Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6967/2021 10.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 İnqilab oğlu, Cavabdeh2 və Cavabdeh3 ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi və onların həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsi cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi və onların qeydiyyatdan çıxarılması barədədir, İddiaçı, cavabdehlər Cavabdeh1 İnqilab oğlu, Cavabdeh2 və Cavabdeh3dır. Göründüyü kimi, iddia ərizəsində ümumi məhkəmələrin səlahiyyətinə aid olan “mənzildən istifadə hüququna xitam verilməsi” barədə iddia tələbi ilə, inzibati məhkəmələrin səlahiyyətinə aid olan “şəxsin qeydiyyatdan çıxarılması” barədə digər iddia tələbi eyni iddia ərizəsində birləşdirilmiş, hər iki tələb üzrə cavabdehlər kimi Cavabdeh1 İnqilab oğlu, Cavabdeh2 və Cavabdeh3 göstərilmişdir, halbuki qeydiyyatdan çıxarılmağa dair mübahisələr üzrə cavabdehliyi inzibati orqan olan polis orqanları daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehlərə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildirildiyindən onun icraata qəbul edilərək baxılması mümkünsüzdür. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçıya cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması barədə müvafiq Polis İdarəsinə müraciət etmək, həmin dövlət orqanının vəzifəli şəxsinin qərar və ya hərəkətlərindən (hərəkətsizliyindən) narazı qaldığı təqdirdə isə tələbinə uyğun iddia ilə inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malik olduğu izah edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin məzmununa əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması, onun həmin yaşayış sahəsinə istifadə hüququnun olmadığı təqdirdə, inzibati orqanın funksiyalarını icra edən müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılıır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 İnqilab oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və qeydiyyat ünvanından çıxarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6967/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6967/2021
10.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver