Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7247/2023 04.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X11 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilmə və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanması barəsində iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 Şəmkir X18 İdarəsi tərəfindən 10 iyul 2023-cü il tarixli işdən çıxarma barədə əmrin ləğv edilməsinə və onun Cavabdeh Şəmkir X18 İdarəsi Tovuz rayonu təbii qazın qəbulu və satışı xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, 10 aprel 2015-ci ildən əmək müqaviləsi əsasında X9 Şəmkir X18 İdarəsində Tovuz rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsində işləmişdir. 10 iyul 2023-cü il tarixdə əsassız və qanunsuz olaraq barəsində Azərbaycan Respublikası Dövlər Neft Şirkəti Azəriqaz İB Şəmkir X20 idarəsinin əmri qəbul olunaraq o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi əsası ilə işdən çıxarılmışdır, o, əmək funksiyasını daim icra edə bilmişdir, həmçinin cavabdeh orqan onun öz işlərini görərkən digər işçilərin ona kömək etdiyini desə də, bu həqiqəti əks etdirmir, əmək müqaviləsində göstərilmiş funksiyalarını özü təkbaşına və sərbəst şəkildə yerinə yetirmişdir və bununla bağlı hər hansı köməyə ehtiyacı olmamışdır. 2003-cü ildən etibarən əlildir, 2010-cu ildən etibarən isə işləyir və bu haqqda iş yeri ondan məlumat tələb etməmişdilər, lakin portal vasitəsi ilə məlumatları olmalıdır, 01 iyun 2023-cü ildə onun əlillik dərəcəsi qiymətləndirilmiş və Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə İİ dərəcli əlilliyi müəyyən olunmuş və yüngül işlərdə işləyə biləcəyi vurğulanmışdır, buna baxmayaraq cavabdeh orqan onun əlillik dərəcəsinin dəyişməsini və sonuncu yoxlamadan sonra yüngül işlərə yararlı olması barədə məlumatı nəzərə almamış, o, əmək funksiyasını yerinə yetirə bildiyi halda onun əmək müqaviləsinə əsassız olaraq xitam vermişdir. Həmçinin cavabdeh orqan əmək müqaviləsinə xitam verərkən onun əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi və buna görə də əmək funksiyasını yerinə yetirə bilməməsinə istinad etsə də, o bu müddət ərzində işinin başında olmaqla əmək funksiyasını, onun öhdəsində olan işləri yerinə yetirmişdir. O, ailəsini dolandıran yeganə şəxsdir və onun hüquqları əmək qanunvericiliyi və digər normtiv hüquqi aktlarla qorunur. Cavabdeh İB qanunvericiliyin tələblərini pozaraq qanunsuz olaraq onu işdən azad etmişdir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi K.Ə.Qasımov iddia tələbini qəbul etməyərək və məhkəməyə təqdim etdiyi etiraza uyğun izahat verərək bildirmişdir ki, İddiaçı Cavabdeh X1 İstismar İdarəsinin 183-K nömrəli xx.xx.2015-ci il tarixli əmri ilə Tovuz rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmiş və xx.xx.2023-cü il tarixə qədər əmək fəaliyyətini davam etdirmişdir. İşə qəbul olunarkən eləcə də işlədiyi müddətdə idarəyə təqdim etdiyi tibbi müayinələrinə dair sənədləşmələrdə işlədiyi peşəyə yararlı olduğu göstərilmiş və işinə davam etmişdir. Əmək fəaliyyəti müddətində son 3-5 ay müddətində əldə edilməsi mümkün olmuş daxil edilmiş portal məlumatlarına rəhbərlik tərəfindən elektron sistem üzrə baxış keçirilmiş və Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatlarına əsasən digər qeydlərlə yanaşı əmək zəmanəti kimi əmək qabiliyyətsiz olduğu müəyyən edilmişdir. Bununla əlaqədar ona dəfələrlə xəbərdarlıq edilərək yenidən müayinədən keçməsi və portal məlumatlarının yenilənməsi istiqamətində tədbirlər görməsi bildirilmişdir. Lakin bu istiqamətdə heç bir iş aparılmadığından portal məlumatları yenilənmədiyindən sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Şəmkir RQİİ-nə dəvət olunaraq Rəhbərlik qaydasında rəsmi xəbərdarlıq edilməklə sonrakı məsuliyyəti izah edilmiş və xx.xx.2023-cü il tarixə qədər vaxt verilməklə akt tərtib edilərək müvafiq qaydada sənədləşmə aparılmışdır. Lakin İddiaçı tərəfindən bu sənədləşməyə də əməl edilmədiyindən heç bir tədbir görülmədiyindən əmək qabiliyyətsiz işçinin hər hansı işə cəlb edilməsinin mümkünsüzlüyü eləcə də işəgötürən tərəfindən işçiyə hesablanan əmək haqqının iş günü ərzində işçinin əmək funksiyasına uyğun gördüyü işlərin məcmusu olması onun işdən azad edilməsini şərtləndirmişdir. Beləliklə İddiaçı tərəfindən problemin aradan qaldırılmasına nə rəsmi nə də praktiki heç bir tədbir görülmədiyindən xx.xx.2023-cü il tarixdə Şəmkir RQİİ-nin 14- 2-2-13/3-1K-87/2023 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi səbəbindən əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edək ki, İddiaçı barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəsinə dair məlumata əsasən “Travmadan sonra sol said əzələlərinin atrofiyası, mil-bilək oynaqlarının kontrakturası, əl barmaqlarının inkişafdan qalması və kontrakturası, sol yuxarı ətraf funksiyasının tam itməsi, keçirilmiş KBT-dan sonra serebral araxnoidit, hipertenzion sindrom, daimi baş ağrıları ilə əlaqədar əlillik səbəbilə əmək qabiliyyətsiz hesab edilərək müddətsiz ikinci dərəcəli əlillik təyin olunduğu müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş və iddia ərizəsinə əlavə edilmiş sənədləşmələrlə belə müəyyən edilmişdir ki, İddiaçı işdən azad edilməsindən təxminən 10 gün sonra sistemə daxil edilmiş yeni müayinə məlumatları ilə əmək zəmanəti “əmək qabiliyyətsiz” kimi deyil, “yüngül işlərdə işləyə bilər” kimi qeyd olunmuşdur. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının qeyd olunan sonuncu müayinə məlumatlarına əsasən xəstəlik diaqnozunda heç bir yüngülləşmələr eləcə də xəstənin səhhətində heç bir sağalmalar baş vermədiyi halda əmək zəmanəti dəyişdirilərək xeyli yüngülləşdirilmişdir. Lakin səhhətində yaranmış mövcud problemlərin qalması fonunda onun nə rəsmi işə bərpası, nə də praktiki iş icrası yenidən mümkün deyildir. Belə ki, onun xx.xx.2015-ci il tarixdə Şəmkir RQİİ ilə bağladığı 183 saylı əmək müqaviləsinə əsasən çoxşaxəli əmək funksiyası həm güc fiziki, həm ciddi zehni, həm də çevik praktiki öhdəlikləri ehtiva etdiyindən İddiaçı yenidən işə bərpası və iş icrası mümkünsüzdür, mümkün sayılmamalıdır. Digər tərəfdən 2023-cü ilin əvvəlinə qədər İddiaçı öz əmək funksiyasını təkbaşına yerinə yetirə bilməsə də, əmək funksiyasının icrasına digər işçilər kömək etmiş, onun yaşı, maddi vəziyyəti nəzərə alınaraq ona güzəşt edilmişdir, lakin işçinin səhhətində hər hansı problemin olması, əlilliyi və əmək qabiliyyətsizliyi barədə rəsmi qaydada məlumatın əldə edildiyi bir vəziyyətdə onunla əmək müansibətlərinə davam etdirilməsi mümkün deyil. İddiaçı “əmək hüquqlarının mübahisələndirmə” hərəkətlərini gecikdirərək qanunla müəyyən edilmiş prosessual pozuntuya yol vermiş məhkəməyə müraciət müddətini də buraxmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə Şəmkir RQİİ-nin 14-2-2- 13/3-1K87/2023 nömrəli əmri ilə işdən azad olunmuş İddiaçı həmin tarixdə də əmrlə tanış olaraq müvafiq qaydada imza qeydi etmişdir. Həmçinin işdən azad olunma ilə bağlı bütün sənədləşmələrə imza qeydi apararaq əmək kitabçasının surətini də təhvil almışdır. Lakin sonradan bu və ya digər formada işə bərpa barədə mübahisəsi yaransa da qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülməklə məhkəməyə müraciət etmişdir. Belə olan halda onun mübahisə predmetinin araşdırılmasından əvvəl iddia tələbinin qaldırılması mümkünlüyü araşdırılmalı və hüquqi qiymət verilməli, sonra mahiyyəti üzrə məhkəmə araşdırması aparılmalıdır. Sonda K.Ə.Qasımov iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan ARDNŞ “Azərqaz” İB ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 183 saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı birliyin Şəmkir X18 idarəsinin Tovuz rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 4-cü dərəcəli Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə işə qəbul olunmuş və onunla əmək müqaviləsi, müddətli olmaqla, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixinədək 1 il müddətinə bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 14-2-2-13/3-1K-87/2023 nömrəli Əmək müqaviləsinə xitam vеrilməsi haqgında Əmrdən görünür ki, xx.xx.2015-ci il tarixli 183 nömrəli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatı əsasında AR Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. İş materiallarından görünür ki, İddiaçı 14-2-2-13/3-1K-87/2023 nömrəli sənəd ilə xx.xx.2023-cü il tarixdə tanış olmuşdur. Tovuz 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MŞT/MT024/2023-0781 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə mediasiya tətbiqi barədə təklif vermiş və xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir, lakin Cavabdeh İB iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdə "xxxx" MMC-nin Tovuz rayon idarəsinə nəzarətçi vəzisfəsinə təyin edilmiş, xx.xx.2010-cu ildə ARDNŞ Cavabdeh İB Regionlar üzrə qaz istismar idarəsi Tovuz qaz istismar sahəsinə 4-cü dərəcəli çilingər peşəsinə qəbul edilmiş, xx.xx.2015-ci ildə SOCRA Cavabdeh İB Şəmkir region qaz istismar idarəsi Tovuz rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 4-cü dərəcəli Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmişdir. İş materiallarında olan ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin 17 nömrəli Ərazi Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən verilmiş Arayışdan görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən ikinci dərəcəli ümumi xəstəlik səbəbi ilə müddətsiz əlildir, vətəndaş Qaz avadanlıqları istismarı və təmiri üzrə çilingər peşəsinə qismən yararlıdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli Tibbi arayışdan görünür ki, İddiaçı sağlamlıq haqqında obyektiv göstəricilərinə əsasən sağlam olmuşdur (okulist: VİSOS – 1,0 VİSOD – 1,0 key). İş materiallarında olan xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Şəniki RQİİ-də işləyən işçilərin əlillik məlumatları araşdınılarkən İddiaçı, X14 və X2 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatlarında əmək zəmanəti bölməsində “əmək qabiliyyətsizdir” qeydi ilə əmək zərmanəti verilməsi aşkarlanmışdır. İddiaçı, X14 və X3 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin c) bəndində əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən asılı olmayan hal kimi işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ətraflı izah verilmiş, İddiaçı, X14 və X7 28 aprel 2023-cu il tarixdə Şəmkir RQİİ-nin inibatı binasına dəvət olunmuş və onlara əmək zəmanətlərinin dəyişdirilərək əmək qabiliyyəili zəmanəti almaları və bunun üçün 1 (bir) təqvim ayı vaxtın verildiyi bildirilmişdir. Lakin 1 (bir) ay keçməsinə baxmayaraq İddiaçı, X14 və X2 portalda əmək zəmanətləri kimi yenə də “əmək qabiliyyətsiz” qeyd olunduğu aşkarlanmışdır. Bir daha İddiaçı, X14 və X3 əmək zəmanətlərinin “əmək qabiliyyətsizdir” kimi qeydindən “əmək qabiliyyətlidir” qeydinə dəyişdirilməsi və bu dəyişikliyin həyata keçirilməsi üçün onlara 22 iyun 2023-cü il tarixinə kimi vaxt verilməsi, əgər verilən vaxt ərzində həmin işçilər “əmək qabiliyyətsizdir” zəmanətini dəyişdirə bilməzlərsə onlarla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin c) bəndinə əsasən (qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə) xitam veriləcəyinə dair son dəfə olmaqla xəbərdarlıq edilmişdir. Aktın doğruluğunu Cavabdeh X1 İstismar İdarəsinin idarə rəisi X5, İnsan Resuslarının şöbəsinin şöbə rəisi vəzifəsində çalışan X15, Hüquq şöbəsində hüquq məsləhətçisi vəzifəsində çalışan X8, Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin baş mühəndisin əməyin mühafizəsi üzrə müavini-şöbə rəisi X10, Tovuz rayonu üzrə Təbil qazın qəbulu və satışı xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsində çalışan İddiaçı və X14, Şəmkir rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsində çalışan X7 öz imzaları ilə təsdiq etmişdir. İş materiallarından görünür ki, Əmək Müqaviləsinə 9 və 10 saylı düzəlişlər edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il çap tarixli “TSEK tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” barədə çıxarışdan görünür ki, xx.xx.2011-ci il tarixli qiymətləndirmə əsasında İddiaçı üçüncü dərəcəli əlil olması və əmək zəmanəti “əmək qabiliyyətsizdir” kimi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il çap tarixli “TSEK tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” barədə çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli qiymətləndirilmə əsasında İddiaçı ikinci dərəcəli əlil olması və əmək zəmanəti “yüngül işlərdə işləyə bilər” kimi qeyd edilmişdir. İş materiallarında olan SER TSE-02 № 208602 nömrəli Arayışdan görünür ki, 1960-cı il təvəllüdlü İddiaçı 3711 nömrəli xx.xx.2011-ci il tarixli müayinə aktına əsasən ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik diaqnozu qoyulmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə cavabdeh ARDNŞ “Azərqaz” İB arasında xx.xx.2015-ci il tarixdə əmək müqaviləsi bağlanmaqla İddiaçı ARDNŞ “Azərqaz” İB-nin Şəmkir X18 idarəsinin Tovuz rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 4-cü dərəcəli Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmişdir, xx.xx.2023-cü il tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə (qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə) müvafiq olaraq xitam verilmişdir, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməzdən əvvəl cavabdeh orqan xx.xx.2023cü il tarixdə iddiaçının “əmək qabiliyyətsiz” olması səbəbindən akt tərtib edərək ondan əmək zəmanətlərinin “əmək qabiliyyətsizdir” kimi qeydindən “əmək qabiliyyətlidir” qeydinə dəyişdirilməsi və bu dəyişikliyin həyata keçirilməsi üçün ona 22 iyun 2023-cü il tarixinə kimi vaxt verilərək, əmək qabiliyyətsiz statusunun davam edəcəyi təqdirdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə müvafiq olaraq xitam veriləcəyini bildirmişdir, işəgötürən işçi ilə əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verdikdən sonra işçi xx.xx.2023-cü il tarixdə işəgötürən ilə aralarında yaranmış fərdi əmək mübahisəsini həll etmək məqsədilə mediasiyaya müraciət etmiş, işəgötürən ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsinə dair” arayışı tərtib olunmuş, işçi məhkəmədə iddia qaldırmaq məqsədilə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri poçt vasitəsilə göndərməklə məhkəməyə müraciət etmişdir, işçi İddiaçı xx.xx.2011-ci il tarixdən ikinci dərəcəli, xx.xx.2023-cü il tarixdən isə üçüncü dərəcəli əlildir, əlillik dərəcəsinə görə “yüngül işlərdə işləyə bilər”. Bununla belə işçi İddiaçı əmək fəaliyyəti dövründə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını yerinə yetirməməsi halları, həmçinin əmək müqaviləsinə xitam verilməsinə əsas olan hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, əvvəla, iddiaçı, ikinci dərəcəli əlill olaraq eyni müəssisədə 2015-ci il tarixdən çalışmış və əmək funksiyasını lazımınca yerinə yetirmişdir ki, bu da onun eyni işdə və müəssisədə daha aşağı kateqoriyalı əlillik dərəcəsi ilə qanunla məhdudlaşdırılmayan hallar üzrə əmək fəaliyyəti ilə məşğul olmasının mümkünsüzlüyünü istisna edir. Başqa sözlə desək, işçinin işdən çıxarılmanın əsası kimi Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə istinad edilmişdir, halbuki maddənin məzmunundan göründüyü kimi qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilə bilər. Lakin işin halları araşdırılarkən, iddiaçının əmək qabiliyyətinin altı aydan çox müddətinə tam itirməsi halı müəyyən edilməmiş, əksinə, onun yüngül işlərdə çalışa bilməsi müəyyən edilmiş, iddiaçı işdən çıxarıldığı günə kimi əmək fəaliyyəti ilə məşğul olmuş, gördüyü işə aylıq əmək haqqı almışdır, çalışdığı müddətdə ona qarşı hər hansı intizam tədbirinin tətbiq edilməsi halı müəyyən edilməmiş, cavabdeh tərəfindən də belə sübutlar təqdim edilməmişdir. İkincisi, işəgötürən tərəfindən tərtib olunmuş AKT-da “əmək zəmanətlərinin əmək qabiliyyətsizdir kimi qeydindən əmək qabiliyyətlidir qeydinə dəyişdirilməsi və bu dəyişikliyin həyata keçirilməsi üçün işçiyə xx.xx.2023-cü il tarixə qədər vaxt verilməsi” nəzərdə tutulmuşdur ki, bu da işəgötürənin işçi ilə əmək münasibətlərinin “əmək qabiliyyətliliyi” şərtinə görə davam etdirilə bilməsini mümkünlüyünü nəzərdə tutur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təkrar müayinədən keçərkən 3-cü dərəcəli əllilik müəyyən edilməklə və “əmək qabiliyyətsiz” statusu “yüngül işlərdə işləyə bilər” statusu ilə əvəzlənməsinə baxmayaraq, cavabdehin birtərəfli qaydada əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə müvafiq olaraq xitam verməsi əsassız və qanunsuz olmuşdur ki, bu da iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilərək işə bərpa edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməsinə hüquqi əsas yaratmışdır. Məhkləmə, cavabdehin “işçinin işlədiyi müddət ərzində əmək funksiyasını başqa işçilərin köməyi ilə yerinə yetirməsinə” dair dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh bu hallara dair, həmçinin işçinin öz əmək funksiyalarını tam və ya lazımi qaydada yerinə yetirməməsi ilə bağlı hər hansı intizam tədbirinin tətbiq olunması hallarına dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən olunmamışdır. Məhkəmə, cavabdehin “iddia tələbinin Əmək Məcəlləsinin 296-cı maddəsi ilə müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürməsi”nə dair dəlilinə münasibətdə qeyd edir ki, işəgötürən işçi ilə əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam vermiş, bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə işəgötürən ilə aralarında yaranmış fərdi əmək mübahisəsini həll etmək məqsədilə mediasiyaya müraciət etmiş, xx.xx.2023-cü il tarixdə mediasiya arayışı tərtib olunmuş, xx.xx.2023-cü il tarixdə isə poçt vasitəsilə məhkəməyə müraciət etmişdir ki, bu da iddia ərizəsinin verilməsi üçün qanunla müəyyən olunmuş müddətə riayət olunmasını göstərir. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək huququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə gorə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ. İV. Vİ hissələri). Həmin Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcələnin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndində qeyd olunmuşdur ki, qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcələnin 76-cı maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericiliklə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 196.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 196.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 196.7-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı ilə əmək müqaviləsi bağlanarkən cavabdeh tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilmədiyindən, Cavabdeh İB tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 14-2-2-13/3-1K-87/2023 saylı əmr ləğv edilməli, İddiaçı Cavabdeh İB-nin Şəmkir X18 idarəsinin Tovuz rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 4-cü dərəcəli Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə bərpa olunmalı və ona xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın tələbi qiymətləndirilməyən iddia ərizəsi olduğundan, cavabdehdən 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə iddianın qiyməti 100 manatdır. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 14-2-2-13/3-1K-87/2023 saylı əmri ləğv edilsin. İddiaçı Cavabdeh X1 istismarı idarəsinin Tovuz rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 4-cü dərəcəli Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə bərpa olunsun və ona xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Cavabdehndən 100 (yüz) manat qəpik dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7247/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7247/2023
04.11.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver