Məhkəmə qərarları › İş №2(011)-7203/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7203/2021

22.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7203/2021 22.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə dair” ərizə, daha sonra dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək Ağayeva Elay Hərbi qızının 21 aprel 2001-ci il tarixdə ev şəraitində doğulması faktının müəyyən edilməsi, onun adına doğum haqqında şəhadətnamənin verilməsi, doğum haqqında şəhadətnamədə "doğum tarixi" qrafasında 21.04.2001-ci il, "doğulduğu yer" qrafasında "Azərbaycan Respublikası, Bakı şəhəri", "milliyyəti" qrafasında "azərbaycanlı", "ad" qrafasında "Ağayeva Elay Hərbi qızı", "ata adı" qrafasında "Hərbi Əmir oğlu", "ana adı" qrafasında "Ağayeva Hicran Kərim qızı" yazılmaqla, doğum haqqında şəhadətnamənin ərizəçiyə verilməsi vəzifəsinin Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Neapoi küçəsi, 26 saylı evin, 7 saylı mənzilin sahibidir, bu mənzildə yaşamaqla, pasport qeydiyyatındadır. Mənzildə Ağayeva Hicran Kərim qızı, onun qızı Ağayeva Elay Hərbi qızı və ana nənəsi X2 birlikdə yaşamışlar. Ağayeva Elay Hərbi qızı 21.04.2001-ci il tarixdə ev şəraitində Bakı şəhəri, Xətai rayonu, Neapoi küçəsi, 26 saylı evin, 7 saylı mənzilində anadan olmuşdur. Anası, Ağayeva Hicran Kərim qızı 24,03.2007-ci ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 10 ayının 09 günündə 577 № ilə qeyd edilmişdir. Ana nənəsi X2 14.05.2021-ci ildə vəfat etmiş, bu barədə ölüm haqqında ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 05 ayının 19 günündə 792 № ilə qeyd edilmişdir. Anasının və nənəsinin dediyinə görə Ağayeva Elay Hərbi qızının atasının adı Hərbi olmuş, Türk vətəndaşı olmuşdur, barəsində heç bir məlumatları yoxdur. Anası, sonradan isə nənəsi tərəfindən Ağayeva Elay Hərbi qızına doğum haqqında şəhadətnamə alınmamış, hazırda heç kimi yoxdur, qızın 20 yaşı var. Ağayeva Elay Hərbi qızının bu mənzildə ev şəraitində doğulmasını o, onun anası ve nənəsinin onlar vəfat edənədək birgə yaşamalarını isə qonşuları və Xətai rayonu MKTB-nin 94 saylı MKİS-nin işçiləri təsdiq edə bilər. Maraqlı şəxsnə Ağayeva Elay Hərbi qızına doğum haqqında şəhadətnamə verməsi barədə müraciət olunsa da bundan imtina məktubu verilmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və X3 ifadələrində ərizəçinin qonşuları olduqlarını, Ağayeva Elay Hərbi qızının 2001-ci ildə ev şəraitində doğulduğunu, atasının türk olduğunu, anasının gənc yaşında vəfat etməsini bildirərək, ərizəçinin ərizədə göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı, 02335131 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Bakı şəhəri, Xətai rayonu, Neapoi küçəsi, ev 26, 7 saylı mənzildə qeydiyyatdadır. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən 02.02.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, X6 ilə X1 arasında nikah haqqında 30.05.1981-ci ildə 395 saylı akt tərtib edilmiş, nikah bağlandıqdan sonra arvada Ağayeva soyadı verilmişdir. Cəlilabad Rayon Qeydiyyat Şöbəsi tərəfindən 03.07.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Ağayeva Hicran Kərim qızı 21,04.1982-ci ildə anadan olmuşdur. Ata qrafasında X6, ana qrafasında X2 qeyd edilmişdir. 333534 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 07.10.1981-ci ildə vəfat etmişdir. Cəlilabad Rayon Qeydiyyat Şöbəsi tərəfindən 03.07.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Ağayeva Hicran Kərim qızı 24.03.2007-ci ildə vəfat etmişdir. AZ-İİ seriyalı, 185644 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 14.05.2021-ci ildə vəfat etmişdir. Bakı şəhəri Xətai rayon 94 saylı MKİS-nin 16.05.2021-ci il tarixli arayışından görünür ki, Ağayeva Elay Hərbi qızı Bakı şəhəri, Xətai rayonu, Neapoi küçəsi, ev 26, 7 saylı mənzildə qeydiyyatsız yaşayır. Bakı şəhəri Maraqlı şəxs 11.06.2021-ci il tarixli, 05/13-2030 saylı arayışından görünür ki, Ağayeva Elay Hərbi qızının doğumunun qeydə alınıb-alınmaması və doğum haqqında şəhadətnamənin verilib-verilməməsi ilə bağlı məlumatın istənilməsinə dair Xətai rayonu qeydiyyat şöbəsinə daxil olmuş sorğuya baxılmış, bildirilmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.11.2021-ci il tarixli, 2(103)-11082/2021 saylı qərardadından görünür ki, ərizəçinin və doğum faktı müəyyən edilməsi xahiş olunan şəxsin (Ağayeva Elay Hərbi qızının) arasında qohumluq münasibətinin olmaması doğum faktının müəyyən edilməsi barədə işə onun ərizəsi əsasında baxılmasına mane olmur. Belə ki, ərizəçinin bildirdiyinə görə Ağayeva Elay Hərbi qızı 21,04.2001-ci ildə onun mənzilində doğulub, anası və nənəsi ilə birlikdə onun mənzilində yaşayıb, atasının şəxsiyyəti bilinməyib, anası və nənəsinin dediyinə görə atası Türkiyə vətəndaşı olub, adı isə Hərbi olub. Ərizəçinin bildirdiyinə görə sonradan Ağayeva Elay Hərbi qızının anası və nənəsi vəfat edib, 20 yaşı olmasına baxmayaraq doğumu qeydə alınmayıb və heç kimi yoxdur. Nəzərə alınmalıdır ki, Ağayeva Elay Hərbi qızının heç bir sənədi olmadığına görə o, özünün doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edə bilmir. Odur ki, doğum faktının müəyyən olunması haqqında işə Ərizəçi müraciəti əsasında baxıla bilər. Doğum haqqında şəhadətnamənin verilməsi barədə müraciət ayrıca hüquqi əhmiyyəti olan tələb deyil, doğum faktının sonrakı nəticəsidir. Belə ki, məhkəmə doğum faktını müəyyən etdikdən sonra qeydiyyat orqanı doğumu qeydə alacaq və doğum haqqında şəhədanamə verəcək. Ərizədə belə müraciətin yazılması doğum faktının müəyyən edilməsi barədə işə baxılmasına mane olmur. Beləliklə, ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə Ağayeva Elay Hərbi qızının 21.04.2001-ci il tarixdə ev şəraitində doğulması, doğumun qeydə alınmaması, yaxın qohumlarının, o cümlədən, anasının vəfat etməsi, doğulduğundan bəri ərizəçiyə məxsus mənzildə yaşaması tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 59.1-ci maddəninə əsasən qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalıfaktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanlarvın verldiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Ağayeva Elay Hərbi qızının 21 aprel 2001-ci il tarixdə ev şəraitində doğulması faktı müəyyən edilsin. Ağayeva Elay Hərbi qızının adına doğum haqqında şəhadətnamənin verilməsi, doğum haqqında şəhadətnamədə "doğum tarixi" qrafasında 21.04.2001-ci il, "doğulduğu yer" qrafasında "Azərbaycan Respublikası, Bakı şəhəri", "milliyyəti" qrafasında "azərbaycanlı", "ad" qrafasında "Ağayeva Elay Hərbi qızı", "ata adı" qrafasında "Hərbi Əmir oğlu", "ana adı" qrafasında "Ağayeva Hicran Kərim qızı" yazılmaqla, doğum haqqında şəhadətnamənin Ərizəçi verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar