Məhkəmə qərarları › İş №2(011)-688/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-688/2025

14.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-688/2025 14.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, o, xx.xx.1997-ci ildə Bakı şəhəri Semaşko adına 1 saylı Kliniki şəhər xəstəxanasının 2 saylı doğum şöbəsində doğulmuşdur. Uzun illər müəyyən problemlər səbəbindən doğum faktının müəyyən edilməsində çətinliklər yaşamışdır. Doğum faktının müəyyənləşdirilməsi ərizəçinin şəxsi və əmlak hüquq münasibətlərinin əmələ gəlməsi və ərizəçinin bu münasibətlərdə iştirakı üçün gərəkdir. Ərizəçi doğum faktının müəyyən olunması məqsədilə dəfələrlə yaşadığı yer üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs1nə müraciət etsə də, onun müraciətlərinə imtina cavabı verilmiş və məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Ərizəçinin anası Maraqlı şəxs2 tərəfindən Bakı şəhəri 1 saylı X5 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə doğum faktını, vaxtını və yerini təsdiq edən sənədin alınması üçün sorğu ünvanlanmışdır. X11 Hüquqi Şəxsi tərəfindən sorğunun cavablandırılması zamanı bildirilmişdir ki, xx.xx.1967-ci il təvəllüdlü Maraqlı şəxs2 xx.xx.1997-ci il tarixində X7 qeydiyyat jurnalında qeydiyyatdan keçməmişdir. Ərizəyə məsələ ilə bağlı müəyyən sənədlər əlavə olunmuşdur. Əlavə edilən sənədlərdən biri də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib olunan Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışdır. Müalicə həkimi pasiyentin vəziyyəti haqqında məlumatlar əks etdirilmişdir. X4 tərəfindən Ambulator Kitabçadan çıxarış xx.xx.1997-ci ildə tərtib olunmuş Semaşko adına 1 saylı Kliniki şəhər xəstəxanasının 2 saylı doğum şöbəsi tərəfindən təqdim edilən arayış əsasında tərtib olunmuşdur. Sənədin əslini tapmaq mümkün olmadığından surəti işə əlavə olunmuşdur. Ərizəçinin şəxsiyyətini müəyyən edən sənəd olmadığı üçün şəxs bütün müraciətlərini anası Maraqlı şəxs2 vasitəsilə həyata keçirməkdədir. Ərizəçinin özünü məhkəmələrdə, dövlət qurumlarında və digər müəssisələrdə təmsil edı bilməsi və hüquqlarını müdafiə də bilməsi üçün doğum faktının müəyyənləşdirilməsi zəruridir. Qeyd olunanlardan da göründüyü kimi lazımi sənədlərin alınmasında ərizəçi çətinliklər çəkməkdədir. Ərizəçinin qohumluq münasibətlərində olduğu şəxslər qismində anası Maraqlı şəxs2 və xalası qızı X2, həmçinin qonşusu X1 şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsində və doğum faktının təsdiq edilməsində şahid qismində iştirak edə bilərlər. Hər birinin ifadə etdiyi fikirlərə əsasən, ərizəçi Bakı şəhərində doğulmuşdur və doğulduğu gündən bu şəhərdə yaşamağa davam etməkdədir. Ərizəçi ərizəsini Azərbaycan Respublikası MPM-nin 307.1, 307.2, 308 və 309-cu maddələri ilə əsaslandıraraq, onun şəxsi və əmlak hüquq münasibətlərinin əmələ gəlməsi və onları həyata keçirə bilməsi, həmçinin layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədi ilə doğum faktının müəyyən olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun şəxsi və əmlak hüquq münasibətlərinin əmələ gəlməsi və onları həyata keçirə bilməsi, həmçinin layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədi ilə xx.xx.1997-ci ildə Bakı şəhərində doğulması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs2 izahatında bildirmişdir ki, Ərizəçi onun qızıdır, bir müddət şəxsiyyət vəsiqəsi olmamış, doğum haqqında şəhadətnamə Ermənistan Respublikası tərəfindən verildiyinə görə imtina edilmiş, qızına sənəd ala bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış Maraqlı şəxs1 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanmış 23 iyul 2024-cü il tarixli, 3-16-5/8-15-N-15-1130 nömrəli məktubdan görünür ki, doğum faktını, vaxtını və yerini təsdiq edən tibbi müəssisəsinin sənədi olmadan Ərizəçi doğum faktının qeydiyyat şöbəsi tərəfindən qeydiyyatı mümkün deyildir. Qeyd olunanları nəzərə alaraq, məhkəməyə müraciət etməsini tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “X9” X14 tərəfindən Maraqlı şəxs2 verilmiş 12 avqust 2024-cü il tarixli, 18-1-2/2-N- 549-2-304/2024 saylı məktubdan görünür ki, 29 iyul 2024-cü il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, xx xxx 1967-ci il təvəllüdlü Maraqlı şəxs2 xx xxxxxx 1997-ci il tarixində X7 qeydiyyat jurnalından qeydiyyatdan keçməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “X9” X13 tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış 23 dekabr 2024-cü il tarixli 18-1-2/2-6437/2024 saylı məktubdan görünür ki, Maraqlı şəxs2 28 yanvar 1997-ci il tarixində vaxtında doğuş diaqnozu ilə X7 doğum şöbəsinə daxil olmuşdir. Xəstə 04 fevral 1997-ci il tarixində xəstəxanadan evə yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 186 №-li tam orta məktəb tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış 27 dekabr 2024-cü il tarixli, 122 nömrəli məlumatdan görünür ki, 186 nömrəli tam orta məktəbin 29 avqust 2003-cü il tarixli 01 nömrəli protokoluna əsasən Ərizəçi məktəbin 1-A sinfinə qəbul edilmiş və 16 aprel 2007-ci il tarixinə kimi məktəbin şagirdi olmuşdur. Məktəb üzrə 16 aprel 2007-ci il tarixli 75 nömrəli əmrə əsasən məktəbin şagird kontingentindən çıxarılmışdır. Şagird ibtidai təhsil səviyyəsini Laçın rayon 39 nömrəli əsas məktəbdə davam etdirmişdir. İş materiallarında olan Maraqlı şəxs2 xx xxx 1967-ci il tarixdə Ermənistan Respublikasında, Sisyan rayonunda anadan olmuşdur, ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Ambulator kitabçadan görünür (xəstəlik tarixdən) çıxarışdan görünür ki, Ərizəçi xx xxxxxx 1997-ci ildə Bakı şəhəri Semaşka xəstəxanasında doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, o, Ərizəçi xalasıdır. Ərizəçi xx xxxxxx 1997-ci il tarixdə anadan olmuşdur, hazırda 28 yaşı vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, o, ərizəçinin qapı qonşusudur. Aytəni uşaqlıqdan tanıyır. Dürnisə Qədirova 1988-ci ildən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ünvanında yaşayır. Anası Yasəməndir, ərizəçinin atası ilə boşanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi ərizəsində göstərdiyi xüsusatları təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Belə ki, işdə olan sübutlarla təsdiq edilir ki, Ərizəçi xx xxxxxx 1997-ci il tarixdə Azərbaycan Respublikası Bakı şəhərində xx xxx 1967ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Maraqlı şəxs2 doğulmuşdur. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki işin baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edildiyi üçün ərizə təmin edilməli, Ərizəçi xx xxxxxx 1997-ci il tarixində Bakı şəhərində xx xxx 1967-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Maraqlı şəxs2 doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 285, 296-300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində xx xxx 1967-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Maraqlı şəxs2 doğulması faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxs1nə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar