Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6905/2023 10.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi qıznın 6 Saylı “ASAN Xidmət” Mərkəzini maraqlı şəxs qismində cəlb etdiyi “doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. Ərizəçi xx.xx.1984-cü il tarixdə Ermənistan Barana rayonunun Körpülü kəndində anadan olmuşdur. 1988-ci il tarixdə ailəsi ilə birlikdə məcburi köçkün kimi Bakı şəhərinə köçmüşdür. Ermənistanın Barana rayonunn Körpülü kəndindən köçən zaman ailəsinin və özünün sənədləri yaşadıqları evdə qalmış və götürə bilməmişdirlər. Doğum haqqında şəhadətnaməni təkrar almaq üçün 6 Saylı “ASAN Xidmət” X4 müraciət etmiş, 6 Saylı “ASAN Xidmət” Mərkəzi tərəfindən imtina verilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.
Ərizəçinin tələbi:
2. Ərizəçi xx.xx.1984-cü il tarixdə Ermənistanın Barana rayonunun, Körpülü kəndində doğulması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini xahiş etmişdir.
Maraqlı şəxsin etirazı:
3. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirmişdir ki, hazırda o Türkiyə Respublikası vətəndaşı ilə nikaha daxil olmaq istəyir və doğum haqqında şəhadətnamə konsulluqdan tələb edilmişdir. O, məhkəmə prosedurunun sürətləndirilməsini xahiş edirərək bildirmişdir ki, onun nikaha daxil olmaq istədiyi şəxsin Azərbaycan Respublikasında müvəqqəti yaşama icazəsinin vaxtı çox qısa müddət ərzində bitəcəkdir. Ərizəçi məhkəmədən tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə xx.xx.2023-cü il tarixli 3-16-5/8-3161-6023 saylı məktub ünvanlayaraq işə 6 Saylı “ASAN Xidmət” Mərkəzinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Şahid məhkəmə iclasında verdiyi izahda bildirmişdir ki, o ərizəçinin qardaşıdır, anasının adı Gülxanım soyadı isə Süleymanova olmuşdur. Anasının qızlıq soyadı isə Mansırovadır. Anası atası ilə evləndikdən sonra soyadını dəyişmişdir. Onun atasının adı isə Alı soyadı Süleymanov olmuşdur.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
7. AZE15963616 saylı Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən, Ərizəçi doğulduğu yer Ermənistan, Noyemberyan rayonu, doğulduğu tarix isə xx.xx.1984-cü il olaraq qeyd edilmişdir.
8. AA******* saylı Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən, Ərizəçi xx.xx.1984-cü il tarixdə anadan olmşdur.
9. 6 Saylı “ASAN Xidmət” Mərkəzi tərəfindən verilmiş 23 avqust 2023-cü il tarixli, 3-16-5/7- S-1xx-xx/2023 saylı məktubuna əsasən, Ərizəçi xx.xx.2023-cü il tarixli ərizəsinə cavab olaraq ona doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi bildirilmişdir.
10. Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş Ərizəçi fərdi uçot kartoçkasının surətinə əsasən, Ərizəçi xx.xx.1984-cü ildə anadan olmuş, doğulduğu yer Ermənistan Respublikası, Noyemberyan rayonu, valideynləri X5 və X2r.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. 162.3. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar:
4. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.
14. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il № 3 Qərarı:
4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə mülki iş üzrə ərizəni və əlavə edilmiş sənədləri, şahid ifadələrini nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
16. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Ərizəçi doğum haqqında şəhadətnaməsi əvvəllər mövcud olmuş, lakin daha sonra itirilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlər, ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə Ermənistan, Noyemberyan rayonunda doğulmuş, atası X5, anası isə X2r.
17. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Beləliklə, Ərizəçi xx.xx.1984-ci il tarixdə Ermənistan, Noyemberyan rayonunda anadan olmuş, atası X5, anası isə X3 olması faktı təsdiq edilməlidir.
18. Məhkəmə qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
Məhkəmə xərcləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307, 308, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
1. Ərizə təmin edilsin.
2. Ərizəçi xx xxxxx 1984-cü il tarixdə Ermənistan Respublikası, Barana (Noyemberyan) rayonunun Körpülü kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin.
3. Ərizəçi doğum haqqında şəhadətnaməsinin valideynləri qrafasında atası X5, anası X1 qeyd edilsin.
4. Qətnamə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən doğum haqqında aktın qeydiyyatı üçün əsasdır.
5. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.
6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova