Məhkəmə qərarları › İş №2(011)-7284/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7284/2025

12.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7284/2025 12.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 onun himayəsində saxlanılmaları, onların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün cavabdehin qazancının və (və ya) başqa gəlirinin 1/3 hissəsi miqdarında alimentin tutulub ona verilməsi, mediasiya xərci olaraq ödənilmiş 60 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 40 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1996-cı il tarixdə Naxçıvan MR Şərur rayonunun Xok kəndində anadan olmuşdur. İş üzrə Cavabdeh ilə xx.xx.2013cü il tarixdə el adəti ilə ailə qurub evlənmişlər və bu nikahı xx.xx.2014-cü il tarixdə qeydə aldırmaqla rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2014-cü il tarixdə Mirhüseyn və xx.xx.2015-ci il tarixdə isə Mirhəsən adlı uşaqları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra bir müddət mehriban şəraitdə yaşasalar da, sonradan aralarında söz-söhbətlər yaranmışdır. Ailə qurarkən yaxından bir-birini tanımamış və bir-birinin xasiyyətinə bələd olmamışlar. İddiaçı 2025-ci ilin iyun ayının əvvəllərindən cavabdehlə aralarında baş vermiş söz-söhbətlərə görə uşaqları ilə birlikdə atasına məxsus Yeni Suraxanı rayonundakı fərdi yaşayış evində yaşayır. Faktiki ayrıldıqları vaxtdan cavabdeh ailəsi ilə maraqlanmır. O, uşaqları maddi baxımından təmin etməkdə çətinlik çəkir. Özü heç bir yerdə işləmir. Cavabdeh 1.500 manata yaxın təqaüd alır. Bundan əlavə də fərdi əməklə məşğul olur və aylıq kifayət qədər gəliri olur. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək qeyd etmişdir ki, uşaqların onun himayəsinə verilməsi tələbi yoxdur. Belə ki, uşaqlar onun himayəsindədirlər. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etmişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Bekə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli Bakı 19 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X3 valideynləri qrafasında atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X2 valideynləri qrafasında atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra arvada “İsmayılova” soyadı verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16(011)-767/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən ərizə təmin edilərək, xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qərara alınmışdır. Qərardad dərhal icra olunmuşdur. “Azemis” Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatlarından görünür ki, Cavabdeh pensiya məbləği 1.253,36 manat təşkil edir. Məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan, yetkinlik yaşına çatmamış uşaq isə iddiaçının yanında qaldığından, uşağın saxlanması üçün cavabdehdən alimentin tutulmasına dair iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Qeyd edilən Məcəllənin112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının dəyişdirilməsini tələb etməkdə haqlıdır. Belə ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, xx.xx.2025-ci il tarixdən müvəqqəti aliment tutulduğuna görə alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikan MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda — iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki halda iddiaçının iddia ərizəsini məhkəməyə təqdim edərkən, dövlət rüsumunu ödənilməsindən azad olunması nəzərə alınmaqla, məhkəmə hesab edir ki, alimentin artırılmış illik həcminə uyğun olaraq dövlət rüsumuna görə 70,12 manat məbləğdə pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, məhkəmə xərci olaraq ödənilmiş 60 manat mediasiya xərci və 40 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən hesablanaraq hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. 60 (altmış) manat mediasiya xərci və 40 (qırx) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. 70,12 (yetmiş manat on iki qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar