Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7063/2025 09.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı Vaqif qızının, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Vaqif qızının Cavabdeh qarşı "pul tələbinə" dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Vaqif qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə Bakı şəhəri Xətai rayonu, M.Bağırov küçəsi, ev 43, 5 saylı mənzilin tikilməsinə sərf edilmiş 160 min manat vəsaitin ½ hissəsinin onun payının müəyyən edilməsi və dövlət rüsumu kimi ödədiyi 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mən Əliyeva X7 ildən ailə münasibətində olmuşuq, lakin 26 iyul 2008-ci il tarixində rəsmi nikaha daxil olmuşam və bizim nikahımız xx.xx.2008-ci tarixində Bakı Nigah evində nikahın bağlanması akt qeydləri kitabında 2171 nömrə ilə qeydiyyata alınmış və bu barədə mənə AZ_İ № 421666 saylı X8 verilmişdir. Birgə nikahdan övladımız olmamışdır. Qeyd edim ki, mən ailə qurana kimi Bakı şəhəri Xətai rayonu, R.Bağırov küçəsi, ev 43, 5 saylı mənzilni X19 əsasında X9 və X3 almışdır. O zaman mənzilin ilkin ORDERİ Kopilenkolara məxsus olmuşlar. X4 Federasiyasın getmişlər və daha sonra bizə məlumat vermişlər ki, ilkin olaraq X9 və daha sonra Kopilenko Tamara vəfat etmişlər. Mənzil ilkin vəziyyətində çox bərbad olmuşdur. 2011-ci ildə mənim təşəbbüsümlə mənzildə təmir işləri görülməsi üçün razılığa gəlmişik. O zaman Akif Osmanovun daimi işi olmadığından, mən uzun müddət topladığım vəsaitlə təmir işlərini görə biləcəyimi bildirmişəm. Ona görə də evin yeni eskizini və layihəsini hazırlayaraq təmir işlərinə başlamışıq. Lakin sonradan evin tikintisini böyük götürdüyüm üçün, nəzərdə tutulan vəsait çatışmadığı üçün mən məcbur olub Turan Bankla Kredit Müqaviləsi bağlayaraq pul götürmüşəm və həmin vəsaiti evin tikintisinə sərf etmişəm. Lakin həmin vəsaitdə çatmadığı üçün özümə məxsus qızıl-zinət əşyalarını girov qoyaraq pul götürmüşəm. Bildirirə ki, o zaman mənzilin təmiri mənim X6 şəxsi vəsaitləri hesabına və X13 zəhməti ilə dəvət etdiyimiz ustalar tərəfindən yenidən tikilmiş və təmir edilmişdi. Həmin vaxtı Akif Osmanovun övladı Osmanov Azər tikdiyimiz evdə günə muzd fəhlə işləyirdi və mən hər gün ona 20 manat pul ödəyirdim. Qeyd edim ki, yaşadığımız evin təmirdən əvvəl vəziyyətini müəyyən edilməsi üçün şəkillərini çəkmişəm və hazırda bəzi şəkilləri iş materiallarına əlavə edirəm. Sonradan böyük vəsait sərf edərək yaşadığımız mənzili hazırkı vəziyyətində yenidənqurma və təmir işləri görərək ailəlmizlə birlikdə köçüb həmin evdə yaşamışıq. Lakin ev xüsusi mülkiyyət kimi Reyestr qeydiyyatından keçməmişdir. Mən- Əliyeva X7 ilə birgə nikah münasibətində olmaqla həmin evdə yaşamışıq. O zaman mənim əvvəlki nikahımdan anadan olmuş qızım Qarayeva Gülnur ilə Akifin birinci nikahından olmuş oğlu Cavabdehla münasibətləri yaxşı olduğundan ailə qurmuşlar və həm onlar, həm də mən Akif Osmanovla həmin evdə yaşamışıq. Qızımın Asiflə birgə nikahlarından bir övladları olmuş və hazırda həmin evə qeydiyyatada olmaqla yaşayır. Qeyd edim ki, X13 övladı Cavabdeh və X10 evin (mənzilin) təmiri və yenidən qurulmasında heç bir vəsait sərf etməmişlər. Mənim Bakı şəhərinə qeydiyyatım olmadığı üçün obyektiv səbəblərdən aldığımız mənzilə qeydiyyata düşə bilməmişəm. Lakin, buna baxmayaraq həmi evdə birgə yaşamışıq. X25 xx.xx.2019-cü ildə "Qida borusunun bədxassəli yenitörəməsi" diaqnozu ilə vəfat etmişdir. Daha sonra Cavabdeh qızım Karayeva Gulnurla münasibətləri pisləşdirmiş və ona görə onların arasında nikah pozulmuşdur. Hazırda, Osmanov Akifin övladı Cavabdeh mənzildə yalnız özünün, qardaşının və bacısının qeydiyyatlarının olmasından istifadə edərək, məni analığı Aliyeva Könülünü mənzilə, hüququnun olmaması bildirir və mənzili məniməsmək və öz adına Reyestr qeydiyyatına aldıracağını bildirir. Bu hərəkət tam qanunsuzdur. Qeyd edim ki, R.Bağırov küçəsi ev 43, mən.5-də mənzilin yenidən tikilməsi və əlavə tikililərin tikilməsi əsasən mənim vəsaitimlə inşaa edilməsinin, həmin evin yaxınlığında yaşayan qonşular təsdiq edirlər. Eyni zamanda həmin qonşular 2011-ci ildə Osmanov Akifin övladalrının maddi vəziyyəti çox aşağı olduğundan onalrın mənzili tikilməsində heç bir vəsait sərf etmədiklərini bildirirlər. Hazırda hesab edirəm ki, Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi ev 43, mən.5-də mənzilin yenidə tikilməsi və təmirinə ümumilikdə 160000 (yüz altımış min) manat məbləğindən çox vəsait sərf etmişəm. X32 dünyasını dəyişdiyi üçün mənzilin ½ formada öz aramızda bölə bilməmişəm. Hazırda hesab edirəm ki, birgə nikah müddətində evin tikilməsinə sərf edilmiş vəsaitin ½ hissəsi mənim payım müəyyən edilməlidir. Mübahisənin Mediasiya qaydası ilə həlli üçün 8 saylı Mediasiya Şürasına müraciət edilməsinə baxmayaraq, məsələnin həlli mümkün olmamış və bu barədə mənə xx.xx.2025-ci il tarixində Arayış verilmişdir. 6 saylı Vəkil Bürosunun sorğusuna cavab olaraq Bakı şəhəri Xətai rayonu, Mənzil Kommunal Təsərrüfat Birliyi 101 saylı Mənzil Kommunal İstismar Sahəsinin 160 №li xx.xx.2025-ci il tarixli Arayışda göstərilmişdir ki "X14 1970-ci təvəl. Ona ğtrü ki, Bakı şəhəri Xətai rayonu, R.Bağırov küçəsi, 43 saylı evin 5 saylı mnzilində 2006-cı ildən bu vaxta kimi qeydiyyatsız yaşayır. " Məhkəmə iclasında İddiaçı Vaqif qızının vəkili-nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, evin təmiri onun tərəfindən aparılıb, xərclər onun tərəfindən çəklib, əmisi və iş yoldaşları mənzilin təmirinidə və artırılmasında usta və fəhlə kimi iştirak ediblər, ümumilikdə bu məqsədlə onun xərclərinin məbləği 7000 manat həddindədir, ev onun mərhum atası və anasına məxsus olmuşdur. iddiaçı həmin evə gəlin gəlmişdir. Evin təmirinə hər hansı bir xərc qoymamışdır. Sonda Cavabdeh iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmədə şahid qismində ifadə verən Gülnar Qarayeva ifadəsində bildirdi ki, onlar evə gedəndə ev yaşanılacaq vəziyyətdə deyildi, bankdan pul götürüb evi təmir etdilər, özünün də 20-30 mini var idi. Məhkəmədə şahid qismində ifadə verən Zərifə Məmmədova ifadəsində bildirdi ki, 2007-2008-ci ildən iddiaçı Alıeva Könüllə birgə işləyiblər, 2016-da işdən çıxıb, hələ nişanlı vaxtından tanıyır Könülü, son dəfə 7-8 il əvvəl olub onlarla, Könül ona deyib ki, Asifi işə düzəldiblər, 2015-2016-cı illər olardı, Tikinti işlərini görüb Könüllə gedəndə, Bəzən Könüllə birlikdə materiallar alırdıq. Məhkəmədə şahid qismində ifadə verən Xuraman Ələkbərova ifadəsində bildirdi ki, Könül Bakıya gələndə birinci xəstəsi o olub, qonşudurlar, evin hamısını Könül tikib, bankdan pul götürüb, ev 1 mərtəbəli idi əvvəl, Könül tikdi 2-ci mərtəbəni. xx.xx.2025-ci il tarixli məhkəmədə şahid qismində ifadə verən Mərdan Osmanov ifadəsində bildirdi ki, həmin evi tikən odu, ustadı, ikinci mərtəbəni Asiflə birlikdə tikmişik, mənim evimin kupçasını girov qoyub, bankdan pul götürüb Asif, o pulla tikib, 2007-2009dan Könül də orda yaşayır, Akifin ikinci ailəsi olub, normal ev idi, evin damını başqa ustalar vurub. Əliyeva Könül ona zəhmət haqqı verməyib. Fəhlə kimi o özü, onun xalası oğlu, Asif, Asifin iş yoldaşları, özünün kiçik qardaşı kömək edib. xx.xx.2025-ci il tarixli məhkəmədə şahid qismində ifadə verən Qasımova Ruhiyyəifadəsində bildirdi ki, 2009-cu ildən Könüllə birlikdə işləyir, o evdə Könülün əziyyəti var, iki işdə işləyib, 2013-cü ilin avqustunda köçüb həmin məhləyə, Könülün qızının toyuna gedib, evin tikintisi üçün məndən 700-800 manat borc istəyib Könül. xx.xx.2025-ci il tarixli məhkəmədə şahid qismində ifadə verən Rəsul Hacıyev ifadəsində bildirdi ki, Asifin qonşusudur, Könülü görmür, hər gün görür, bir məhlədədilər, o ev Asifin atasınındır, 1996-cı ildə ora köçüb, mübahisəli evdə o köçəndə Asfin atası, rəhmətlik anası, iki qardaş yaşayırdılar, evin ikinci mərtəbəsi tikilib, 3-4 il olar, Asif tikib ikinci mərtəbəni, pulunu Asif verib, məhlədə skamyada söhbət edirdik, orda deyirdi ki, o kredit götürüb, tikib ikinci mərtəbəni, Könül orda yaşayırdı, çoxdan görmür onu, nə qədər xərc çəkilib bilmirəm, hansı bankdan kredit götürüb bilmir, Könül nə vaxtdan yaşayır orda bilmir, bilirdik evinə gəlin gəlib, Asifin anası rəhmətə gedəndən 1-2 il sonra dedi, anası təqribən 10 il əvvəl rəhmətə gedib, Akiflə araları yaxşı olub, Akif 6-7 il olar rəhmətə gedib. Könül tibb bacısıdır, harda işləyir bilmirəm. Tikinti işləri görünürdü məhlədən, usta əmisi idi, bütün işləri özləri edirdi. Əmisi və Asifin özü. Ev normal ev olub. O məhlədəki evlərin hamısı at tövləsi olub, orda at saxlayıblar, neft zavodu tikilənə kimi. Birinci mərtəbə köhnə sovet dövrünün qırmızı kərpicidi, ikinci mərtəbə içi boş kərpicdi. xx.xx.2025-ci il tarixli məhkəmədə şahid qismində ifadə verən Şəmistan Əliyev ifadəsində bildirdi ki, Əliyev Könülü tanıyır, Asifin atası ilə evlənmişdilər, gürcüstanlıdır Könül, evdə Asif yaşayır, o ev zavodun evi olub, 1989-cu ildən orda yaşayır, evdə tikinti olmayıb, ikinci mərtəbəni sonradan tikiblər, atası sağ idi, Asif metroda işləyirdi, Asif alıb materialları, tikəni görməmişəm. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X28 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş 3-21-3-30/2-52371/2025 nömrəli, 3 noyabr 2025 -ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanına dair sənədlərin surətinin verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X28nin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, sözügedən mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 101 saylı MKİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X15 R.Bağırov küçəsi, ev 43, 5 saylı mənzildə 2006-cı ildən hal hazıra qədər qeydiyyatsız yaşayır. Həmin mənzil Kopilenko Nikolaya məktub əsasında verilmişdir. Hal hazırda mənzildə Cavabdeh, X23, X16 qeydiyyatdadırlar. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 231 nömrəli arayışdan görünür ki, Cavabdeh R.Bağırov küçəsi, ev 43, 5 saylı mənzildə yaşayır. Bina dövlət balansındadır. X12 İvanoviç (vəfat edib xx.xx.1993-cü il). Cavabdeh, X23, X20 və X17 həmin evdə daimi qeydiyyatdadır. İş materiallarında olan Bakı nikah evi tərəfindən verilmiş AZ-İ seriyalı 421666 saylı nikah haqqında şəhadətnəmənin surətindən görünür ki, X25 ilə Əliyeva Könül arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2171 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 003166 saylı nikah haqqında şəhadətnəmənin surətindən görünür ki, Cavabdeh ilə Qarayeva Gülnur arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2962 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 998217 nömrəli X5 surətindən görünür ki, X25 xx.xx.2019-cu il tarixində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin fevral ayının 22-də 338 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş ünvan 2 ünvanında yerləşən Daşımaz Əmlakın qiymətləndirilməsinə dair xx.xx.2025-ci il tarixli Qiymətləndirmə Rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən əmlakın bazar dəyəri 160000 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC ilə iddiaçı X18 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 773/K-13 nömrəli kredit müqaviləsindən görünür ki, Bank Borcalana – hazırkı iş üzrə iddiaçıya müqavilənin şərtlərinə uyğun olaraq, 24 (iyirmi dörd) ay müddətinə 2580 (iki min beş yüz səksən) manat məbləğində kredit verir. Borcalan Banka kreditdən istifadəyə görə illik 32%, kreditin və ona hesablanmış faizlərin ödəniş qrafikinə əsasən qaytarma müddətini pozduğu hallarda isə illik 64% ödəyir. İş materiallarında olan "xxxx" ASC ilə iddiaçı X18 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 773/G-13 nömrəli girov müqaviləsindən görünür ki, Girov saxlayan ilə X2 arasında Bakı şəhərində bağlanmış 29 noyabr 2013-cü il tarixli, 773/K-13 saylı kredit müqaviləsinə əsasən Girov saxlayan Borcalana 24 (iyirmi dörd) ay müddətinə, illik 32 (otuz iki) % olmaqla 2580 (iki min beş yüz səksən) manat məbləğində kredit verir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi Girov qoyan X18 özünə məxsus qızıl zinət əşyalarını Girov saxlayanın xeyrinə girov qoyur. Girov qoyulan Qızıl Zinyət əşyaları Qızıl-zinət əşyaları (3.7 qram 750 əyyar qızıl, 167.5 qram 583 əyyar qızıl. Ümumi likvid dəyəri 3100.1 manat) məbləğində qiymətləndirilir. İş materiallarında olan iddiaçı X6 AZ56TURA******************** nömrəli bank hesabından xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixli, 773/K-13 nömrəli kredit müqaviləsi üzrə həmin tarixdə 2580 manat kredit verilmiş, xx.xx.2014-cü il tarixdə kredit tam ödənilmişdir. İş materiallarında olan Cavabdeh AZ21TURA******************** nömrəli bank hesabından xx.xx.2013-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixli, F7_763/K-13 nömrəli kredit müqaviləsi üzrə həmin tarixdə 3500 manat kredit verilmiş, xx.xx.2014-cü il tarixdə kredit tam ödənilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli Ödəniş Planından görünür ki, X21 "xxxx" QSC-dən verilmiş kreditin məbləği 5000 manat, faiz dərəcəsi 1.83%, kreditin verilmə tarixi xx.xx.2014-cü ildir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli Ödəniş Planından görünür ki, X21 "xxxx" QSC-dən verilmiş kreditin məbləği 19000 manat, faiz dərəcəsi 1.83%, kreditin verilmə tarixi xx.xx.2014-cü ildir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli Ödəniş Planından görünür ki, X21 "xxxx" QSC-dən verilmiş kreditin məbləği 12000 USD, faiz dərəcəsi 2.4167%, kreditin verilmə tarixi xx.xx.2013-cü ildir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 404/K-13 nömrəli kredit müqaviləsindən görünür ki, Bank Borcalana müqavilənin şərtlərinə uyğun olaraq, 12 ay müddətinə 2870 manat məbləğində kredit verir. Borcalan Banka kreditdən istifadəyə görə illik 32%, kreditin və ona hesablanmış faizlərin ödəniş qrafikinə əsasən qaytarma müddətini pozduğu hallarda isə illik 64% ödəyir. İş materiallarında olan Cavabdeh AZ26TURA******************** nömrəli bank hesabından xx.xx.2013-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixli, F7_404/K-13 nömrəli kredit müqaviləsi üzrə həmin tarixdə 2870 manat kredit verilmiş, xx.xx.2013-cü il tarixdə kredit tam ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC, borclu X18 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 405/K-13 nömrəli kredit müqaviləsindən görünür ki, Bank Borcalana müqavilənin şərtlərinə uyğun olaraq, 24 ay müddətinə 5000 manat məbləğində kredit verir. Borcalan Banka kreditdən istifadəyə görə illik 32%, kreditin və ona hesablanmış faizlərin ödəniş qrafikinə əsasən qaytarma müddətini pozduğu hallarda isə illik 64% ödəyir. İş materiallarında olan "xxxx" ASC, borclu X18 və zamin Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 405/Z-13 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin bankla borcalan arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 405/K-13 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyət daşıyır. İş materiallarında olan "xxxx" ASC ilə iddiaçı X18 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 405/G-13 nömrəli girov müqaviləsindən görünür ki, Girov saxlayan ilə X2 arasında Bakı şəhərində bağlanmış xx.xx.2013-cü il tarixli, 405/K-13 saylı kredit müqaviləsinə əsasən Girov saxlayan Borcalana 24 (iyirmi dörd) ay müddətinə, illik 32 (otuz iki) % olmaqla 5000 manat məbləğində kredit verir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi Girov qoyan X18 özünə məxsus qızıl - zinət əşyalarını Girov saxlayanın xeyrinə girov qoyur. Girov qoyulan Qızıl Zinyət əşyaları Qızıl-zinət əşyaları 2525.25 manat məbləğində qiymətləndirilir. İş materiallarında olan iddiaçı X6 AZ56TURA******************** nömrəli bank hesabından xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixli, 405/K-13 nömrəli kredit müqaviləsi üzrə həmin tarixdə 5000 manat kredit verilmiş, xx.xx.2014-cü il tarixdə kredit tam ödənilmişdir. İş materiallarında olan Bakı 8 saylı Mediasiya təşkilatının “İlkin Mediasiya sessiyasıdan sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-01785 nömrəli Arayışından görünür ki, X15 və Osmanov X1 iştirak etmiş, hər iki tərəf öz tələbini irəli sürdüyündən proses davam etməmişdir. Mübahisənin predmeti mənzilin tikintisinə sərf edilən vəsaitə payın müəyyən edilməsi barədədir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı Dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, X15 tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, X25 ilə iddiaçı Əliyeva Könül arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanmış, Cavabdeh ilə iddiaçının qızı Qarayeva Gülnur arasında xx.xx.2014-cü il tarixdə nikaha bağlanmış, onlar Bakı şəhəri Xətai rayonu R.Bağırov küçəsi, ev 43, 5 saylı mənzildə yaşamışlar, X25 xx.xx.2019-cu il tarixində vəfat etmiş, hazırda iddiaçı birgə nikah dövründə Bakı şəhəri Xətai rayonu, R.Bağırov küçəsi, ev 43, 5 saylı mənzilin tikilməsinə sərf edilmiş 160 min manat vəsaitin ½ hissəsinin onun payının müəyyən edilməsini tələb edir, cavabdeh iddia tələbi ilə razı deyil. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, bu sübutetmə yükü ilə bağlıdır, iddiaçı Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi, ev 43, 5 saylı mənzilin təmirinə bilavasitə onun tərəfindən xərc çəkilməsi barədə mötəbər, şübhədənkənar sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin bu cür hallar məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə, şahid ifadələrinə münasibətdə qeyd edir ki, şahif ifadələri ilə evin təmiri üçün xərc çəkilməsi müəyən olunsa da, həmin xərclərin miqdarı, onların tamamilə və müəyyən qisminin bilavasitə İddiaçı Vaqif qızı tərəfindən çəkildiyi müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları dedikdə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulur. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” işi üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Vaqif qızının “birgə nikah dövründə Bakı şəhəri Xətai rayonu, M.Bağırov küçəsi, ev 43, 5 saylı mənzilin tikilməsinə sərf edilmiş 160 min manat vəsaitin ½ hissəsinin onun payının müəyyən edilməsi və dövlət rüsumu kimi ödədiyi 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsinə dair” iddia tələbi rədd edilməlidir. Məhkəmə, dövlət rüsumunun kimə aid edilməsi məsələsinə münasibətdə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən iddiaçının ödədiyi dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Vaqif qızının “birgə nikah dövründə Bakı şəhəri Xətai rayonu, M.Bağırov küçəsi, ev 43, 5 saylı mənzilin tikilməsinə sərf edilmiş 160 min manat vəsaitin ½ hissəsinin onun payının müəyyən edilməsi və dövlət rüsumu kimi ödədiyi 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsinə dair” iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7063/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7063/2025
09.01.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver