Məhkəmə qərarları › İş №2(011)-6999/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6999/2025

29.08.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6999/2025 29.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şövkətli-X1, İddiaçı Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDR-də aparılmış qeydiyyatın və çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış qətnamə əsasında qardaşı Cavabdeh hüquqların dövlət qeydiyyatı haqqında çıxarış əldə etmişdir. İddiaçının fikrincə, Apellyasiya Məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Buna görə də o, hüquqlarının qorunması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iddia ərizəsini və ərizənin dəlillərini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə;. Məhkəmənin mövqeyi: İddia ərizəsinin məzmunundan aydın olur ki, tərəflər arasında daha əvvəl eyni mənzilə dair, eyni əsasla (xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinin etibarlılığının yoxlanılması) çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş olmuş, cavabdeh həmin iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinə əsasən mənzilə çıxarış əldə etmişdir. Hazırda iddiaçı çıxarışın ləğvini çıxarışın alınmasına əsas olmuş həmin məhkəmə qətnaməsinin qanunsuzluğu və məhkəmə tərəfindən etibarsızlığına hüquqi qiymət verilmiş eyni bağışlama müqaviləsinin mövcudluğu ilə əsaslandırmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinə əsasən iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddia ərizəsinin qəbulundan imtina edildiyindən dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən əsasən MilliÖn elektron ödəmə sistemi vasitəsi ilə dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar