Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7069/2021 21.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “kompensasiya ödənilməklə torpaq sahəsindən çıxarılma” barədə ilkin iddia tələbinə, Cavabdeh İddiaçı MMC-yə qarşı “sökülüb dağıdılmış obyektin əvvəlki vəziyyətinə qaytarılması və digər” barədə qarşılıqlı iddia tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “kompensasiya ödənilməklə torpaq sahəsindən çıxarılma” barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı MMC-yə qarşı “sökülüb dağıdılmış obyektin əvvəlki vəziyyətinə qaytarılması və digər” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ilkin iddia ərizəsinin, cavabdeh isə qarşılıqlı iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, eyni zamanda tərəflər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərindən, mövcud iddia ərizələri baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “kompensasiya ödənilməklə torpaq sahəsindən çıxarılma” barədə ilkin iddia tələbinə, Cavabdeh İddiaçı MMC-yə qarşı “sökülüb dağıdılmış obyektin əvvəlki vəziyyətinə qaytarılması və digər” barədə qarşılıqlı iddia tələbinə dair iddia ərizələri baxılmamış saxlanılsın, iddia ərizələri və ona əlavə edilmiş sənədlər tərəflərə geri qaytarılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-7069/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7069/2021
21.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver