Məhkəmə qərarları › İş №2(011)-7396/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7396/2021

19.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7396/2021 19.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin və onların yetkinlik yaşına çatmayan ailə üzləri X4, X1 və X2 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 2, 65 saylı mənzildən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76.18 kv/m olan 65 saylı mənzil AN-İ № ******* saylı 01,05.2018-ci ıl tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilən 06.02.2019-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 28.04.2021-ci ıl tarixli i ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışını aldıqdan sonra ona məlum olmuşdur kı. xüsusi mülkiyyətində olan mənzildə Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh3, X3, Cavabdeh4, X6, Cavabdeh5 və X5 adlı şəxslərin qeydiyyatı vardır Qeyd etdiyi şəxslərin heç biri ilə qohumluq və ya digər şəkildə heç bir tanışlığı və münasibəti yoxdur, eyni zamanda həmin şəxslər xüsusi mülkiyyətində olan mənzildə uzun müddətdir kı. yaşamırlar və alqı-satqı zamanı mənzilin satılmasına notariat kontorunda yazılı razılıq vermişlər. Xüsusi mülkiyyətində olan mənzildə başqa şəxslərin qeydiyyatda olması onun üçün bır sıra çətinliklər yaradır. Bu səbəbdən də həmin şəxslərin xüsusi mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması zərurəti yaranmışdır.. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahatlar verdi və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərin axırıncı yaşayış yeri üzrə məhkəmə bildirişi göndərilmiş, cavabdehlərin həmin ünvanda yaşamaması səbəbindən məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Məhkəmə bildirişi cavabdehlərin axırıncı yaşayış yeri üzrə "xxxx" MMC-yə göndərilmiş, lakin cavabdehlər həmin ünvanda yaşamadığı üçün məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş matieriallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Alıcı İddiaçı ilə satıcı Cavabdeh4 arasında bağlanmış AN-İ № ******* saylı 01,05.2018-ci ıl tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 2, 65 saylı mənzili alıcının mülkiyyətinə vermişdir. Müqavilənin 8-ci bəndinə görə satıçı alıcıya 3-cü şəxslərin hüquqlarından azad mənzili verməyi öhdəsinə götürmüşdür. Mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış Cavabdeh1 oglu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 mənzilin satılmasına razılığına dair notariat qaydasında təsdiqlənmiş ərizələri notariat işinə əlavə olunmuşdur. Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 2, 65 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 06.02.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN-nin 28.04.2021-ci ıl tarixli ******* nömrəli arayışından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh3, X3, Cavabdeh4, X6, Cavabdeh5 və X5 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 2, 65 saylı mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinin 3-cü bəndinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə görə isə şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən çıxarılır. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh3, X3, Cavabdeh4, X6, Cavabdeh5 və X2 İddiaçı məxsus mənzildə qeydiyyatda olması iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarını pozur və iddiaçının şəxsi mülkiyyətində olan mənzil üzərində pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi üçün cavabdehlərin həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5, onların yetkinlik yaşına çatmayan ailə üzləri X4, X1 və X2 İddiaçı mülkiyyətində olan Bakı şəhəri. Xətai rayonu, General Mehmandarov küçəsi, ev 2, 65 saylı mənzildən istifadə hüquqları itirilsin. Qətnamə cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatının ləğvi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar