Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6910/2022 07.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Ərizəçinin nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək miras qoyan atası X1 miras qalmış “OKA” markalıı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlliləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1956-cı il tarixdə doğulmuşdur. Atası- X6, anası isə - X4r. Atasına Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 30 ünvanında yerləşən 29 nömrəli mənzil və “OKA” markalı, 10ME011 dövlət qeydiyyat nişanlı avtomobil məxsus olmuşdur. X18 xx.xx.2007-ci il tarixində vəfat etmişdir. Atası vəfat etdikdən sonra mərhum anası (o, xx.xx.2020-ci ildə vəfat edib) Bakı şəhəri,11 saylı Notariat Ofisinə mirasın qəbul olunması qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında ərizə ilə müraciət etmişdir. Nəticədə, ona xx.xx.2008-ci il tarixli, V-40/2008 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə yalnız Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 30 amanında yerləşən 29 nömrəli mənzil üzrə verilmişdir, digər əmlak, yəni avtomobil şəhadətnamədə qeyd olunmamışdır. Atasının hələ sağlığında “OKA” markalı, 10ME011 dövlət qeydiyyat nişanlı avtomobil onun daimi istifadəsinə verilmiş və həmin avtomobildən onun vəfat etdiyi günə qədər, eləcə də onun ölümündən də sonra avtomobil onun istifadəsində olmuşdur. İddiaçı ailəlidir və hələ öz sağlığında atası avtomobilin daimi ailəsi üçün isitfadə olunması üçün əri Məmmədin adına uzunmüddətli etibarnamə vermişdir. Beləliklə,də atamın vəfatından sonra da miras əmlakı olan avtomobil onun tərəfindən faktiki qəbul lunmuş, ona daima qulluq edərək,onun cari təmirinə, saxlanılması üçün bütün xərcləri bu günə qədər o çəkmişdir. Lakin buna baxmayaraq atasının vəfatından 15 il keçməsinə baxmayaraq ona bu günə qədər qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Belə ki, o maraqlı şəxs Bakı şəhəri 11 saylı Notariat Ofisinə ərizə ilə müraciət etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Bakı şəhəri 11 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, XK-1481 nömrəli cavab məktubunda göstərilmişdir ki, X18in ölümü ilə əlaqədar açılmış vərəsəlik işi üzrə onun vərəsə olması müəyyən olunmamışdır. Halbuki, o miras açıldıqda notariat otısnə ərizə ilə müraciət etsə də,miras kütləsinə daxil olan miras əmlakı qəbul edərək, şəksiz nümayiş etdirirək, istifadə etmiş və bu günə qədər də istifadə edir. Amma buna baxmayaraq bu günə qədər atasından miras əmlakı qalmış əmlak üzrə müvafıq qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ala bilməmişdir. Yekunda notariusun cavab məktubunda ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Beləliklə,də yaranmış vəziyyətin tənzimlənməsi üçün mirasın faktiki qəbulu faktının müəyyən olunmasına zərurət yaranıbdır və ən əsası da odur ki, bu faktı başqa yolla müəyyən etmək mümkün deyildir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X15 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri 11 X19 Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1956-cı il tarixdə anadan olmuşdur, atası X6, anası X3r. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 22 dekabr 2007-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə Ərizəçi xx.xx.1982-ci il tarixdə nikah bağlamışlar. Nikahdan sonra ərə Əsədov, arvada Piriyeva soyadı verilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “OKA” minik markalı, ** ME *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi X5 məxsusdur və nəqliyyat vasitəsini X16 idarə edə bilər. Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X2 həyat yoldaşı X7 və qızı X9 miras əmlakdan irs almalıdırlar. Şəhadətnamə üzrə verilən miras əmlak Bakı şəhəri, Azadlıq prospekti, 30 saylı evdə yerləşən, ümumi sahəsi 62,1 kvadrat metr, yaşayış sahəsi 43,58 metr olan 3 otaqlı, 29 saylı mənzildən ibarətdir. X9 tərəfindən verilmiş ərizənin surətindən görünür ki, mərhum X1 qalan miras əmlaka onun qızı Ərizəçi vərəsə kimi tanınmasına və miras əmlakdan ona pay verilməsinə etirazı yoxdur. Ərizə Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmişdir. Tətbiq edilən hüquq: Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.9-ci maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Münasibətlərin yarandığı, yəni, mirasın açıldığı zaman qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki iş materiallarından məlum olur ki, Ərizəçi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin başqa qaydada alınması mümkün olmamış, buna görə də o, hüquqi faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, Ərizəçi atası X1 miras qalmış “OKA” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun tərəfindən qəbul edilməsi faktını sübuta yetirə bildiyinə görə onun ərizəsi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. X1 miras qalmış “OKA” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-6910/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6910/2022
07.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver