Məhkəmə qərarları › İş №2(011)-696/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-696/2025

12.02.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-696/2025 12.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclası katibi İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMMC-yə və Cavabdeh2 Nizami oğluna qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 MMMC-yə və Cavabdeh2 Nizami oğluna qarşı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35 A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən bir otaqlı ümumi sahəsi 59,47 kv.m. olan mənzilin təmirinə çəkdiyi xərclərinin əvəzi olaraq 20000 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 MMMC-dən və Cavabdeh2 Nizami oğlundan tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: X5 ilə "xxxx" MMC arasında xx.xx.2006-cı il tarixli 168 saylı yaşayış binasında mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən 1 otaqlı ümumi sahəsi 57,47 kv.metr olan mənzili payçı X4 təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 19363,43 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür. X5 tərəfindən həmin mənzilin dəyəri tam ödənilmişdir. Daha sonra iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2014cü il tarixli 108 saylı yaşayış binasında mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı "xxxx" MMC Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35 A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən bir otaqlı ümumi sahəsi 59, 47 kv.metr olan mənzili payçı kimi iddiaçıya təhvil verməyi, iddiaçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 23778 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilmiş, mənzil iddiaçıya təhvil verilmiş və iddiaçı tərəfindən həmin mənzildə təmir işləri həyata keçirilmiş, bundan sonra iddiaçı, mənzildə köçüb yaşamağa başlamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı X2 "xxxx" MMC-yə, "xxxx" MMC-yə və İddiaçı qarşı "xxxx" MMC və İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 108 saylı müqavilənin etibarsız hesab edilməsi və mənzilin ona təhvil verməsinə dair ilk iddiası təmin edilərək, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 108 saylı müqavilə etibarsız hesab edilmiş, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35 A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən bor otaqlı ümumi sahəsi 59,47 kv.metr olan mənzilin X4 təhvil verməyi vəzifəsi "xxxx" MMC-yə və "xxxx" MMC-yə həvalə edilmişdir. Həmin qətnaməsindən verilmiş apelyasiya şikayəti və daha sonra isə kassasiya şikayəti yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməyərək və həmin qətnamə qanuni qüvvəsini almışdır. Belə ki, iddiaçı mənzili tam şəkildə təmir etdirib yaşamaq üçün yararlı vəziyyətə gətirmiş, bu məqsədlər üçün cəmi 22500 manat məbləğində pul xərcləmişdir və ailəsi ilə birlikdə həmin mənzildə yaşayırdı. Belə ki, mənzilin təmirinə görə iddiaçının çəkdiyi xərclərin əvəzinin ödənilməsi məsələsi həll edilmədiyinə görə, mənzilə sahibliyi həyata keçirən X3 və qeyrilərindən həmin məbləğin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləlikdə "xxxx" MMC-yə və X1rşı “pul tələbinə” dair iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2014-cü il tarixli 108 saylı müqavilə əsasında "xxxx" MMC-yə ödədiyi 23778 manat məbləğində pulun "xxxx" MMC-dən alınıb iddiaçıya verilməsi, habelə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35 A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən bir otaqlı ümumi sahəsi 59,47 kv.metr olan mənzilin təmirinə xərclədiyi 22500 manat məbləğində pulun cavabdehlər "xxxx" MMC-dəən və X3 alınaraq ona verməklə tərəflərin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-9013/2015 saylı 11 dekabr 2015ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, "xxxx" MMC arasında mənzilin alqı-satıqısına görə bağlanmış xx.xx.2014-cü il tarixli 108 saylı müqavilə etibarsız hesab edildiyindən həmin müqavilə əsasında iddiaçı cavabdeh "xxxx" MMC-yə ödədiyi 23778 manat məbləğində pul vəsaiti, habelə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 29/35 A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən bir otaqlı ümumi sahəsi 59,47 kv.metr olan mənzilin təmirinə çəkilmiş xərclərin əvəzi olaraq 20000 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin qismən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35 A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən, bir otaqlı ümumi sahəsi 59,47 kv. metr olan mənzilin təmirinə iddiaçının çəkdiyi xərclərin əvəzi olaraq 20000 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilməsi və mənzilin təmirinə çəkdiyi xərclərin əvəzi olaraq 20000 manat məbləğində pul vəsaitinin cavabdeh X3 alınıb iddiaçıya ödənilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12743/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-9013/2015 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnaməsi qismən, yəni Bakı şəhəri ,Xətai rayonu, Gəncə prospekti 29/35 A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən 1 otaqlı ümumi sahəsi 59,47 kv.metr olan mənzilin təmirinə İddiaçı çəkdiyi xərclərin əvəzi olaraq 20000 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilmiş, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35 A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən bir otaqlı ümumi sahəsi 59,47 kv.metr olan mənzilin təmirinə İddiaçı çəkdiyi xərclərin əvəzi olaraq 20000 manat məbləğində pul vəsaiti cavabdeh X3 alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamə icra edilməsi üçün Nizami Rayonu İcra Şöbəsinə göndərilmiş sonradan isə aidiyyəti üzrə Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir. İcra icraatı zamanı məlum olmuşdur ki, X5 ölmüş və ölümündən əvvəl təmir etdiyi mənzili Cavabdeh1 MMMC-nin vasitəçiliyi ilə Cavabdeh2 Nizami oğlunun istifadəsinə vermişdir. Buna görə də icra icraatına xitam verilmişdir. Belə ki, Cavabdeh1MMMC-nin rəhbəri mənzilin təmirinə görə ödənilməli olan pul vəsaitinin iddiaçıya ödənilmədiyini və məhkəmə qətnaməsinin icrasız qaldığını bildiyi halda mənzilin başqa şəxsin istifadəsinə verilməsinə şərait yaratmışdır. Ona görə də hesab edir ki, X5 öldüyündən və mənzil Cavabdeh1 MMMC-nin vasitəçiliyi ilə Cavabdeh2 Nizami oğlunun istifadəsinə veridliyindən, mənzilə çəkdiyi təmir xərcləri onlardan iddiaçıya verilməlidir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh1 MMMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-9013/2015 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında mənzilin alqısatqısına görə bağlanmış xx.xx.2014-cü il tarixli 108 nömrəli müqavilə etibarsız hesab edildiyindən həmin müqavilə əsasında İddiaçı cavabdeh "xxxx" MMC-yə ödədiyi 23778 manat məbləğində pul vəsaiti, habelə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35 A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən bir otaqlı ümumi sahəsi 59,47 kv.metr olan mənzilin təmirinə İddiaçı çəkdiyi xərclərin əvəzi olaraq 20000 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 12743/2019 nömrəli Qətnaməsinə əsasən İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-9013/2015 saylı xx.xx.2015 tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti təmin edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-9013/2015 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnaməsi qismən, yəni Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 29/35 A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən bir otaqlı ümumi sahəsi 59,47 kv.metr olan mənzilin təmirinə İddiaçı çəkdiyi xərclərin əvəzi olaraq 20000 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilməsi, Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 29/35 A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən bir otaqlı ümumi sahəsi 59,47 kv.metr olan mənzilin təmirinə İddiaçı çəkdiyi xərclərin əvəzi olaraq 20000 manat məbləğində pul vəsaitinin cavabdeh X3 alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 12743/2019 nömrəli Qətnaməsi qanuni qüvvəsini almış və icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli “İcraata xitam verilməsi haqqında” Qərara əsasən Bakı Apellyasiya Məhkəməsinin 1(103)-12743/2019-002 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə borclu X5 xx.xx.2022-ci il tarixində öldüyünə görə xitam verilmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35A ünvanında inşa edilmiş yaşayış binasının idarə edilməsi, binanın ümumi əmlakının istismarı Cavabdeh1 MMMC tərəfindən həyata keçirilir. Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 29/35 A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən bir otaqlı ümumi sahəsi 59,47 kv.metr olan mənzilə dair payı X6 tərəfindən 2021-ci ilin oktyabr ayında Cavabdeh2 satılmış, sonuncu isə X4 61000 manat məbləğinə ödəniş etmişdir. Bundan sonra mənzilin Cavabdeh2 adına rəsmiləşdirilməsi məqsədi ilə sonuncu ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və maliyyə arayışı tərtib edilmişdir. İddianın hüquqi əsası: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 6. Mülki qanunvericiliyin prinsipləri 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi;[4] 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 119. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını və tərəflərin izahatlarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 29/35 A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən bir otaqlı ümumi sahəsi 59,47 kv.metr olan mənzilin təmiri üçün İddiaçı tərəfindən çəkilmiş xərclərin əvəzi olaraq 20000 manat məbləğində pul vəsaitinin X3 tutulması artıq qət edilmişdir. Bununla bağlı qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-12743/2019 nömrəli Qətnaməsi qanuni qüvvəsini almış və qətnamənin icra edilməsi üçün müvafiq icra vərəqəsi icra şöbəsinə göndərilmişdir. Belə olan halda, X2 ölümündən sonra onun məhkəmə qətnaməsi üzrə yaranmış öhdəliyi hüquqi varislik qaydasında onun vərəsələrinə keçməlidir və bu öhdəliyin kənar üçüncü şəxslərin üzərinə qoyulması yolverilməzdir. Digər tərəfdən iddiaçı cavabdehlər tərəfindən yol verilmiş hüquq pozuntusu nəticəsində, X2 mənzilin təmir xərclərinin ödənilməsi ilə bağlı iddiaçının qarşısında icra etməli öhdəliyi olduğu halda, sonuncuya məxsus olmuş sözügedən mənzilin özgəninkiləşdirildiyi, bu səbəbdən də iddiaçıya maddi zərərin yetirildiyini iddia etsə də məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən hər hansı hüquq pozuntusuna yol verildiyi müəyyən edilməmişdir. Belə ki, iddiaçının özünün də təsdiq etdiyi kimi, X2 iddiaçı qarşısında olan öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə X4 məxsus olmuş Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 29/35 A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən bir otaqlı ümumi sahəsi 59,47 kv.metr olan mənzilin özgəninkiləşdirilməsi ilə bağlı məhkəmə qərarı əsasında hər hansı qadağa qoyulmamışdır. Cavabdeh2 qanunvericiliklə ona verilmiş hüquqlardan faydalanaraq öz mənafeyinə uyğun olaraq qanunvericiliyə zidd olmayan qaydada X5 müqavilə bağlamış, və dəyərini ödəyərək yuxarıda qeyd edilən daşınmaz əmlak əldə etmişdir. Digər Cavabdeh1 MMMC isə qanunvericiliklə ona verilmiş səlahiyyətlər çərçivəsində, yəni çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi fəaliyyəti həyata keçirir. Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qanunvericiliklə ona verilmiş səlahiyyətlər çərçivəsində bir tək çoxmənzilli binanın ümumi əmlakı barəsində sərəncam verə bilər və hər hansı bir formada mənzil mülkiyyətçilərinə məxsus yaşayış sahələri ilə bağlı onların mülkiyyət hüququnun hər hansı bir formada məhdudlaşdırılmasına yol verilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMMC-yə və Cavabdeh2 Nizami oğluna qarşı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35 A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən bir otaqlı ümumi sahəsi 59,47 kv.m. olan mənzilin təmirinə çəkdiyi xərclərinin əvəzi olaraq 20000 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 MMMC-dən və Cavabdeh2 Nizami oğlundan tutularaq iddiaçıya ödənilməsi tələbi əsassızdır və rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMMC-yə və Cavabdeh2 Nizami oğluna qarşı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35 A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən bir otaqlı ümumi sahəsi 59,47 kv.m. olan mənzilin təmirinə çəkdiyi xərclərinin əvəzi olaraq 20000 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 MMMC-dən və Cavabdeh2 Nizami oğlundan tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbas

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar