Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-701/2021 06.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X2, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili X9, X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi” barədə ilkin iddiasına; Cavabdeh İddiaçı qarşı “pul tələbi, pulun verilməsi ilə mənzildən çıxarılmanın eyni anda icra edilməsi” barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanda yerləşən 11 saylı mənzildən çıxarılması qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin arasında 30 yanvar 2020-ci il tarixdə nikah bağlanmış və tərəflərin arasındakı nikaha 14 iyul 2020-ci ildə xitam verilmişdir. Lakin nikah pozulduqdan sonra cavabdeh iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən 11 saylı mənzildən çıxmamışdır. Həmin mənzil iddiaçının ilk həyat yoldaşı mərhum X8 məxsus olmuşdur. O, 17 noyabr 2019-cu ildə vəfat etmişdir. Bundan sonra isə mənzil 01 sentyabr 2020-ci il tarixdə vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçmişdir. İddiaçı ilə cavabdeh arasında mübahisəli mənzildən istifadə hüququ barədə hər hansı razılaşma yoxdur. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanda yerləşən 11 saylı mənzildən çıxarılması, Cavabdeh kirayə haqqı borcu kimi 3.400 manat vəsaitin İddiaçı xeyrinə tutulması, Cavabdeh İddiaçı məxsus olan televizor, paltaryuyan maşın, soyuducu, mebel əşyalarının ümumi dəyəri olan 1.000 manat vəsaitin İddiaçı xeyrinə tutulması, Əliyeva Mətanət Ağaverdi qızından İddiaçı məxsus olan qızıl üzüyün dəyəri olan 1.000 manat vəsaitin İddiaçı xeyrinə tutulması, İddiaçı və onun mərhum ilk həyat yoldaşı X8 məxsus iki əmək kitabçası, mənzilin mülkiyyət çıxarışı, nikah şəhadətnaməsi, valideynlərinin ölüm şəhadətnamələri, valideynlərinin medallarının Cavabdeh alınaraq İddiaçı verilməsi, Xətai rayon İcra şöbəsinin icra məmuru Ülvi Əkbərlinin 05 avqust 2020-ci il tarixli qərarına və Xətai Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli icra sənədinə əsasən, 1.375 manat ziyana görə pul vəsaitinin, 20 manat dövlət rüsumunun, 100 manat ekspertiza dəyərinin və Xətai Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən 250 manat pul vəsaitinin, 20 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.465 manat pulun alınaraq ona ödənilməsi, Cavabdeh mübahisəli mənzildə olan qeydiyyatının ləğv edilməsi və onun mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə aralarında ünvan 2 ünvanına dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, bu mümkün olmadığı halda cavabdeh və mərhum arvadı X8 həmin mənzilə dair ödədiyi 36.000 manatın İddiaçı alınıb iddiaçıya verilməsi, pulun ona verilməsi ilə onun mənzildən çıxarılmasının eyni vaxtda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mənzilin keçmiş mülkiyyətçisi Tatyana Əliyevanı uşaqlıq illərindən tanımışdır. Onlar eyni məktəbdə oxumuşlar. 2011-ci ilin aprel ayında söhbət əsnasında iddiaçı uyğun qiymətə torpaq sahəsi alıb ev tikdirmək fikrində olduğunu bildirdikdə Tatyana Əliyeva ona valideynlərindən qalmış mənzili satmaq istədiyini bildirmiş, iddiaçıya həmin mənzili almağı məsləhət görmüşdür. Tatyana həmin mənzili iddiaçıya 36.000 manata nisyə satmağa razılaşmışdır. İddiaçı 2011-ci ilin aprel ayından mənzilə köçüb yaşamağa başlamış, oktyabr ayında ilkin ödəniş olaraq 5.000 manat vermişdir. Bütün danışıq və razılaşmalarda İddiaçı də iştirak etmişdir. Həmin vaxtdan başlayaraq onlar hər il oktyabr-noyabr aylarında Bakıya gələndə iddiaçı onlara razılaşdıqları kimi 4.000 manat vermişdir.13 noyabr 2018-ci il tarixdə onlar Bakıda olarkən iddiaçı yenə 4.000 manat pul vermişdir. Bundan sonra onun ödəniləcək 3.000 manat borcu qalmışdır. Həmin vaxt Tatyana iddiaçıya etibarnamə verərək növbəti il gələrkən alğı-satqını rəsmiləşdirəcəklərini bildirmişdir. 13 oktyabr 2019-cu il tarixdə onlar yenidən Bakıya gəlmişlər. 20 oktyabr 2019-cu il tarixdə Tatyana iddiaçını cavabdeh İddiaçı iştirakı ilə mənzilə qeydiyyata saldırmışdır. İddiaçı qalan 3.000 manat pulu da ödəmişdir. Bununla da o, razılaşdıqları 36.000 manat pulu Tatyanaya tam olaraq ödəmişdir. Tatyana iddiaçıya müalicə olunacağını, daha sonra alğı-satqını rəsmiləşdirəcəklərini bildirmişdir. İddiaçı Tatyananı xəstəxanaya aparmışdır. O, Tibb Universitetinin Tədris Mərkəzində müalicə olunmuş, daha sonra əməliyyat olunması üçün Əfəndiyev Xəstəxanasına köçürülmüşdür. Tatyana Əliyeva 17 noyabr 2019-cu ildə xəstəxanada vəfat etmişdir. Bu səbəbdən onlar mənzilə dair alğısatqını rəsmiləşdirə bilməmişlər. Bundan sonra iddiaçı yenə həmin mənzildə yaşamağa davam etmişdir. Cavabdeh İddiaçıya 16 yanvar 2020-ci ildə vəsiyyətnamə və etibarnamə vermişdir. Onlar 30 yanvar 2020-ci ildə nikaha daxil olmuşlar. Cavabdehin bacısı onların münasibətindən xəbər tutan kimi gəlib onu özü ilə məcburi apararaq nikahın pozulmasına nail olmuşdur. Cavabdeh yaxşı bilir ki, razılaşma ilə Tatyana mənzili nisyə iddiaçıya satmışdır və iddiaçı mənzilin pulunu tam şəkildə ödəmişdir. İddiaçı 2011-ci ildən həmin mənzildə yaşayır. Cavabdeh və X14 Respublikasında yaşamışlar və hər ilin oktyabr-noyabr aylarında Bakıya gəldikdə iddiaç pulu onlara ödəmişdir. Tatyana bunları dəftərdə qeyd etmişdir və hər ikisi tərəfindən imzalanmaqla dəftər iddiaçının evində saxlanılmışdır. Cavabdeh İddiaçı sonuncu dəfə bacısı ilə evdən gedərkən həmin dəftəri də özü ilə aparmışdır. Cavabdeh bacısının təzyiqi ilə mənzilə dair alğı-satqını rəsmiləşdirməkdən imtina edir. Eyni zamanda cavabdeh iddiaçının mənzilə görə ödədiyi 36.000 manatı da qaytarmır. Daha sonra Əliyeva X3 Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən qarşılıqlı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanına dair cavabdeh İddiaçı və X10 ilə aralarında olan razılaşmaya əsasən mənzilin nisyə satışı ilə əlaqədar onlara ödədiyi 36.000 manatın cavabdehdən alınıb iddiaçıya verilməsi, pulun verilməsi ilə mənzildən çıxarılmasının eyni vaxtda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh və onun vəkili Adilə Məmmədova ilkin iddia tələbinə etiraz edərək onun rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etdilər. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, X4 İddiaçı bacısıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Öncəki məhkəmə iclasında şahid qismində çıxış edən X5 öz izahatında bildirmişdir ki, o poliklinikaya gedərkən orada İddiaçı mərhum həyat yoldaşı Tatyana ilə qarşılaşmışdır. Tatyana Əliyeva ona ünvan 1 ünvanda yerləşən 11 saylı mənzili satdığını bildirmişdir. Öncəki məhkəmə iclasında şahid qismində çıxış edən X11 öz izahatında bildirdi ki, o, tərəflərin qonşusu olmuşdur. Onların yaxın münasibətləri olmamışdır. İki dəgə qonşusu olan Cavabdeh onda xahiş etmişdir ki, pulu Eldar və Tatyanaya versin. İki dəfə o pulu çatdırmış və onlar pulu verərkən dəftərə aldım deyə imza etmişlər. Pulun kirayə haqqı və ya hansısa başqa məbləğ olması ona məlum deyil. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin, qarşılıqlı iddia isə rədd olunmalıdır. Məhkəmə ilkin iddia tələbinin Cavabdeh mübahisəli mənzildən çıxarılması hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Azadlıq küçəsi, ev 1, 11 saylı mənzil mərhum X8 məxsus olmuşdur. Tatyana Əliyeva 17 noyabr 2019-cu ildə vəfat etmiş, mübahisəli mənzil vərəsəlik qaydasında İddiaçı mülkiyyətinə keçmişdir. Mənzilin İddiaçı mülkiyyətində olmasına dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən daşınmaz əmlakın Dövlət reyestrindən 01 sentyabr 2020-ci ildə Çıxarış verilmişdir. Cavabdeh 20 oktyabr 2019-cu il tarixdə mübahisəli mənzilə qeydiyyata alınmışdır. İddiaçı ilə Cavabdeh 30 yanvar 2020-ci il tarixdə nikaha daxil olmuşlar, 14 iyul 2020-ci il tarixdə onların arasındakı nikah pozulmuşdur. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli mənzil hazırkı iş üzrə iddiaçı olan İddiaçı mərhum həyat yoldaşı X8 mülkiyyət hüququ əsasında məxsus olmuşdur. 2019-cu ildə Tatyana Əliyeva vəfat etdikdən sonra mübahisəli mənzil vərəsəlik qaydasında İddiaçı mülkiyyətinə keçmişdir. İddiaçı mübahisəli evin hazırkı mülkiyyətçisi olduğundan məhkəməyə hazırkı ilkin iddia tələbi ilə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin mübahisəli mənzildə qeydiyyatının qalması və mənzildən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli mənzildən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə ilkin iddia tələbinin Cavabdeh kirayə haqqı borcu kimi 5.465 manat vəsaitin İddiaçı xeyrinə tutulması hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehin 19 ayı əhatə edən kirayə borcunun olmasına istinad etsə də, bu halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh mübahisəli mənzildə yaşadığına görə kirayə haqqının ödənilməsini tələb etdiyi dövrün bir hissəsi də tərəflərin nikahda olduqları dövrü əhatə etmişdir. Belə ki, İddiaçı ilə Cavabdeh 30 yanvar 2020-ci il tarixdən 12 iyun 2020-ci il tarixədək rəsmi nikahda olmuşlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə ilkin iddia tələbinin Cavabdeh mübahisəli mənzildə olan qeydiyyatının ləğv edilməsi hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Belə ki, qeydiyyatın ləğv edilməsi tələbi məhkəmənin səlahiyyətlərinə aid deyildir. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin məzmununa əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması, onun həmin yaşayış sahəsinə istifadə hüququnun olmadığı təqdirdə, inzibati orqanın funksiyalarını icra edən müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Belə olan halda, iddiaçıya izah edilməlidir ki, o, cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə müvafiq inzibati orqana müraciət etmək, həmin dövlət orqanının vəzifəli şəxsinin qərar və ya hərəkətlərindən (hərəkətsizliyindən) narazı qaldığı təqdirdə isə tələbinə uyğun iddia ilə inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə eyni zamanda qarşılıqlı iddia tələbinin dəlillərini araşdıraraq hesab edir ki, qarşılıqlı iddia əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh mübahisəlievi nisyə alğı-satqı qaydasında əldə etdiyini, evin küçmiş mülkiyyətçisinin onun uşaqlıqdan tanıdığı rəfigəsi olduğunu, verilən və alınana məbləğləri kitaba yazdıqlarını qeyd etmiş, istinad etdiyi halları sübuta yetirmək üçün məhkəməyə şahidlər dəvət etmişdir. Məhkəmə iclasında izahat vermiş X11 şahid həqiqətən də iki dəfə Cavabdeh onun yanında qoyduğu pul vəsaitini Eldar və mərhum arvadı Tatyana Əliyevaya verməsini təsdiq etmiş, pulu verərkən onların kitaba aldım deyə qeyd etdiklərini bildirmişdir. Lakin bu pulun kirayə haqqı olaraq və ya başqa ödəniş olması barədə məlumatlı olmadığını bildirmişdir. Odur ki, məhkəmə istinad edilən şahidin ifadələrini iddianın təmin edilməsi üçün kifayət qədər mötəbər subut hesab etmir. Çünki istinad edilən hal başqa sübutla və işin digər halları ilə təsdiq edilmir. Belə ki, iddiaçı Cavabdeh istinad etdiyi pulun alınıb verilməsini əks etdirən hesablamaların yazıldığı kitabı (dəftəri) məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, Cavabdeh faktiki olaraq mübahisəli mənzildə yaşasa da, həmin mənzilə dair hər hansı hüququnun olmasını, eyni zamanda mübahisəli mənzili almaq üçün qarşı tərəfə 36.000 manat məbləğində pul vəsaiti ödəməsini sübuta yetirə bilməmişdir. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli mənzilin mülkiyyətçisi Tatyana Əliyeva 2019-cu ildə vəfat etdikdən sonra mənzil vərəsəlik qaydasında İddiaçı mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia qismən əsaslıdır, qarşılıqlı iddia isə əsassızdır. Buna görə də ilkin iddia qismən təmin olunmalı, qarşılıqlı iddia isə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, ilkin iddia üzrə İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, 30 manat dövlət rüsumu İddiaçı özünə aid edilməli, Cavabdeh ödədiyi 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı ilkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Azadlıq küçəsi, ev 1, 11 saylı mənzildən çıxarılsın. İlkin iddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh İddiaçı qarşı-ünvan 2 ünvanına dair cavabdeh İddiaçı və X10 ilə aralarında olan razılaşmaya əsasən mənzilin nisyə satışı ilə əlaqədar onlara ödədiyi 36.000 manatın cavabdehdən alınıb iddiaçıya verilməsi, pulun verilməsi ilə mənzildən çıxarılmasının eyni vaxtda icra edilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-701/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-701/2021
06.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver