Məhkəmə qərarları › İş №2(011)-7325/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7325/2022

14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7325/2022 14.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış 12 mart 2022-ci il tarixli “təmir xidmətləriin göstərilməsi haqqında” müqaviləyə əsasən cavabdehə ödədiyi 15300 manat vəsaitin 7500 manat hissəsinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli “təmir xidmətləriin göstərilməsi haqqında” müqavilə bağlanmışdır, iddia tələbi tərəflər arasında bağlanmış həmin müqavilə üzrə öhdəliklərin icrası (ödənilmiş pul məbləğinin qaytarılması) ilə bağlı yaranmış mübahisə ilə əlaqədardır, müqavilənin 9.2 və 9.3-cü bəndlərinə əsasən, tərəflər, müqavilə üzrə mübahisələrin tərəflərin öz aralarında, pretenziya irəli sürülməsi qaydası ilə həll edilməsi (9.2), mübahisələr 9.2-ci maddədə göstərilmiş qaydada həll edilməkdə, onların Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənməsi və mübahisələrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacağı (9.3) barədə razılığa gəlmişlər. Lakin iddiaçı, iddia ərizəsində cavabdehə bir neçə dəfə müraciət etdiyini bildirsə də, iddia ərizəsinə, müqavilənin tərəflər arasında razılaşdırılmış bəndinin yerinə yetirilməsini təsdiq edən sübutlar əlavə olunmamış, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına əməl edilməsini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydasında nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinə mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət edilməsi barədə sənəd əlavə edilmədiyindən iddia ərizəsinin icraata qəbul olunaraq baxılması da mümkün deyildir və buna görə də ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bununla belə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin iş materiallarından görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə ********** saylı qəbz ilə 95 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da tam geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh MMC-yə qarşı “Cavabdeh MMC arasında bağlanmış 12 mart 2022-ci il tarixli “təmir xidmətləriin göstərilməsi haqqında” müqaviləyə əsasən cavabdehə ödədiyi 15300 manat vəsaitin 7500 manat hissəsinin cavabdehdən tutularaq ona ödənilməsi” barədə iddia tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə ödənilmiş 95 (doxsan beş) manat dövlət rüsumu qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar