Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7175/2024 13.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi Ərizəçi nümayəndəsi və vəkili Vəkil, X1 iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixində Bakı şəhərində vəfat etmiş X5 Ərizəçi bacısı olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1940-cı ildə Bakı şəhərində anadan olmuşdur. Anası X28 atası X9 1939-cu ildə ailə qurmuş, anası Podobedova soyadını götürmüş və həmin nikahdan ərizəçi dünyaya gəlmişdir. Lakin atası Mixail Podobedov 1941-ci ilin mart ayında vəfat etmiş və onun vəfatından sonra anası yenədə Sokolova soyadına qayıtmışdır. Sonradan, hardasa 1944-cü ildə anası X10 ailə qurmuş, onlar bir yerdə yaşamış, ərizəçi bildirir ki, özünü tanıyandan ona ata demişdir. Daha sonra, anasının 2-ci nikahdan xx.xx.1954-cü ildə qızı (bacısı) - X14 anadan olmuşdur. Onlar, 4 nəfər ailə üzvü - ərizəçi, X30, atalığı Konstantin Leontyeviç və bacısı Lidiya Konstantinovna bir ailə olaraq bir yerdə Konstantin Leontyeviçin Bakı şəhəri, Nərimanov r-nu, Montin qəsəbəsində yerləşən evində yaşamışlar. Ərizəçi xx.xx.1965-ci ildə X11 ailə qurmuş və yenə də həyat yoldaşı ilə birlikdə qeydiyyatda olmaqla Konstantin Leontyeviçin yanında ona məxsus Bakı şəhəri, Nərimanov r-nu, Montin qəsəbəsində yerləşən Fintipli evdə yaşamışlar. Konstantin Leontyeviç hərbiçi olduğundan hardasa 1969-1970- ci illərdə ona ailə tərkibi 6 nəfər olmaqla, yəni, X30, atalığı Konstantin Leontyeviç, bacısı Lidiya Konstantinovna, ərizəçi, həyat yoldaşı Anatoliy Yefımoviç və qızı Ərizəçi olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev (keçmiş Qabdulla Tukay) küçəsində yerləşən 26 saylı evin 35 saylı mənzili verilmişdir. Onlar, 6 nəfər ailə üzvü həmin mənzildə qeydiyyatda olmaqla yaşamışlar, 1971-ci ildə həmin evdə ərizəçinin 2-ci qızı - Viktiriya anadan olmuş və artıq 7 nəfər ailə üzvü həmin mənzildə bir neçə il qeydiyyatda olmaqla yaşamışlar. Sonradan həyat yoldaşına dövlət tərəfindən mənzil verildiyindən, onlar yeni mənzilə köçmüş, X30, atalığı Konstantin Leontyeviç və bacısı Lidiya Moiseyeva isə Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev (keçmiş Qabdulla Tukay ) küçəsində yerləşən 26 saylı evin 35 saylı mənzilində yaşamaqlarını davam etmişlər. X30 1994-cü ildə vəfat etmiş, atalığı Konstantin Leontyeviç isə 2002- ci ildə vəfat etmişdir. Sonuncunun vəfatından sonra bacısı Lidiya Moiseyeva Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev (keçmiş Qabdulla Tukay ) küçəsində yerləşən 26 saylı evin 35 saylı mənzilini vəsiyyətnamə üzrə öz adına rəsmiləşdirərək orada son vaxtlaradək tək yaşayırdı, ərizəçi isə son bir ildi səhhətində yaranmış problemlərlə bağlı qızının evinə köçərək Həştərxan şəhərində yaşamışdır. Ərizəçi bildirir ki, xx.xx.2024-cü il tarixində bacısı X14 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində yerləşən 26 saylı evin 35 nömrəli mənzilində qəflətən vəfat etmiş, onun vəfatı ilə bağlı Nərimanov rayon Polis İdarəsinin qrasında 1939-cu ildə bağlanmış nikah haqqında şəhadətnamə Milli Arxivdə tapılmadığından, mərhum ilə onun qohumluq münasibəti məhkəmə qaydasında müəyyən olunmalıdır. Tərəflərin izahatları Ərizəçini nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri 9 saylı Dövlət Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən verilən xx.xx.2024-cü il tarixli qərardan görünür ki, miras qoyanın əmlakının qəbulu ilə əlaqədar qohumluq münasibətlərinin müəyyən edilməməsi (vərəsənin müəyyənləşməsi), mərhum X5 doğum haqqında şəhadətnaməsi, valideynlərinin ölüm haqqında şəhadətnamələri, nikah haqqında şəhadətnaməsi (atası Moiseyev Mixailiıı ölümü, anası-Moiscyeva (Podobedova, Sokolova) Nina İvanovnanın nikahı) olmadığı üçün notariat hərəkətinin aparılması qanunvericiliyinin tələblərinə ziddir, yuxarıda göstərilən və Notariat haqqında qanunun 40-cı maddəsini, Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 102,107 bəndlərini nəzərə alaraq Notariat hərəkətinin aparılmasından imtina edilmişdir. İş materiallarında olan SSSR X32 X4 Aktlarının Şöbəsi tərəfindən verilən təvəllüd şəhadətnaməsindən görünür ki, X20 xx.xx.1940-cı ildə Bakı şəhərində anadan olmuş, ata adı qrafasında X16, ana adı qrafasında X25 qeyd edilmişdir. İş materiallarından görünür ki, X14 xx.xx.1954-cü il tarixdə ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.1954-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ata adı qrafasında X17, ana adı qrafasında X27 qeyd edilmişdir. İş materiallarında ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan, ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.2002-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan, evlənmək haqqında şəhadətnamədən görünür ki, X17 ilə X28 xx.xx.1966-cı ildə birgə nikaha daxil olmuş, ərə Moiseyev, arvada Moiseyeva soyadları verilmişdir. İş materiallarında olan, Səadət Sarayı tərəfindən verilmiş arayışdan görünür ki, X18 və X20 xx.xx.1965-ci il tarixdə birgə nikaha daxil olmuşlar və ərə Niçepurenko, arvada Niçepurenko soyadları verilmişdir. İş materiallarında olan, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X17 özünə məxsus Bakı şəhəri, H.Tukay küçəsi, ev 26, 35 saylı mənzili vərəsəsi X7 vəsiyyət etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X27 xx.xx.1994cü ildə vəfat etmişdir. İş materiallarına X5, Ərizəçi, X12, X13, əks olunduğu şəkillər əlavə olunmuşdur. İş materiallarında olan Bakı şəhər Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 1915-ci il təvəllüdlü vətəndaş Moiseyeva (Podobedova, Sokolova) Nina İvanovnanın soyadının dəyişdirilməsi, nikah və ölümü barəsində məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyəti aktları üzrə yoxlama aparılmış vətəndaş X23 419 saylı xx.xx.1966-cı il tarixli nikah haqqında akt qeydi Nərimanov rayon qeydiyyat şöbəsində qeydə alınmışdır, vət. X23 499 saylı xx.xx.1994-cü il tarixli ölüm haqqında akt qeydi Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alındığı aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivindən görünür ki, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1938-1939-cu illərə dair Bakı şəhəri Səbail (Şəhər) rayonu üzrə nikah haqqında qeydiyyat kitablarında X16 ilə X3 nikahı haqqında heç bir məlumat aşkarlanmamışdır. İş materiallarında olan, Azərbaycan SSR Maarif Nazirliyi tərəfindən verilən bilik və davranış qiymətləri cədvəlindən görünür ki, 82 saylı Bakı şəhəri Nərimanov rayonu məktəbində X15 1973-1974-cü il də təhsil almışdır. İş materiallarında olan, Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən verilən şəhadətnamədən görünür ki, X19 1966-1981-ci illərdə fortepiano ixtisası üzrə 8 nömrəli uşaq musiqi məktəbində təhsil almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadəsində bildirmişdir ki, mərhumun yaşadığı ərazi üzrə sahə rəisidir, növbədə olduğu zaman qonşular bildirmişdir ki, binada blokdan iyi gəlir, yaxınlaşanda həqiqətəndə ağır iyi gəldiyini hiss etdikdə Fövqəladə Hallar Nazirliyini çağırmışlar, əməkdaşlar içəri daxil olduqda içəridə xarab olmuş qadın meyidi aşkarladılar, qonşulardan maraqlandıqda Tamara adlı bacısı olduğunu bildirdilər, sonra çətinliklə olsa da Tamaranın nömrəsini tapıb danışmış, Tamara qoca olduğu üçün qızı ilə danışıb bildirmişdir ki, Lidiya xanım ölüb, morqa təhvil verilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində bildirmişdir ki, Tamaranın, onun rəhmətlik ərinin ailə dostu olub. Tamaranın qızı Marina ilə Nərimanov rayonunda yerləşən 8 saylı musiqi məktəbində bir yerdə oxuyublar, onlar ilə qonşuluqda yaşayıb, tez tez onların evində qonaq olub. Evdə Tamara, bacısı Lidiya, valideynləri Nina və Kostya bir yerdə yaşayırdılar. O Kostyanın Tamaranın doğma atası olduğunu bilmirdi. Belə ki, Tamara ona həmişə “ata” kimi müraciət edirdi. Martın əvvəlində polis ona zəng vuraraq Lidiyanın öldüyünü və evinin qapısının sökülməsi ilə bağlı bəzi xərclərin olduğunu bildirmişdir. Marina bu xərclərin qarşılanması üçün Astraxandan pul göndərmişdir. O şəkildə Tamara və Lidiyanın əks olunduğunu bildirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi üzrə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1954-cü il tarixdə Bakı şəhərində anadan olmuş X5 Ərizəçi bacısı olması barədə hüquqi əhəmiyyətli faktı müəyyən edilməlidir. Göründüyü kimi, ərizəçinin nümayəndəsi və vəkilinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X5 Ərizəçi bacısı olmasına dair qohumluq əlaqəsinin olması faktı tam sübuta yetirildi. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, X5 ərizəçinin bacısı olmasına dair qohumluq əlaqəsinin olması faktının müəyyən edilməsinin miras əmlakın vərəsəlik üzrə qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olduğundan, lakin X5 ərizəçinin bacısı olmasına dair qohumluq əlaqəsinin olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən, şəxslərin qohumluq münasibətlərini müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, X5 ərizəçinin bacısı olmasına dair qohumluq münasibətlərinin müəyyən edilməsinin miras qoyan X6 miras qalmış əmlakın vərəsəlik üzrə qəbul edilməsinə dair əhəmiyyəti olduğundan, ərizəçinin miras qoyan X14 ilə qohumluq münasibətlərinin müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır. Lakin, ərizəçi miras qoyan X2 bacısı olmasına dair ona lazım olan qohumluq münasibətlərini təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Buna görə də mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, miras qoyan X5 Ərizəçi bacısı olmasına dair qohumluq münasibətləri məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1954-cü il tarixdə Bakı şəhərində anadan olmuş, xx.xx.2024-cü il tarixində Bakı şəhərində vəfat etmiş X5 xx.xx.1940-cı il tarixdə Bakı şəhərində anadan olmuş Ərizəçi bacısı olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-7175/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7175/2024
13.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver