Məhkəmə qərarları › İş №2(011)-743/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-743/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-743/2025 20.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 MMMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Şamil oğluna qarşı “cəmiyyətin gəlir və xərclər smetası barədə rəyi, maliyyə fəaliyyəti haqqında və mütləq ödənişlər və haqların miqdarı haqqında hesabatın cəmiyyəti iştirakçılarının ümumi yığıncağına və sahə mülkiyyətçilərinə təqdim edilməsi öhdəliyinin qoyulması” tələbinə və müstəqil tələb irəli sürən X1 cavabdehlər Cavabdeh1 MMMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Şamil oğluna qarşı “çoxmənzilli yaşayış binasının idarəçiliyi ilə bağlı hər hansı hərəkətin edilməsinin cavabdehlərə qadağan edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 MMMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Şamil oğluna qarşı “cəmiyyətin gəlir və xərclər smetası barədə rəyi, maliyyə fəaliyyəti haqqında və mütləq ödənişlər və haqların miqdarı haqqında hesabatın cəmiyyəti iştirakçılarının ümumi yığıncağına və sahə mülkiyyətçilərinə təqdim edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2023-2024-cü illər üçün Cavabdeh1 MMMC-nin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabatı tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına və sahə mülkiyyətçiləri olan iddiaçılara təqdim etmək öhdəliyinin Cavabdeh1 MMMC-nin üzərinə qoyulması, eləcə də ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının idarəçiliyi ilə bağlı bütün hərəkətlərin cavabdehlər – Cavabdeh1 MMMCnin İdarə heyətinin keçmiş üzvləri – Cavabdeh2 (sədr), Cavabdeh3 və Cavabdeh4 qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı müstəqil tələb irəli sürən X2 cavabdehlər Cavabdeh1 MMMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Şamil oğluna qarşı “çoxmənzilli yaşayış binasının idarəçiliyi ilə bağlı hər hansı hərəkətin edilməsinin cavabdehlərə qadağan edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının idarəçiliyi ilə bağlı hər hansı hərəkətin edilməsini cavabdehlər - Cavabdeh1 MMMC-nin İdarə heyətinin keçmiş üzvləri – Cavabdeh2 (sədr), Cavabdeh3 və Cavabdeh4 qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəfər iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəblərlə bağlı olmasına dair məhkəməni hər hansı qaydada əvvəlcədən məlumatlandırmamışlar. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizələri baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarından görünür ki, tərəflər məhkəmənin baxış iclasının yeri və vaxtı haqqında prosessual qanunvericiliklə nəzərdə tutulduğu kimi lazımi qaydada məlumatlandırılmış, lakin məhkəmə iclaslarında iştirak etməmiş, eləcə də, tərəflər məhkəmə iclasında iştirak etməmələrinin üzrlü səbəblərlə bağlı olmasına dair məhkəməni hər hansı qaydada əvvəlcədən məlumatlandırmamışlar. Mülki Prosessual Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 MMMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Şamil oğluna qarşı “cəmiyyətin gəlir və xərclər smetası barədə rəyi, maliyyə fəaliyyəti haqqında və mütləq ödənişlər və haqların miqdarı haqqında hesabatın cəmiyyəti iştirakçılarının ümumi yığıncağına və sahə mülkiyyətçilərinə təqdim edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi və müstəqil tələb irəli sürən X1 cavabdehlər Cavabdeh1 MMMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Şamil oğluna qarşı “çoxmənzilli yaşayış binasının idarəçiliyi ilə bağlı hər hansı hərəkətin edilməsinin cavabdehlərə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar