Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-733/2025 11.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, iddiaçı X1 və Cavabdeh iştirakı ilə, iddiaçılar X1 və İddiaçı2 Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi İddiaçılar X4 və İddiaçı2 Cavabdeh qarşı özünün və qızı İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən 1Q saylı həyət evinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmələri tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən 1Q saylı həyət evi iddiaçı X1 həyat yoldaşı Cavabdeh məxsusdur. O və qızı xx.xx.1998-ci il təvəllüdlü İddiaçı2 illərdir ki, həmin evdə yaşayırlar. Əmlaka dair mülkiyyət hüqunu təsdiq edən sənəd - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi tərəfindən verilən çıxarış yoxdur. Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən 1Q saylı həyət evinə dair tək sənəd Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 66 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən təsdiq edilən və 2009-cu ildə doldurulan məlumat vərəqəsi və evin sxemi mövcuddur. Beləki həmin həyət evi 2005-ci ildə iddiaçı X1 atası X12 və həyat yoldaşı Cavabdeh bir-birilərinə maddi dəstək olaraq birlikdə əldə etmişlər. Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 66 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən təsdiq edilən və 2009-cu ildə doldurulan məlumat vərəqəsi və evin sxemində Cavabdeh, X7 və onun - İddiaçı1 adı qeyd edilmişdir. O və xx.xx.1998-ci il təvəllüdlü qızı İddiaçı2 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Məhkəməyə müraciət etmək də məqsədi hər ikisinin həyat yoldaşı Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən 1Q saylı həyət evinə köçürülməkləri və istifadə hüququnun tanınması ilə bağlıdır. Cavabdehin iddiaya dair etirazı: Cavabdeh məhkəmə iddiaya dair yazılı etirazını təqdim etməmişdir. Tərəflərin izahatları: İddiaçı X4 məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. O, 20 dekabr 2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən 1q saylı evdə həyat yoldaşı, iddiaçı özü, qızı, anası, bacısı və bacısı qızı yaşayırlar. Daha sonrakı iclaslarda iddiaçı izahatını dəyişdirərək, qızının və özünün mübahisəli evdə yaşamadığını, evdən çıxdığını və hal-hazırda oğlunun evində yaşadıqlarını bildirmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdiyini, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən iclasın İddiaçı2 iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. İşin halları: Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 66 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən təsdiq edilən 2023-cü ilin mart ayında doldurulan məlumat vərəqəsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən 1k saylı ev 2005-ci ildə tikilmişdir. Həmin ev 4 əsas otaqdan (ümumi sahəsi 65 m2) və 3 yardımçı otaqdan (ümumi sahəsi 14,7 m2) ibarətdir. Qeyd olunan evdə Cavabdeh, qohumu X7 və həyat yoldaşı X4 yaşayır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1490/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı X3 cavabdeh X5 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh cəlb edilməklə) “mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbi barədə iddia qismən təmin edilmiş, iddiaçı X8 və uşağı xx.xx.2008-ci il təvəllüdlü X6 Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən “1Q” saylı (yeni qaydalarla 1K) mənzilinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədə qeyd edilmiş Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 66 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən təsdiq edilmiş 2009-cu ildə doldurulmuş məlumat vərəqinin və evin sxeminin surətindən görünür ki, Nazim Şükürov 1q saylı ünvanda yerləşən fərdi yaşayış evi 2000-ci ildə tikilib, evin sahibi X9r və evdə X12 özü, həyat yoldaşı X7, qızı X8 və nəvəsi X6 yaşamışdırlar. İşə əlavə edilmiş Doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı2 atası Cavabdehdur, anası X2r. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-4777/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən 1q saylı ev 4 əsas otaqdan (ümumi sahəsi 65 m2) və 3 yardımçı otaqdan (ümumi sahəsi 14,7 m2) ibarətdir. Qeyd olunan evin 3 otağında Cavabdeh, qohumu X7 yaşayırlar. Digər yaşayış sahəsində isə X8 və övladı X6 yaşayırlar. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasinin Konstitusiyasi Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 11. Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materillarnın araşdıraraq belə qənaətə gəlir ki, iddia əsassızdır və təmin edilməmilidir. Belə ki, məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən 1Q saylı həyət evinə istifadə hüquqlarının tanınmasına dair iddia tələbinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə əsassızdır. Özbaşına tikiliyə hər hansı hüququnun əldə edilməsi və ya tanınması yolverilməzdir. Özbaşına inşa edilmə nəticəsində yaranmış əmlak olan Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən 1Q saylı həyət evi daşınmaz əmlakın dövlət reyestrində nə iddiaçıların, nə də cavabdehin adına qeydə alınmadığından iddiaçıların mübahisəli evə istifadə hüququ əmələ gəlməmişdir. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Məhkəmə iddiaya iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən 1Q saylı həyət evinə köçürülməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə də əsassızdır və təmin edilməmildir. Belə ki, məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür özbaşına tikililərə hər hansı bir hüquq əldə etmədən və tanımadan köçürülməsi təcrübəsi mövcuddur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən şəxsin yaşadığı mənzildən qanunsuz məhrum edilməsi yolverilməzdir. Bu normanın tətbiq edilməsi zamanı 3 hal aydınlaşdırılmalıdır: 1. Şəxs köçmək istədiyi yaşayış sahəsində yaşamışdırmı?; 2. Şəxs yaşadığı sahədən məhrum edilmişdirmi?; 3.məhrum edilmə qanuni olmuşdurmu? Hazırkı işin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli özbaşına tikili 2005-ci ildə iddiaçı X1 atası X12 tərəfindən tikilmişdir və sonuncu faktiki olaraq evin sahibi olmuşdur. Orada iddiaçının anası X7, iddiaçının bacısı X8 və onun övladı yaşamışdır. Eyni zamanda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 1490/2024 saylı mülki işin məhkəmə araşdırması zamanı da tərəflərin verdikləri izahatlarından müəyyən edilmişdir ki, mübahisəli evdə həmçinin X4 və onun əri Cavabdeh yaşamışdırlar. Digər tərəfdən mülki prosesin ilkin iclaslarında iddiaçı X4 verdiyi izahatında bidirmişdir ki, hazırda mübahisəli özbaşına tikilidə yoldaşı Cavabdeh, anası X7 və övladı İddiaçı2 ilə birgə yaşayırlar. Hazırkı iddianı da mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün verib. Göründüyü kimi, iddiaçıların mübahisəli yaşayış sahəsində yaşamaqları üçün hər hansı maneələr mövcud deyil, onlar yaşayış sahəsindən məhrum edilməmişdirlər. Cavabdehin də iddiaya etiraz etməməsi, iddiaçıların mübahisəli mənzildə yaşamaları üçün hər hansı maneənin olmadığına dəlalət edir. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı da bunun əksini təsdiq edəcək hər hansı hallar müşahidə edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar X4 və İddiaçı2 mübahisəli olan Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən 1Q saylı həyət evində yaşadıqları müəyyən edilsə də, onların həmin yaşayış sahəsindən məhrum edildiyi müəyyən edilmir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə formal əsaslarla qaldırılan hazırkı iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Qeyd edilən halları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, X4 və İddiaçı2 Cavabdeh qarşı özünün və qızı İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən 1Q saylı həyət evinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmələri tələbinə dair iddia rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar X1 və İddiaçı2 Cavabdeh qarşı Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən 1Q saylı həyət evinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmələri tələbinə dair iddia rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbasova Əminə
Məhkəmə qərarları › İş №2(011)-733/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-733/2025
11.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver