Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-730/2020 24.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “xxx” MTK-ya və “xxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “pul tələbi” barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “xxx” MTK-ya və “xxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxx” MTK-dan yerinə yetirmədiyi öhdəliyə görə 21.060 manat, dövlət rüsumu olaraq ödənilən 31 manat, cəmi 21.091 manat pulun alınaraq 7030 manat İddiaçı1, 14.061 manat İddiaçı2, yetirilmiş mənəvi ziyana görə 20.000 manat pulun alınaraq 10.000 manat İddiaçı1, 10.000 manat İddiaçı2 ödənilməsi, cavabdeh “xxxxxxxxxxxxxxxxxx” MMC-dən xx xxxxxx 2006-xx xxxxx 2019-cu illər ərzində əlavə ödənilən xxxxxxxxxxxxxxxxxxə görə, 1010 manat pulun alınaraq 337 manat İddiaçı1, 673 manat cavabdeh İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx xxxxxx 2004-cü il tarixdə “xxx” şirkəti ilə M.Hadi küçəsi, 2945-ci məhəllədəki ünvanda 2-ci blok 7-ci mərtəbədə ümumi sahəsi 109,06 kv.m olmaqla 2 otaqdan ibarət mənzilin iddiaçıya satılması barədə müqavilə bağlamışlar. Mənzilin qiyməti hər bir kv.m. üçün 230 ABŞ dolları, cəmi 25.084 ABŞ dolları müəyyən edilmişdir. Həmin gün iddiaçı tərəfindən şirkətin xəzinəsinə 17.000 ABŞ dolları (83.300.000 manat) mədaxil olunmuş, qalan məbləğ də ödəniş qrafikinə uyğun olaraq 25.084 ABŞ dolları pul tam ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli qətnaməsinə əsasən birgə nikah dövründə əldə olunmuş əmlak olaraq mənzilin 1/3 hissədə İddiaçı1, 2/3 hissədə isə digər İddiaçı2 payları müəyyən edilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən xx xxxx 2014-cü il tarixdə iddiaçı ilə Xətai rayonu, M.Hadi küçəsi, ev 70/2, sahəsi 36.354 kv.m olan 81 saylı mənzilin payçısı kimi, həmin ünvanda sahəsi 72.706 kv.m olan 81 saylı mənzilin payçısı digər İddiaçı2 ilə “xxx” MTK-nın direktoru İ.Ə.Şahverdiyev arasında müqavilə bağlanmışdır. xx xxxx 2019-cu il tarixdə həmin mənzilə dair AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış almışlar və onlara o zaman məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945-46-cı məhəllə, 70 saylı evin 81-ci mənzilin sahəsi heç də müqavilədə göstərildiyi kimi 109.06 kv.m. deyil, cəmi 88 kv.m. təşkil edir. “xxx” MTK-nın direktoru İ.Şahverdiyevə yaxınlaşıb bu rəqəmlər arasında təşkil edən 21.06 kv.m. fərqi izah etməyi tələb etsələr də, ağlabatan cavab ala bilməmişlər. Hal-hazırda yaşadıqları ərazidə yaşayış sahəsinin hər kv.m. satışı 1000 manat təşkil edir. Bundan başqa xx xxxxx 2019-cu il tarixədək “xxx” MTKya, o cümlədən son illər eyni ünvanda yerləşən, eyni zamanda direktoru da İ.Ə.Şahverdiyev olan digər cavabdeh “xxxxxxxxxxxxxxxxxx” MMC-yə 109.06 kv.m sahəyə görə hər ay 32.71 manat olmaqla xxxxxxxxxxxxxxxxxx etmişlər. xx xxxxxx 2006-cı ildən xx xxxxxx 2019-cu il tarixədək hər ay hər kv.m 30 qəpikdən hesablamaqla 21.06 kv.m. sahəyə görə artıq pul ödəmişlər, bu da 160 ay müddətində hər ay üçün 6,31 manat hesablandıqda cəmi 1010 manat təşkil edir. Bundan başqa xx xxxx 2019-cu il tarixdə AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı aldıqdan sonra mənzil sahibi olaraq iddiaçılar böyük stres və əsəb sarsıntısı keçirmişlər. Mənzilin real sahəsinin cəmi 88 kv.m olduğunu bildikdə planları alt-üst olmuş, eyni zamanda ali təhsilli şəxslər olaraq 15 il davamlı olaraq da cavabdeh tərəfindən bu şəkildə aldadılmaları onlara çox təsir etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Digər iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Mülki iş materiallarından görünür ki, İddiaçı1 ilə “xxx” MTK-nın arasında xx xxxxxx 2014cü il tarixdə alğı-satqı müqaviləsi bağlanmış, iddiaçı ünvan 1 ünvanında yerləşən binanın 7-ci mərtəbəsindəki 2 otaqlı, brutto sahəsi 109.06 kv.m., ümumi sahəsi 93.27 kv.m., yaşayış sahəsi 48,65 kv.m. olan 81 saylı mənzili əldə etmişdir. İddiaçı tərəfindən mənzilin dəyəri tam olaraq ödənilmişdir. xx xxxx 2019-cu il tarixdə iddiaçılar mənzilə dair Çıxarış alarkən sözügedən mənzilin sahəsinin müqavilədə qeyd olunmuş 109.06 kv.m. deyil, cəmi 88 kv.m. təşkil etdiyini öyrənmişlər.“xxx” MTK müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, pulu iddiaçılar tərəfindən ödənilmiş 109.06 kv.m. sahəsi olan mənzili deyil, cəmi 88 kv.m. ölçüdə olan mənzili iddiaçılara satmışdır. Ona görə də iddiaçılar mənzilə görə ödədikləri məbləği yaşayış sahəsinin hər kv.metri üçün nəzərdə tutulmuş bazar dəyəri nəzərə alınmaqla ödəməyi tələb etmişlər. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945-ci məhəllədə inşa edilmiş 70 saylı evin 81 saylı mənzilinin ümumi və yaşayış sahəsi 88 kv.metr müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin cavabdeh “xxx” MTK-dan yerinə yetirmədiyi öhdəliyə görə 21.060 manat ödənilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında müqavilə münasibətlərinə əsaslanan öhdəliklər yaranmışdır. Öhdəliyə əsasən bir tərəf digərinə müqavilədə nəzərdə tutulan ölçüdə sahəni təhvil verməyi, digər tərəf isə bunun müqabilində təqdim olunmuş əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəlik dedikdə bir şəxsin (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməsi, məsələn, pul ödəməsi, əmlak verməsi, iş görməsi, xidmətlər göstərməsi və i.a. və ya müəyyən hərəkətdən çəkinməsi, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ başa düşülür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hazırkı iş üzrə cavabdeh “xxx” MTK tərəfindən iddiaçılara təhvil verilmiş mübahisəli mənzil 109.06 kv.m. deyil, 88 kv.m. sahəyə malik olmuşdur. Belə olan halda cavabdeh “xxx” MTK tərəfindən müqavilə tələbləri pozulmuşdur. Odur ki, iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlıdırlar. Məhkəmə sözügedən yaşayış sahəsinin hər kv.metrinin 1.000 manatdan hesablanmalı olması hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı1 ilə cavabdeh “xxx” MTK arasında olan öhdəliklər müqavilə əsasında yaranmışdır. Həmin müqavilədə mənzilin dəyəri hər kv.metr üçün 230 ABŞ dolları müəyyən edilmişdir. Odur ki, 21.06 kv.metr sahə üzrə hər kv.metr üçün 230 ABŞ dolları hesablamaqla (21.06 x 230) cəmi 4.830 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçıların xeyrinə cavabdeh “xxx” MTK-dan tutulmalıdır. 4.830 ABŞ dolları tərəflərin mənzil üzərində Xətai Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş paylara mütanasib tərəflər arasında bölünməlidir. Odur ki, “xxx” MTK-dan 3.220 ABŞ dolları İddiaçı2, qalan 1.610 ABŞ dolları pul isə digər İddiaçı1 ödənilməlidir. Məhkəmə iddia tələbinin cavabdeh “xxxxxxxxxxxxxxxxxx” MMC-dən xx xxxxxx 2006-xx xxxxx 2019-cu illər ərzində əlavə ödənilən xxxxxxxxxxxxxxxxxxə görə 1.010 manat pulun hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, iddiaçılar xx xxxxxx 2006-cı il tarixdən xx xxxxx 2019-cu il tarixədək ödənilən xxxxxxxxxxxxxxxxxxi tələb etsələr də, onlar həmin dövrə aid olan qəbzləri, xxxxxxxxxxxxxxxxxxi təsdiq edən hər hansı digər sənədi məhkəməyə təqdim etməmişlər. İş materiallarına 2018-ci ilin yanvar ayından 2019-cu ilin aprel ayına qədər edilmiş xxxxxxxxxxxxxxxxxx barədə qəbzlər əlavə olunmuşdur. Məhkəmə cavabdeh “xxxxxxxxxxxxxxxxxx” MMC-dən iddiaçıların xeyrinə tutulmalı olan pulun miqdarının hesablanması qaydasını araşdıraraq belə qənaətə gəlir ki, iddiaçılar hər ay hər kv.metr üçün 0.30 qəpikdən hesablamaqla 21,06 kv.metr sahəyə görə pul ödəmişlər. Odur ki, xx xxxxxx 2018-ci il tarixdən xx xxxxx 2019-cu il tarixinədək 21.06 kv.metr sahəyə görə hər kv.metri 0.30 qəpikdən hesablamaqla (21.06 x 0.30 x 16) cəmi 100.80 manat pul alınıb iddiaçılara ödənilməlidir. Məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, cavabdeh “xxxxxxxxxxxxxxxxxx” MMC-dən xx xxxxxx 2018-ci ildən xx xxxxx 2019-cu ilə qədər əlavə ödənilən xxxxxxxxxxxxxxxxxxə görə 100.80 manat pul alınaraq iddiaçıların mübahisəli mənzil üzərində paylarına mütənasib olaraq 67.20 manat pul İddiaçı2, qalan 33.60 manat pul isə İddiaçı1 ödənilməlidir. Məhkəmə iddianın mənəvi zərərin tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ciil tarixli Qərarınaəsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fizikişəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fizikiiztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsiilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə iclasında iddiaçılar cavabdehlər tərəfindən onlara mənəvi ziyan vurulması barədə sübut təqdim edə bilməmiş, eyni zamanda iddia ərizəsində mənəvi zərər ilə bağlı göstərilənlər işin hər hansı halı ilə məhkəmə iclasında müəyyən edilməmişdir. İddiaçı tərəf cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar məhkəməyə sübuttəqdimedəbilmədi. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərdən 20.000 manat mənəvi zərərin tutulması hissəsində təmin edilməməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “xxx” MTK-dan 4.830 ABŞ dolları pul ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə alınaraq həmin pulun 3.220 ABŞ dolları İddiaçı2, qalan 1.610 ABŞ dolları pul isə digər İddiaçı1 ödənilməli, cavabdeh “xxxxxxxxxxxxxxxxxx” MMC-dən xx xxxxxx 2018-ci ildən xx xxxxx 2019-cu ilə qədər əlavə ödənilən xxxxxxxxxxxxxxxxxxə görə 100.80 manat pul alınaraq manat pul İddiaçı2, qalan 33.60 manat pul isə İddiaçı1 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçılara ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “xxx” MTK-dan 4.830 (dörd min səkkiz yüz otuz) ABŞ dolları pul ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə alınaraq həmin pulun 3.220 (üç min iki yüz iyirmi) ABŞ dolları İddiaçı2 ödənilsin, qalan 1.610 (bir min altı yüz on) ABŞ dolları pul isə digər İddiaçı1 ödənilsin. Cavabdeh “xxxxxxxxxxxxxxxxxx” MMC-dən xx xxxxxx 2018-ci ildən xx xxxxx 2019-cu ilə qədər əlavə ödənilən xxxxxxxxxxxxxxxxxxə görə 100.80 (bir yüz manat səksən qəpik) manat pul alınaraq 67.20 (altmış yeddi manat iyirmi qəpik) manat pul İddiaçı2 ödənilsin, qalan 33.60 (otuz üç manat altmış qəpik) manat pul isə İddiaçı1 ödənilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-730/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-730/2020
24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver