Məhkəmə qərarları › İş №2(011)-6916/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6916/2025

25.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6916/2025 25.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək Bakı Tikinti Nəqliyyatı X3 Kombinatında (ATSC) fasiləsiz əmək fəaliyyətində olduğu faktının, sığorta stajının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci il tarixində Balakən rayonunun Katex kəndində anadan olmuş, xx.xx.1972-ci il tarixindən xx.xx.1974-cü il tarixinədək əyani təhsil aldığı illər, xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1979-cu il tarixindən xx.xx.1999-cu il tarixinədək əmək fəaliyyəti nəzərə alınmaqla cəmi sığorta stajı 26 il 11 ay 10 gün təşkil edir.Yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Opetrativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzinə etdiyi müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialında aidiyyəti üzrə baxılmış və qeyd edilmişdir ki, təqdim etdiyi əmək kitabçasının surətində olan məlumatlara əsasən sığorta stajı 19 il 5 ay 2 gün təşkl edir. Mərkəzi Filial bildirmişdir ki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək olan son dövrün doldurulma qaydası pozulduğu üçün, yəni işdən azad olunma barədə əmrin tarixi qeyd olunmadığından, sözügedən dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir, əlavə olaraq bildirilir ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir və tövsiyyə olunur ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. Bu səbəbdən ona xx.xx.2022-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizəyə uyğun izahat verərək, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasinda səlahiyyətli nümayəndəsinin iştrakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı Baş Tikinti X2 1 №-li Avtobazanın 1992-ci ilin iyun və 1999-cu ilin dekabr ayına dair arxiv sənədlərinin əmr kitabları Dövlət Arxivinin Bakı filialında mövcuddur, lakin əmr kitablarında Ərizəçi işə qəbulu və işdən azad olunması barədə heç bir məlumat yoxdur, Bakı Tikinti Nəqliyyatı ATSC-nin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi əmək pensiyası ilə bağlı müraciətinə baxılaraq, təqdim etdiyi əmək kitabçasında xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğundan, işdən çıxma qeydində əmrin tarixi olmadığından xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək olan dövr sığorta stajına daxil edilməmişdir. Ərizəçi əmək kitabçasının surətindən görünür ki, xx.xx.1992-ci il tarixli 61 saylı əmrə əsasən o, Bakı Baş Tikinti X1 1 saylı Avtobazasında sürücü kimi işə qəbul edilmişdir. xx.xx.1999-cu il tarixdə 1 nömrəli Avtobaza “Bakı-Tikinti Nəqliyyat” ATSC-yə çevrilmişdir, xx.xx.1999-cu il tarixdə 25 saylı əmrlə Ərizəçi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İş üzrə şahid qismində dindirilmiş X5 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, ərizəçi ilə birlikdə 1988-ci ildən Bakı Baş Tikinti İdarəsində işləmişlər, sonradan 1994-ci ildə 1 saylı Avtobazaya köçürülmüşlər, 1999-cu ildə hamını işdən çıxarmışlar, işdən çıxarkən onlara heç bir sənəd verməmişlər, arxivdəki sənədləri isə məhv etmişlər. Ərizəçi 1992-ci ildən 1999-cu ilədək 1 saylı Avtobazada işləmişdir. İş üzrə şahid qismində dindirilmiş X4 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, ərizəçi ilə təxminən 18 il birlikdə Bakı Baş Avtonəqliyyat İdarəsinin 1 saylı Avtobazasında işləmişlər, Ərizəçi 1992-ci ildən 1999-cü ilədək 1 saylı Avtobazada, yəni “Bakı-Tikinti Nəqliyyat” ATSC-də sürücü işləmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1 Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.11.Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: İşin halları ondan ibarətdir ki, Dövlət Sosial Müdafiə Fondu Ərizəçi əmək kitabçasında xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu, yəni, işdən çıxma qeydində əmrin tarixi olmadığı üçün xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək olan dövrü onun sığorta stajına daxil etməmişdir. Hazırda ərizəçi sosial sığorta stajının tamamlanması üçün xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək Bakı Tikinti Nəqliyyatı X3 Kombinatında fasiləsiz əmək fəaliyyətində olması faktının, eləcə də, sığorta stajının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, həmin dövr üzrə (xx.xx.1992 – xx.xx.1999) iş stajını təsdiq edə biləcək rəsmi sənəd (əmək kitabçasında qeyd) arxiv sənədlərində olmadığından və əriəzçinin həmin sənədi əldə etməsi mümkün olmadığından, həmin faktın təsdiqi ərizəçinin yaşa görə pensiya hüququnun əmələ gəlməsi üçün hüquqi əhəmiyyətli olduğundan ərizəçi Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ərizəçi əmək kitabçasından görünür ki, o, xx.xx.1992-ci il tarixli 61 saylı əmrə əsasən Bakı Baş Tikinti X2 1 saylı Avtobazasında sürücü kimi işə qəbul edilmişdir. xx.xx.1999-cu il tarixdə 1 nömrəli Avtobaza “Bakı-Tikinti Nəqliyyat” ATSC-yə çevrilmişdir, xx.xx.1999-cu il tarixdə 25 saylı əmrlə Ərizəçi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Əmək kitabçasında işdən çıxarılma əmrinin tarixi “sənədin tarixi və nömrəsi” qrafasında qeyd edilməsə də, həmin əmrin xx.xx.1999-cu il tarixində verildiyi “il, ay, gün” qrafalarında dəqiq qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X4 da Ərizəçi xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixinədək “Bakı Tikinti Nəqliyyat” ATSC-də fasiləsiz əmək fəaliyyətində olması faktını təsdiq etmişdir. Şahidlərə məxsus əmək kitabçalarının surətindən görünür ki, eyni tarixlərdə onlar da həmin müəssisədə işləmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixinədək “Bakı Tikinti Nəqliyyat” ATSC-də işləməsi faktı sübut olunduğundan, həmin faktın təsdiqi ərizəçinin yaşa görə pensiya hüququnun əmələ gəlməsi üçün hüquqi əhəmiyyətli olduğundan və ərizəçi faktın təsdiqi ilə bağlı sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə həmin hissədə təmin edilərək, Ərizəçi xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixinədək “Bakı Tikinti Nəqliyyat” ATSC-də fasiləsiz əmək fəaliyyətində olmasına dair (əmək stajının olmasına dair) hüquqi əhəmiyyətli fakt təsdiq olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixinədək olan dövrün sığorta stajı kimi müəyyən edilməsi hissəsində ərizə təmin edilməməlidir. Belə ki, ərizəçinin əmək fəaliyyətində olması təsdiqlənən xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixinədək olan dövrün sığorta stajı kimi nəzərə alınıb-alınmaması DSMF-nun səlahiyyətlərinə aiddir və hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

Ərizə qismən təmin edilsin. xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixinədək “Bakı Tikinti Nəqliyyat” ATSC-də fasiləsiz əmək fəaliyyətində olmasına dair (əmək stajının olmasına dair) hüquqi əhəmiyyətli fakt təsdiq olunsun. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar