Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6887/2021 11.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi, maraqlı şəxs Ucar rayon Notariat Kontoru olmaqla, mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyən edilməsi faktı tələbinə dair ərizə üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, arvadı X1 miras qalmış Ucar rayonunun Məlikballı kəndində yerləşən 0,30 hektar torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 156,1 kv. metr olan fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, RX seriyalı ******* nömrəli çıxarışdan göründüyü kimi onun arvadı-X2 xüsusi mülkiyyətində Ucar rayonunun Məlikballı kəndində 0,30 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 156,1 kv. metr olan fərdi yaşayış evi vardır, lakin arvadı X5 05.05.2020-ci il tarixdə vəfat etmişdir, bununla belə arvadı öldükdən sonra o həmin əmlaka faktiki sahiblik etsə də, qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün Ucar rayon Notariat Kontoruna müraciət etdikdə, notariusun eyni tarixli qərarı ilə miras əmlakın qəbul edilməsi ilə bağlı müddət ötürüldüyündən notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir, halbuki o göstərilən müddəti ötürməmiş, mərhum arvadından qalmış miras əmlaka öldüyü gündən faktiki sahiblik etmiş və əmlakı idarə etməyə başlamışdır, bununla da, mirası qəbul etdiyini mübahisəsiz olaraq nümayiş etdirmişdir, məhkəməyə təqdim etdiyi 18.08.2021-ci il tarixli 148 nömrəli arayışdan göründüyü kimi həmin əmlakın torpaq və əmlak vergisi onun tərəfindən ödənilmişdir, bundan başqa sərt karantin rejimi olmasına baxmayaraq o arvadı öləndən sonra bir neçə dəfə həmin daşınmaz əmlakların yerləşdiyi Ucar rayonunun Məlikballı kəndinə getmiş, həmin əmlakların dağıdılmaması üçün tədbirlər görmüş və karantin qaydalarına görə tez-tez gedə bilmədiyindən həmin kənddə yaşayan mərhum arvadının qardaşı X3 əmlaklara baxmasını xahiş etmiş, hətta 15.07.2021-ci il tarixdə etibarnamə vermişdir, göstərilənlərə əsasən miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinin zəruri olduğunu hesab edir. Sonda, Ərizəçi ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Ucar rayon Notarat Kontoru 29.09.2021-ci il tarixində məhkəməyə daxil olmuş ərizə ilə müraciət edərək, Ərizəçi mirası qəbul etməsi faktının müəyyən edilməsinə etiraz etmədiyini, səhhəti ilə bağlı iclasda iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. 11.10.2021-ci il tarixli məhkəmə iclasında 09.04.1955-ci il təvəllüdlü X6 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun yeznəsidir, mərhum X5 onun bacısı olmuşdur, hazırda Ucarda həmin evdə yaşayırlar, lakin ev onların deyil, bacısınındır, hazırda da varis Güloğlandır. 11.10.2021-ci il tarixli məhkəmə iclasında 20.03.1991-ci il təvəllüdlü X7 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun bibisinin həyat yoldaşıdır, mərhum X5 isə onun bibisidir, torpaq bibisinin, ondan əvvəl isə nənəsinin olmuşdur, bağışlama ilə bibisinə keçmişdir, ev onun adınadır-bibisinindir, lakin hazırda həmin evdə özü, atası, anası, yoldaşı yaşayır, bibisi arada gəlib evə baxırdı, o öləndən sonra yoldaşı-Güloğlan gəlib baxır, sənədlə ev onlarındır, onların uşağı olmamışdır, bibisinin də başqa uşağı yoxdur. Belə ki, iş materiallarında olan Ucar RİHB-nın Qazıqumlaq kənd inzibati ərazi idarəsi tərəfindən 24.12.2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 626810 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X5 24.12.2010-cu il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Kərimov, arvada Abbasova soyadı verilmişdir. İş materiallarında olan 15.05.2020-ci il tarixdə Bakı şəhəri qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 05.05.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 12.05.2020-ci il tarixdə 269 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1ində yerləşən ümumi sahəsi 156.1k v.m olan fərdi yaşayış evi və torpaq sahəsi X2 tam paylı mülkiyyətindədir. İş materiallarında olan Ucar rayon notariat ofisinin 13.08.2021-ci il tarixli 421 saylı qərarından görünür ki, 05.05.2020-ci il tarixdə vəfat etmiş X1 qalan ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən ibarət miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Ərizəçi 13.08.2021-ci il tarixli ərizəsinə baxaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində göstərilən miras əmlakın qəbul etməklə bağlı müddət ötürüldüyündən notariat hərəkətindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qazıqumlaq bələdiyyəsi tərəfindən verilmiş 18.08.2021-ci il tarixli 148 nömrəli arayışdan görünür ki, 2020-2021-ci illərdə Ucar rayon Məlikballı kəndində yerləşən X2 mülkiyyətində olan 0,30 ha torpaq sahəsi üçün bələdiyyə torpaq vergisini Ərizəçi ödəmişdir. Məhkəmə tərəfindən mülki iş materialları əsasında müəyyən olunmuşdur ki, Ucar rayonu, Məlikballı kəndində yerləşən ümumi sahəsi 156.1 kv.m olan fərdi yaşayış evi və torpaq sahəsi mərhum X2 tam mülkiyyətindədir, T.M.Abbasova 05.05.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür, ərizəçi mərhumun əri olmaqla onun vərəsəsidır, ərizəçi arvadına məxsus Ucar rayonu, Məlikballı kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsini miras əmlakı kimi arvadının ölümündən dərhal sonra faktiki idarə etməyə başlamış və mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi Ucar rayonu, Məlikballı kəndində yerləşən ümumi sahəsi 156,1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,30 kv.m olan torpaq sahəsinin arvadı X2 mülkiyyətində olan payına dair mirası qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X4 məxsus Ucar rayonu, Məlikballı kəndində yerləşən ümumi sahəsi 0,30 kv.m olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 156,1 kv.m olan fərdi yaşayış evi üzrə miras əmlakın Ərizəçi tərəfindən qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6887/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6887/2021
11.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver