Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7179/2023 02.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında 17 iyul 2023-cü il tarixdə 2 Saylı Bakı Asan Xidməti Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən bağlanmış 764 nömrəli nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, baş tutmayan toylarından qabaq Cavabdeh ilə nikahları rəsmi qaydada 17 iyul 2023-cü il tarixdə 2 Saylı Bakı Asan Xidməti Mərkəzi Qeydiyyat Şöbəsində rəsmiləşdirilmişdir. Cavabdehlə nikaha daxil olsalar da və hətta toy günü təyin olunsa da tərəflər el adəti ilə toy edə bilməmişlər. Bu etibarsız nikahın bağlanmasının əsas səbəbkarı bunu onl məcbur etdirən cavabdehin ailə üzvləri olmuşdur. İddiaçının Cavabdeh ilə nişanı olmuşdur, lakin nə qız toyu və nə də ki, toy olmamışdır. Çünki ilk başdan Cavabdeh ailə qurmaq niyyəti olmadığı üçün toy etməmişlər. Sonra isə iddiaçı cavabdehin bu hərəkətindən sonra və özünün cavabdehlə bir ömür boyu yaşamaq üçün toy edib ailə qurmaq fikrindən daşınmışdır və çox təssüf ki, aralarında heç bir əsası olmuyan nikah var, sonra başa düşmüşdür ki, iddiaçının Fətəli ilə necə ailə qurmaq niyyəti olmadığı kimi, Cavabdeh də iddiaçı ailə qurmaq niyyəti olmuyub. Bu nikahın etibarsız sayılmasını arzu etməkdə məqsədi odur ki, gələcəkdə Fətəlinin və iddiaçının gələcək ailələrində problem yaranmasın. Hal-hazırda aralarında olan və heç bir əhəmiyyəti olmayan nikah sadəcə rəsmiyyətdədir. Tərəflərin toy edə bilməməklərinin əsas səbəbi tamamilə əks xarakterli insanlar olmalarıdır. Tərəflər nikaha daxil olsalar da bir ailə kimi yaşamaları qeyri-mümkündür. Cavadeh Cavabdeh iddiaçı ilə nikah bağlamaq və ailə həyatı qurmaq niyyətinin olmaması, cavabdehin bunu məcburiyyətdən etməsi Ailə Məcəlləsinin 25.1-ci maddəsinə haqq qazandırır və bu, Cavabdeh ilə iddiaçının arasında olan nikahın etibarsız sayılmasına əsasdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, tərəflər arasında nikaha daxil olmaq niyyəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 şahid X1 ifadəsinə uyğun izahat verdi. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı və cavabdeh 17 iyul 2023-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 17 iyul 2023-cü il tarixli AZ-İİ 573325 seriya nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 34-cü maddəsinin İ və İİ bəndinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Nikah və ailə dövlətin himayəsindədir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 25.1-ci maddəsinə əsasən, bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.4-cü maddəsinə əsasən, etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. 26.1.3-cü maddəsinə əsasən, nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırmasında müəyyən edildi ki, tərəflərin arasında bağlanmış nikahın qanunla müəyyən edilmiş qaydada qeydə alınmasına baxmayaraq onlar nikaha daxil olduqdan sonra tərəflərin toy məclisi baş tutmamış, ər-arvad kimi bir evdə yaşamamış və birgə təsərrüfat idarə etməmişlər. Məhkəmə araşdırması zamanı hazırlıq iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, onu iddiaçı ilə ailə qurmağa valideynləri məcbur edib. Rəsmi nikaha daxil olduqdan sonra o, iddiaçı ilə ailə qura bilməyəcəyini başa düşdükdən sonra bunu iddiaçıya da bildirmişdir. Tərəflər arasında nikahla bağlı danışıqlar həyata keçdikdən sonra, yəni iddiaçı cavabdehin nikaha daxil olmaq niyyətinin olmadığını bildikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında nikah qanunverciliyin tələblərinə uyğun olaraq bağlansa da, tərəflərin niyyəti ailə qurmaq olmadığından, münasibətlər yalnız kağız üzərində nikahla əhatə edildiyindən bağlanmış nikah etibarsız hesab edilməlidir. Belə ki, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 17 iyul 2023-cü il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 764 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 17 iyul 2023-cü il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 764 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. İddiaçı ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-7179/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7179/2023
02.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver