Məhkəmə qərarları › İş №2(011)-6992/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6992/2025

12.01.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6992/2025 12.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı (müstəqil tələb sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Departamentinin 118 saylı Mənzil Kommunal İstismar Sahəsi cəlb edilməklə) “mənzilin nömrəsinin “105” deyil, “106” kimi oxunması; orderə düzəliş edilməsi öhdəliyinin Cavabdeh2 üzərinə qoyulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı (müstəqil tələb sürməyən üçüncü şəxs 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Departamentinin 118 saylı Mənzil Kommunal İstismar Sahəsi cəlb edilməklə) “mənzilin nömrəsinin “105” deyil, “106” kimi oxunması; orderə düzəliş edilməsi öhdəliyinin Cavabdeh2 üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh1 Cavabdeh2 X16 tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə verilmiş 65 nömrəli xx.xx.2003cü il tarixli orderdə mənzilin nömrəsinin “105” deyil, “106” kimi oxunması və Cavabdeh1 məxsus mənzil orderinə müvafiq düzəlişin olunması öhdəliyinin Cavabdeh2 X7 üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı daha əvvəl Cavabdeh1 qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 X16 tərəfindən ünvan 1-ə verilmiş 65 nömrəli xx.xx.2003-cü il tarixli orderin və ona əsas olmuş sənədin etibarsız hesab edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə işin gedişində qeyd etmişdir ki, orderdə nömrənin 106 kimi oxunması barədə iddia qaldırılması məqsədəuyğundur. Bundan əlavə iddiaçı X5, X8, X9, Cavabdeh1 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərarın qəbul edilməsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. ünvan 1 ünvanı iddiaçının şəxsi mülkiyyətindədir. Cavabdehlə heç bir qohumluq əlaqəsi yoxdur, cavabdeh onun şəxsi mülkiyyətində olan mənzildə pasport qeydiyyatındadır. Cavabdehin ailə üzvləri 106 nömrəli mənzildə yaşayırlar (buna dair Bakı İnzibati Məhkəməsinə balans saxlayıcı tərəfindən rəsmi arayış vermişdir). Cavabdeh1 tərəfindən etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Xətai rayonu, Cavanşir küçəsi, 21A saylı evin 105 saylı mənzili 2003-cü il tarixdən rəsmi sənədlər əsasında qeydiyyatda olmaqla 4 nəfər ailə üzvləri ilə birlikdə yaşayır. Qonşusu İddiaçı 68 saylı xx.xx.2003-cü il tarixli order verilmiş və otaq nömrəsi 105 olaraq göstərilmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və onu ailə üzvləri ilə birlikdə Xətai rayonu, Cavanşir küçəsi 21 A saylı evin 105 saylı mənzilindən çıxarılmasını, adıçəkilən ünvanda Salmanovun ailəsinin qeydiyyata salınmasının qanuni hesab edilməməsini və sair tələbləri irəli sürmüşdür. O, məlum anlaşılmazlıqların aradan qaldırılması məqsədilə Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə müraciət etmiş və İddiaçı verilmiş 68 saylı, xx.xx.2003-cü il tarixli orderdəki qüsurun yəni mənzil nömrəsində 105 yox, 106 sıra nömrəsinin yazılmasının; onun istifadə və sahibliyinə 20 il öncə verilmiş məlum ünvanda yerləşən mənzil sahəsinin rəsmiləşdirilməsinə əsas olmuş sənədlərin qonşusu Hikmət müəllimə verilmiş rəsmi sənədlərdən daha əvvəl (ilkin) olması və sair suallara aydınlıq gətirilməsini xahiş etsə də, 16 noyabr 2024-cü il tarixli məktubla xahişinin məzmunundan kənar, həqiqəti əks etdirməyən məlumatlar yazılmış, hətta soyadının “Qasımova” yox, “Osmanova” kimi qeyd edilməsi, araşdırmanın obyektiv olmamasına sübut kimi etiraz təqdim etmişdir. Bu iş məhkəmədə gedən vaxt müəyyən edilmişdir ki, Cavabdeh1 order var, orada mənzil nömrəsi 105 yazılmışdır. İnzibati məhkəmə iddianı təmin etməmişdir ki, eyni ünvandır. Bildirilib ki, iş üzrə cavabdehlər əsassız olaraq iddiaçıya məxsus olan 105 nömrəli mənzildə qeydiyyata alınmışdırlar, cavabdehə məxsus mənzil 106 nömrəsidir. Bu barədə balans saxlayıcı təşkilatlarda qeyd etmişdirlər ki, 105 saylı mənzil İddiaçı ayrılmışdır, bu barədə Həmkarlar İttifaqının 19 saylı xx.xx.2003-cü il tarixli protokolu verilmişdir. 106 saylı mənzilin isə cavabdeh şəxsə verilməsi qeyd edilmişdir. Cavabdehin mənzilinin nömrəsi 106-dır, onların orderində olan 105 nömrəsi yalnışlıqla yazılmışdır. Bundan başqa cavabdehə verilmiş mənzilin nə əsasında verilməsi məlum deyildir, heç bir əsası yoxdur. İddiaçıdan əvvəl də verilmiş olsa ancaq Həmkarlar İttifaqı Komitəsinin protokolu ilə verilməmişdir, (cavabdehə aid olan orderdən açıq-aydın görmək olar). Cavabdeh2 X16 tərəfindən verilmiş 65 nömrəli xx.xx.2003-cü il tarixli orderdə qeyd olunur ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 21 A ünvanda 1 mərtəbədə yerləşən 48,02 kv.m olan 2 otaqlı 105 nömrəli mənzil 3 nəfər ailə üzvü ilə birlikdə Cavabdeh1 ayrılmışdır. Cavabdeh2 X16 tərəfindən verilmiş 68 nömrəli xx.xx.2003-cü il tarixli orderdə qeyd olunur ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 21 A, ünvanda 1-ci mərtəbədə yerləşən 18 kv.m olan 105 nömrəli mənzil 5 nəfər ailə üzvü ilə birlikdə İddiaçı ayrılmışdır. Burada açıq görünür ki, 48,02 kv.m Cavabdeh1 ayrılmışdır. İddiaçı isə 18 kv.m olan mənzil ayrılmışdır. Balans saxlayıcı təşkilat Bakı İnzibati Məhkəməsinin müvafiq sorğusuna cavab vermişdir və orada ətraflı məlumatlar qeyd edilmişdir. Cavabdehə məxsus kommunal xidmətlərdə də mənzilin nömrəsi 106-dır. Bununla da mənzillərin tamamilə ayrı olması görünməkdədir. Ancaq Cavabdeh1, Hikmətə məxsus olan orderdə 105 əvəzinə 106 yazılması üçün departamentə müraciətlər edir. Cavabdeh1 özünə məxsus olan orderdə olan səhvlərin aradan qaldırılması əvəzinə ona qarşı əsassız çıxışlar edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Sual-cavab zamanı o bildirmişdir ki, hazırki mübahisənin yaranmasına səbəb odur ki, iddiaçı öz mənzilini özəlləşdirmək üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etdikdə, ondan həmin ünvan üzrə mənzilə qeydiyyata alınmış bütün şəxslərin razılığının alınması tələb edilmişdir. Onun və cavabdehin mənzillərinin ünvanları eyni olaraq “105” kimi göstərildiyindən, cavabdehin ailə üzvləri də onun mənzilində qeydiyyatda olan şəxslər kimi nəzərə alınırlar. Halbuki, hər hansı qohumluq münasibətləri yoxdur və cavabdeh ailə üzvləri ilə birlikdə onun mənzilinə qeydiyyata alınmayıblar. Sadəcə ünvanlar eyni olduğundan bir ünvanda həm iddiaçı öz ailə üzvləri ilə, həm də cavabdeh öz ailə üzvləri ilə qeydiyyatda olan şəxslər kimi nəzərə alınırlar. Onunla cavabdehin mənzilləri binanın ayrı-ayrı yerlərində yerləşir, onların mənzilləri üst-üstə düşmürlər. Mənzillər, faktiki olaraq ayrı-ayrı mənzillərdir. Mənzil nömrələri eyni olduğundan anlaşılmamazlıq yaranır. Belə ki, iddiaçıdan öz mənzili özəlləşdirilmək üçün eyni ünvanda qeydiyyatda görünən bütün şəxslərin, o cümlədən də cavabdehin və ailə üzvlərinin razılığı tələb olunduğundan, cavabdehin mənzilin nömrəsinə orderdə dəyişikliyin (düzəlişin) edilməsi zərurəti var. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Sual-cavab zamanı o bildirmişdir ki, mənzillərin nömrələrinin eyni olması ilə bağlı yaranmış anlaşılmamazlığın aradan qaldırılmasına razıdır. Lakin bu şərtlə razıdır ki, gələcəkdə öz əmlak hüquqlarının qeydiyyatı zamanı uyğunsuzluq yaranmasın. O, öz mənzilinin 106 kimi, iddiaçının mənzilin isə 105 kimi qeyd edilməsinə etiraz edir. O hesab edir ki, 105 saylı mənzil onundur. Onunla iddiaçının mənzilləri binanın ayrı-ayrı yerlərində yerləşir, onların mənzillləri üst-üstə düşmürlər. Mənzillər, faktiki olaraq ayrıayrı mənzillərdir. Hər iki mənzilin nömrəsi 105 olaraq, eyni olduğundan bu anlaşılmamazlıq yaranır. O, ümumiyyətlə hazırda mübahisə etmir. Mübahisə iddiaçının tələblərindən irəli gəlir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin və 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Departamentinin 118 saylı Mənzil Kommunal İstismar Sahəsinin nümayəndələri məhkəmə iclasına çağırılmış, lakin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 10 sentyabr 2003-cü il tarixli, 68 nömrəli orderin surətindən görünür ki, vətəndaş İddiaçı və onun 5 nəfərdən ibarət ailə üzvləri (İddiaçı (özü), X4, X1, X2, X3) Cavanşir küçəsindəki 21a saylı evdə yerləşən 2 saylı ailələr üçün yataxananın 1-ci mərtəbəsindəki binanın yaşayış sahəsi 18 kv.m olan 105 nömrəli mənzildə yaşamaq hüququna malikdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh2 04 iyul 2021-ci il tarixli, 106 saylı arxiv arayışının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində 21a saylı evdə yerləşən 2 saylı yataqxananın İX mərtəbəli binasıdakı 1 (bir) mərtəbədə 105 saylı mənzilə dair xx.xx.2003-cü ildə verilmiş 19 saylı protokola əsasən xx.xx.2003-cü il tarixdə 68 saylı order, həqiqətən də Cavabdeh2 X13 tərəfindən verilmişdir. İş materiallarında olan 17 avqust 2003-cü il tarixli, 65 nömrəli orderin surətindən görünür ki, vətəndaş Cavabdeh1 və onun 3 nəfərdən ibarət ailə üzvləri (Cavabdeh1 özü, X15, X18) Cavanşir küçəsindəki 21a saylı evdə yerləşən 2 saylı ailələr üçün yataxananın 1-ci mərtəbəsindəki binanın yaşayış sahəsi 49.02 kv.m olan, 2 otaqlı 105 nömrəli mənzildə yaşamaq hüququna malikdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfati Departamenti 1 Saylı Xüsusi Təyinatli Mənzil-Kommunal Təsərrüfati Birliyinin xx.xx.2025-ci il tarixli, 3-52-13-13/2-224/2025 saylı sorğuya cavab məktubun surətindən görünür ki, Birliyin balansında olan Cavanşir küçəsi 21A nömrəli binada yaşayan ayrı-ayrı ailələrin mənzillərinə 105 nömrəli mənzil qeyd edilməklə müvafiq olaraq 65 və 68 №-li orderlər verilmişdir. Mühəndislər tərəfindən yerində aparılan araşdırma və həmin mərtəbədə yaşayan sakinlərlə söhbət zamanı İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli, 68 №-li orderdə 105 nömrəli otaqda 2003-cü ildən qeydiyyatda olduğu və yaşadığı, eyni zamanda Cavabdeh1 xx.xx.2003-cü il tarixli, 65 №-li orderdə 105 nömrəli otaq qeyd edildiyi, Cavabdeh1 əmək kitabçası olmadığı, mənzili kirayə verdiyi, mənzilinə gələn kommunal xidmət haqlarındaki qəbzlərin 106 nömrəli mənzil kimi göstərildiyi məlum olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 3-52-13/2-680/2025 saylı, 20 oktyabr 2025-ci il tarixli məhkəməyə ünvanlanmış sorğuya cavab məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 703s nömrəli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 543 saylı Sərəncamı ilə özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunan dövlət şirkətlərinin balansında olan sosial-mədəni və kommunal-məişət təyinatlı obyektləri, o cümlədən ləğv edilmiş Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin "Ulduz" İstehsalat Birliyinin balansında olan ünvan 2 ünvanında yerləşən keçmiş yataqxana binası 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. Bina balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı sorğuda qeyd edilən 105 və 106 saylı mənzillərə dair hüquqmüəyyənedici sənədlər Birliyə təhvil verilmədiyindən məhkəməyə təqdim etmək mümkün olmamışdır İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 26 noyabr 2025-ci il tarixli, 3-21-3-30/2-56542/2025 saylı sorğuya cavab məktubun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 21A ünvanında yerləşən 105 və 106 saylı mənzillər barədə, habelə qeyd olunan fiziki şəxslərin adlarına qeydiyyata alınmış mənzil ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4737/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı cavabdehə Cavabdeh2 X16 tərəfindən ünvan 4-ə verilmiş 65 nömrəli xx.xx.2003-cü il tarixli orderin və ona əsas olmuş sənədin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10598/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinə qarşı X5, X8, X9, Cavabdeh1 iddiaçının mülkiyyətində olan ünvan 4 ünvanından pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilməsi barədə iddiası təmin edilməmişdir. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbyacan Respublikasının Mənzil Məcəlləsinin 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Avropa Məhkəməsi bir sıra qərarlarında onu da göstərmişdir ki, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X6rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Kovensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, tərəflərin mənzil münasibətləri 2003-cü ildən yarandığına görə hazıki mübahisəyə 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. İşdən göründüyü kimi tərəflərin mənzilləri ayrı-ayrı orderlər əsasında onların və ailə üzvlərinin istifadələrinə verilmişdir və faktiki olaraq, binanın ayrı-ayrı yerlərində yerləşən mənzillərdir. Bu mənzillər əvvəl yataqxana kimi fəaliyyət göstərən binanın yaşayış otaqlarıdır. Mübahisə mənzillərin sahələri və ya yerləşmələri ilə bağlı deyil, iddiaçı və cavabdehin istifadəsində olan iki fərqli mənzilə iki fərqli order əsasında eyni (“105”) mənzil nömrəsinin təyin edilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, tərəflərə onlara aid mənzillərə dair müxtəlif orderlər verildiyindən onların hər birinin “mülkiyyət hüququ ilə bağlı qanuni gözləntiləri” vardır. Buna görə də bu mübahisəyə əmlak hüquqlarının müdafiəsi prizmasından baxılmalıdır. Bəli ki, Cavabdeh1 öz hərəkətləri (hərəkətsizliyi) ilə iddiaçının qanunla qorunan əmlak hüquqlarına müdaxilə etmədiyi təqdirdə, iddiaçının özünə aid olmayan (Cavabdeh1 verilmiş) orderlə bağlı dəyişikliyin (düzəlişin) aparılmasını tələb etməyə subyektiv hüququ yoxdur. Belə ki, cavabdehə aid mənzilə dair hüquqmüəyənedici sənədlərdə hər hansı düzəlişin aparılmasını tələb etmək hüququ cavabdehə məxsusdur. Bu hüquq, həmçinin orderdə qeyd edilməklə, üçüncü şəxslərin qanunla qorunan hüquqlarına təsir etdikdə - hüququnun pozulduğunu iddia edən şəxslərə məxsusdur. Lakin işdən görünür ki, tərəflərin mənzilləri ayrı-ayrı mənzillərdir və mənzil nömrəsindən savayı, tərəflərin arasında hər hansı mübahisə yoxdur. Buna görə də işin mahiyyətindən görünür ki, iddiaçının qanunla qorunan hüquqlarına təsir edən hal cavabdehin orderində göstərilmiş mənzil nömrəsi deyil, mənzilin özəlləşdirilməsi ilə bağlı iddiaçının qarşılaşdığı maneələrdir. Sonda qeyd olunan bu məsələ inzibati hüquq xarakterli mübahisə olduğundan, məhkəmə, əmlak hüquqlarının qeydiyyatı zamanı eyni ünvanda adları göstərilməklə, müvafiq orderdə sadalanmamış şəxslərin razılığının tələb olunmasına dair hüquqi mübahisəyə qiymət vermir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan tərəfindən mənzilə dair hüquqmüəyyənedici sənədlərin verilməsi zamanı mənzilin texniki göstəriciləri ilə yanaşı onun vahid ünvan reyestrinə uyğunluğu və ünvanla bağlı halların müəyyənləşdirilməsi də inzibati orqanın səlahiyyətlərinə aiddir. Bu iddia ilə bağlı isə məhkəmə qeyd edir ki, özünə aid əmlaka dair hüquqların müəyyən edilməsini tələb etmək hüququ iddiaçıya məxsus olsa da, iddiaçının cavabdehə aid əmlaka dair hüquqların müəyyən edilməsini, həmçinin cavabehə aid əmlak hüquqları üzrə hüquqmüəyyənedici sənədlərdə düzəliş və dəyişikliklərin icrasını tələb etmək hüququ yoxdur. Odur ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı Cavabdeh1 Cavabdeh2 X16 tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair verilmiş 65 nömrəli xx.xx.2003-cü il tarixli orderdə mənzilin nömrəsinin “105” deyil “106” oxunması; Cavabdeh1 qızma məxsus olan mənzil orderində düzəlişin edilməsi öhdəliyininCavabdeh2 X7 üzərinə qoyulması barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı (müstəqil tələb sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərufatı Departamentinin 118 saylı Mənzil Kommunal İstismar Sahəsi cəlb edilməklə) Cavabdeh1 Cavabdeh2 X16 tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair verilmiş 65 nömrəli xx.xx.2003-cü il tarixli orderdə mənzilin nömrəsinin “105” deyil “106” kimi oxunması və Cavabdeh1 məxsus mənzil orderində müvafiq düzəlişin edilməsi öhdəliyininCavabdeh2 X7 üzərinə qoyulması barədə iddia ərizəsi təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar