişlər. Mərhum özü də sağlığında atasının babasının adının Kuzma olduğunu, onun həm də Elxanın ulu babası olduğunu deyirdi. Hətta Elxanın ulu nənəsi Pelageya Kuzminiçna ilə mərhum Yekaterina Safonovanın qəbirləri də yanaşıdır. Düzdür, Yekaterina onun həyat yoldaşının uzaq qohumu olsa da onunla çox yaxın münasibətləri olmuş, tez-tez bir-biriləri ilə gediş-gəlişləri olmuşdur, o rəhmətə gedərkən onlar onun yas mərasimində yaxın qohum kimi iştirak etmişlər, hətta onu dəfn edərkən həyat yoldaşı Ərizəçi dəfn mərasiminin təşkili və xərclərini özü çəkmişdir. Ona məlumdur ki, Məhkəmə iclasında xx.xx.1976-cı il təvəllüdlü X33 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçinin yaxın qohumudur, X3 Ərizəçi ata tərəfdən uzaq qohumu olması barədə məlumatlıdır və bunu təsdiq edir, onların bir-birinin evinə gediş-gəlişləri olmaşını, hətta uzaq qohum olsalar belə, çox yaxın münasibətlərdə olmasını təsdiq edir. İş materiallarında olan İV-JQ 364558 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 17 iyul 1992-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs 14 iyul 2023-cü il tarixli 3-16-5/8-70-1699/2023 saylı Arayışın surətindən görünür ki, X8 06 iyul 2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Ölüm haqqında 14 iyul 2023-cü ildə 670№-li akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi: durğunluq ürək çatışmazlığıdır. İş materiallarında olan AZ-İİ seriyalı 358060№-li Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2003-cü ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan İİİ-JQ seriyalı 491229№-li Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X20, anası X4. İş materiallarında olan İİİ-JQ seriyalı 297975№-li Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X17 70 yaşında xx.xx.1985-ci ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan İE seriyalı 712080№-li Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1954-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası Ağalarov Ağakərim MirCabir oğlu, anası X10. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Ərizəçi ünvanlanan xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, 1927-ci ilə dair doğum haqqında qeydiyyat kitabında 06 fevral 1927-ci ildə doğulan X9 təvəllüdü qeyd olunur. Onun atası X29, anası X11. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Bakı şəhəri 5 saylı vəkil bürosuna ünvanlanan xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X3 ailə tərkibi haqqında arayışın təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan SSRİ X40 Komissarlığının Şaumyan rayon VVAQ şöbəsinin 2489 saylı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1936-cı ildə Bakı şəhərində doğulmuşdur. Onun atası X31, anası X2. İş materiallarında olan MMC şəkilli “Anbaran” müəssisəsinin xx.xx.2023-cü il tarixli 04/23 saylı arayışın surətindən görünür ki, Ərizəçi təqdim etdiyi sənədlər əsasında xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhumə qohumu, Bakı şəhəri, Zığ yolu, ev 29, 6 saylı mənzilin sakini X8 H.Z.Tağıyev adına toxuculuq fabrikinə aid qəbristanlıqda müəssisənin işçiləri tərəfindən dəfn olunmuş, bunun müqabilində Ərizəçi müəssisənin qassasına 170 AZN məbləğində vəsait ödəmiş və ona müvafiq qəbz təqdim olunmuşdur. İş materiallarında olan DİN BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, xx.xx.1936-cı il təvəllüdlü Bakı şəhəri, Zığ yolu, ev 29, mənzil 6 ünvanda qeydiyyatda olan X8 ölüm səbəbi ilə xx.xx.2023-cü ildən qeydiyyatdan çıxıb. İş materiallarında olan Nizami rayon Hərbi Komissarlığın X19ya verilən xx.xx.1991-ci il tarixli 237 saylı arayışın surətindən görünür ki, onun həyat yoldaşı X24 1941-1945-ci illərdə “X37” iştirakçısı olmuşdur və 1980-ci ildə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, Ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X7 barədə Əhalinin Dövlət Reyestrinin X1 sistemində heç bir məlumat aşkarlanmamışdır. İş materiallarında olan 28 may 1986-cı il tarixli 504 saylı Ölüm haqqında akt qeydinin surətindən görünür ki, X21 xx.xx.1901-ci ildə Saratov vilayətinin Atkarsk rayonunun Beloe Ozero kəndində doğulmuş, 8 may 1986-cı il tarixdə Bakı şəhərində kəskin ürək damar çatışmazlığından vəfat etmişdir. İş materiallarında olan Saratov vilayətinin Atkarsk mahalının M.Karamış kəndinin Nikolaevsk kilsəsinin ziyarətçisinə verilən 1911-ci ildə doğulmuşlar barədə 22 iyun 1918-ci il tarixli 29-b№-li metrik (doğum) kitabdan çıxarışdan görünür ki, 21 oktyabr 1911-ci il tarixdə doğulmuş X31 Saratov vilayətinin Atkarsk rayonunun Beloe Ozero kəndində doğulmuşdur, onun atası X34, anası Dariya Kuzminişnadır. İş materiallarında olan Maraqlı şəxs Ölüm haqqında akt qeydinin surətindən görünür ki, xx.xx.1936-cı il təvəllüdlü X8 xx.xx.2023-cü ildə 87 yaşında durğunluq ürək çatışmazlığı səbəbindən Bakı şəhərində ölmüşdür. Onun sonuncu yaşayış yeri Bakı şəhəri, Zığ yolu, ev 29, mənzil 6: ailə vəziyyəti: subay: doğulduğu yer: Bakı şəhəridir. İş materiallarında olan 07 oktyabr 1975-ci il tarixli 2831 saylı Doğum haqqında akt qeydindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X20, anası X4. İş materiallarında olan 03 avqust 1974-cü il tarixli 385 saylı Nikahın bağlanması haqqında akt qeydinin surətindən görünür ki, X20 ilə Petrova (Ağalarova) Valentina Nikolayevna nikaha daxil olmuşlar. İş materiallarında olan 803 saylı Doğum haqqında akt qeydindən görünür ki, X15 atası Ağalarov Ağakərim MirCabiir oğlu, anası X10. İş materiallarında olan SSRİ X40 Komissarlığının Vətəndaş halları aktlarının qeydiyyat şöbəsinin xx.xx.1936-cı il tarixli Təvəllüd haqqında aktın yazılması barədə sənədin surətindən görünür ki, X8 xx.xx.1936-cı ildə Bakı şəhərində doğulmuşdur. Onun atası X31, anası X2. İş materiallarında olan 267 saylı, 21 iyul 1952-ci il tarixli Ölüm haqqında akt qeydinin surətindən görünür ki, X25 20 nyul 1952-ci ildə 74 yaşında Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Milli Arxiv İdarəsinin məhkəməyə təqdim etdiyi Doğum haqqında qeyddən görünür ki, Tamara Qerasimova 6 fevral 1927-ci ildə doğulmuşdur. Onun atası X30, anası X12. İş materiallarında olan Vətəndaşlıq vəziyyəti aktlarının reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Aqrafena Safonovanın (Karotnikovanın) ölümü haqqında Xətai rayon Qeydiyyat şöəsi tərəfindən xx.xx.1985-ci ildə tərtib edilmiş akt qeydi nəzərdən keçirilərkən onun xx.xx.1914-cü ildə Rusiya Federasiyasının Saratov vilayətinin Lısoqorsk rayonunda doğulduğu məlum olmuşdur. İş materiallarında olan Vətəndaşlıq vəziyyəti aktlarının reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş 758 saylı 11 iyun 1956-cı il tarixli Doğum aktı qeydindən görünür ki, Petrova Valentina 11 iyun 1956-cı ildə Bakı şəhərində doğulmuşdur. Onun atası X28, anası X26. Həmin sənəddən görünür ki, uşağın anasının sözünə görə Valentina Petrovaya “Nikolayevna” ata adı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Polis İdarəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş pasportun surətindən görünür ki, xx.xx.1956-cı il təvəllüdlü X13 X18 ilə nikaha daxil olmuş, onun 8 iyul 1974-cü il təvəllüdlü qızı X32 və xx xxxxxxxx 1975-ci il təvəllüdlü oğlu Ərizəçi diğulmuşdur. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Ərizəçi atası X18, onun anası X22, onun anası X23, onun anası X27, onun atası Kuzmadır. 29 fevral 1936-cı il tarixdə Bakı şəhərində anadan olmuş və 06 iyul 2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş X3 atası X31, onun anası Dariya Kuzminiçna, onun atası Kuzmadır. Göründüyu ki, ərizəçinin və Yekaterina Safonovanın ulu babaları eyni şəxs – Kuzma olmaqla onlar qohumdurlar. Məhkəmə hesab edir ki, faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi qohumluq əlaqəsinin olması faktını təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, o, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 305.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli 03 saylı qərarına əsasən, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Beləliklə məhkəmə, tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X3 ərizəçinin ata tərəfdən qohumluq əlaqəsinin olması faktı tam sübuta yetirilir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 29 fevral 1936-cı il tarixdə ünvan 3 ünvanda qeydiyyatda olmuş və 06 iyul 2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş X8 ilə xx xxxxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş Ərizəçi qohumluq faktı müəyyən edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1975-ci il təvəllüdlü Ərizəçi 29 fevral 1936-cı il tarixdə Bakı şəhərində anadan olmuş və 06 iyul 2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş X8 ilə qohumluq faktı müəyyən edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6820/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6820/2024
11.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver