Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-693/2021 22.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X1 İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı “aktın ləğv edilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu aldadaraq həmin aktı imzalatdıqlarını nəzərə alıb aktın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 11.08.2014-cü ildə qeyri yaşayış sahəsi Cavabdeh tərəfindən gələn məmurlar tərəfindən məhkəmə qərarı olmadan dağıdılıb, onlar ona 64850 manat və əlavə pul verəcəklərini bildirib özləri tərəfindən tərtib edilmiş aktı onu aldadaraq imzalatdılar, Cavabdeh nümayəndələri demişlər ki, o, onlarla razılaşmış, buna dair aktı da göstəmişlər, nümayəndələr guya ona pul verdiklərini bildirsə də, belə bir akt mövcud deyil, o cavabdehlə razılaşmamış, imza da çəkməmişdir, əgər belə bir razılaşma mövcud olsa idi, bu, notariat kontorunda bağlanardı və öz təsdiqini tapardı, bu günə qədər obyekt onun adındadır, DƏMRX-də hələ də əmlak onun adına qeydiyyatda olmaqla özgəninkiləşdirilməmişdir, sözü gedən obyekt onların dediyi razılaşma aktından 8 ay əvvəl dağıdılmış, günü bu gün də ona ödəniş edilməmişdir, onların aktında söhbət 225 nömrəli sərəncamdan gedir, 64850 manat məbləğində pulu onlar ona ödəsələr də, o, pulu zorla, güclə götürmüşdür, obyekti də zorla dağıdılmış və dağıdılandan yalnız 8 ay sonra ona həmin pul ödənilmişdir, ona pulun həmin miqdarda olduğu, istəyirsə götürə biləcəyi, istəmirsə onu şərləyəcəklərini, hamının onun üzünə duracağını, o da bundan sonra qorxmuş və pulu almışdır, həmçinin qol çəksə belə hələ də pulunu ala bilməyən insanlar var, onun qardaşı da hədələnmiş, qardaşına həbs ediləcəyi bildirilmişdir, həm də ona görə qorxmuşdur, qardaşına da 119000 manat pul verilmiş, qardaşı da razılaşaraq ölkədən çıxıb getmişdir, qardaşını getməsi üçün o məcbur etmişdir, sonra ona 100kv.m obyekt veriləcəyi deyildikdən sonra o, 64850 manat pulu götürmüşdür, cra Hakımiyyəti nümayəndələri ona həm pul, həm də obyekt veriləcəyini bildirmiş, beş min manat rüsüm da ödəyəcəyi təqdirdə obyektin mülkiyyət hüquqularının dövət reyestrində onun adına qeydiyyatı aparılacağı bildirildikdən sonra o, təklifi qəbul etmişdir, aldadıldığını sonradan öyrənmiş, ona əlavə 23 min manat rüsum da ödəməli olduğu bildirilmişdir. Sonda İddiaçı iddia tələbinin təmin olunaraq razılaşma aktının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Bakı şəhəri Cavabdeh lazımi qaydada məlumat verilsə də o məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış razılaşma aktının surətindən görünür ki, İddiaçı hesablanmış 40.1 kv.m tikilinin əsas sahəsi üçün 40100 manat, 33 kv.m əlavə yardımçı tikililərin sahəsi üçün 24750 manat olmaqla, cəmi alınacaq təzminat 64850 manat müəyyən edilmişdir, İddiaçı tərəfindən həmin akt imzalanmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 225 saylı, 10.06.2013-cü il tarixli Sərəncamın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında mövcud olan yaşayış və qeyriyaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi Cavabdehnə əlavə edilməsi, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürmə işlərinin həyata keçirilməsinin təmin edilməsinin Cavabdehnə tapşırılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin başçısının aparatı tərəfindən İddiaçı ünvanlanmış 21.04.2017-ci il tarixli, Ə-86 saylı məktubun surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında istifadəsində olan zirzəmi sahəsinə təzminat verilməsi ilə bağlı müraciətinə baxılmış, göstərilən zirzəmi sahəsinin əvəzinə MKTB-nin 236/1 saylı, 30.10.2015-ci il tarixli məktubuna əsasən rayonun N.Əliyev küçəsi 46 saylı binanın zirzəmisində 100 kv.m qeyri-yaşayış sahəsinin ona icarəyə verilməsinə və gələcəkdə onun adına sənədləşdirilməsinə etiraz edilməməsi bildirilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Xətai filialı tərəfindən İddiaçı ünvanlanmış 06.03.2019-cu il tarixli, 523 saylı məktubdan görünür ki, Xətai rayonu, Turşu küçəsində yerləşən yaşayış evlərinin söküntüsü ilə əlaqədar Cavabdeh tərəfindən İddiaçı 13.02.2015-ci il tarixində ümumi siyahı ilə 000İCAT150440046 saylı ödənişlə 64850 manat vəsait kompensasiya köçürülmüş, həmin vəsait 18.03.2015-ci il tarixdə İddiaçı nağd ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2478/17 saylı, 27.12.2017-ci il tarixli Qərarın surətindən görünür ki, İddiaçı Cavabdehnə qarşı evinin ölçüsünə uyğun olaraq “Ağ şəhər” layihəsində mənzillə təmin olunmağı tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin 25.09.2017-ci il tarixli, 2-1(82)-4290/2017 saylı qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmış, iddiaçı tərəfindən həmin qərardaddan şikayət verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.11.2017-ci il tarixli 2-1(103)-2644/2017 saylı qərardadı iə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-2478/17 saylı, 27.12.2017-ci il tarixli Qərarı ilə həmin qərardaddan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.11.2017-ci il tarixli 2-1(103)- 2644/2017 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, 2015-ci ilin fevral ayında tərəflər arasında “razılaşma aktı” bağlanmış, tərəflər iddiaçıya məxsus 40.1 kv.m tikilinin əsas sahəsi üçün 40100 manat, 33 kv.m əlavə yardımçı tikililərin sahəsi üçün 24750 manat olmaqla cəmi alınacaq təzminat məbləğinin 64850 manat müəyyən edilməsi barədə razılıq əldə etmişlər, iddiaçıya məxsus tikilinin söküntüsü ilə əlaqədar cavabdeh tərəfindən iddiaçıya 13.02.2015-ci il tarixində 64850 manat vəsait kompensasiya kimi köçürülmüş, həmin vəsait 18.03.2015-ci il tarixində iddiaçıya nağd şəkildə ödənilmişdir. Bununla belə İddiaçı mübahisələndirilən əqdi bağlamağa məcburetmə halları, yaxud həmin əqdin vacib əhəmiyyətli yanılma nəticəsində bağlanmasına əsas verən, həmçinin müqavilənin forma tələbləri ilə bağlı tərəflər arasında başqa razılaşmanın olması halları məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, iddiaçı “razlıaşmanın ləğvi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etsə də, bu tələbin əsası kimi irəli sürdüyü dəlillər əqdin etibarsızlığı ilə əlaqədardır. Məhkəmə, iddiaçının dəlillərinə münasibətdə hesab edir ki, bu, iddiaçının sübutetmə yükü ilə bağlıdır, iddiaçı öz tələblərinin əsası kimi istnad etdiyi hallarla bağlı sübut etmə vəzifəsi daşıdığı halda, onun tərəfindən mübahisələndirilən əqdin etibarsızlığına əsas verən, o cümlədən əqdin bağlanılmasına məcburetmə halları, yaxud vacib əhəmiyyətli yanılma nəticəsində bağlanmasına əsas verən, həmçinin müqavilənin forma tələbləri ilə bağlı tərəflər arasında başqa razılaşmanın olması halları barədə mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş və belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən, müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər, maraqlı şəxs tərəfindən əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər, lakin işin mübahisəsiz hallarında görünür ki, tərəflər arasındakı razılaşmaya uyğun olaraq kompensasiya məbləği 18.03.2015-ci il tarixdə iddiaçıya ödənilmiş, 21.04.2017-ci il tarixdə qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə və gələcəkdə onun adına sənədləşdirilməsinə etiraz edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv dilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı "aktın ləğv edilməsinə" dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı "aktın ləğv edilməsinə" dair iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-693/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-693/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver