Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-745/2021 18.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı QSC-nin İstehsalat Xidmətləri İdarəsinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı QSC-nin İstehsalat Xidmətləri İdarəsinin Cavabdeh qarşı yataqxanada məcburi çıxarılması tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC-nin İstehsalat Xidmətləri İdarəsi cavabdeh X7 qarşı iddia ərizəsi ilə müraciət edərək məhkəmədən Cavabdeh X2ndan çıxarılması barədə qətnamənin çıxarılmasını xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X2 İddiaçı QSC-nin İstehsalat İdarəsinin tabeliyində olub səfərlərdən qayıdan dənizçilərin səfərlərarası müddətdə qalması və istirahət üçün nəzərdə tutulmuşdur. Bu yataqxanada dənizçilərlə yanaşı onların ailə üzvlərinə ehtiyac olduğu təqdirdə müvəqqəti yaşaması da icazə verilir. Yataqxananın saxlanılması və digər xərcləri müəssisə hesabına həyata keçirilir. 1981-ci il təvəllüdlü X5 maddi sosial vəziyyəti nəzərə alınaraq, xx.xx.2016-cı il tarixdən İddiaçı QSC-nin İstehsalat Xidmətləri İdarəsinə məxsus Xətai rayonu Xəzər 1 ünvanında yerləşən “Dənizçilərin Səfərlərarası” yataqxanasında müvəqqəti yaşayış sahəsi ilə təmin olunmuşdur. Əvvəllər Gəmiçiliyin tabeliyindəki müəssisələrdən birinin işçisi olmuş, hal-hazırda heç bir yerdə işləmir. Cavabdeh yaşadığı müddətdə heç bir səbəb olmadığı halda yataqxana sakinləri və onun işçiləri üçün ciddi problemlər yaratmaqla məşqul olmuşdur. Dəfələrlə ona xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə hasil olmamışdır. Cavabdeh sakinlərə qarşı qapıpəncərələrin şüşələrinə vurub sınqırmaqdan çəkinmir. Onun insanlara danışıq və davranış qaydalarından belə məlum olur ki, psixoloji durumu qaydadısnda deyil, hər an cinayət törədə bilər. Cavabdeh yataqxana rəhbərliyi tərəfindən otağın xoşluqla boşaldılması üçün edilən tələblərə məhəl qoymur, əksinə özbaşınalıq edir və vəziyyəti gərginləşdirərək nalayiq əməllərindən əl çəkmir. İddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin İstehsalat Xidmətləri İdarəsinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin İstehsalat Xidmətləri İdarəsi (bundan sonra mətndə “İdarə” adlanacaq) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” xx xxxxxx 2014-cü il tarixli 18 nömrəli qərarına əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə “xxxx” QSC adlanacaq) tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi yaradılmışdır. Həmin Əsasnamənin 2.2-ci maddəsinə əsasən İdarənin vəzifələri aşağıdakılardır: - iş proqramına müvafiq surətdə “xxxx” QSC-yə və onun tabeçiliyində olan qurumlara yüksək keyfiyyətli müxtəlif növ istehsalat xidmətlərini göstərmək; - “xxxx” QSC tərəfindən təsdiq edilmiş iş proqramlarını, elecə də “xxxx” QSC-nin əmr, qərar və sərəncamlarını, sahəyə dair proqnozları əsas tutaraq öz fəaliyyətini planlaşdırmaq; - istehsal gücündən tam istifadə etmək, qabaqcıl texnika və tullantısız texnalogiyanın istehsalata tətbiqini təmin etmək; - hüquqi qüvvəyə minmiş müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək; - İdarənin istifadəsinə verilmiş əmlakın qorunub saxlanılmasını təmin etmək və təyinatı üzrə istifadə etmək; - idarənin inkişafı üçün ardıcıl tədbirlər görmək; - öz fəaliyyəti ilə ətraf mühitə mənfi təsirlərin qarşısını almaq; - yanacağa, elektrik enerjisinə, material və alətlərə qənaət olunması, avadanlıq və istehsalat vasitələrindən daha səmərəli istifadə olunması üçün zəruri tədbirləri həyata keçirmək; - inkişaf proqramına uyğun olaraq maddi ehtiyatlara olan ehtiyacını müəyyənləşdirmək, maddi ehtiyatların etibarlı qaydada saxlanılmasını, alınmasını və səmərəli istifadə olunmasını təşkil etmək; - İdarənin fəaliyyətində qanunvericiliyin tələblərinə, “xxxx” QSC-nin əmr və göstərişlərinə əməl etmək; Həmin Əsasnamənin 3.1-ci bəndinə əsasən idarənin əmlakı “xxxx” QSC tərəfindən onun istifadəsinə verilmiş əmlak, əsas və dövriyyə vəsaitlərindən, digər vəsaitlərdən ibarətdir və onun balansında əks olunur. Həmin Əsasnamənin 3.2-ci bəndinə əsasən idarə onun təsərrüfat idarəçiliyinə verilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, fəaliyyətinin məqsədlərinə, “xxxx” QSC-nin tapşırıqlarına və əmlakın təyinatına uyğun istifadə hüququnu həyata keçirir. İş materiallarında olan İddiaçı QSC-nin X4 530/K nömrəli, xx.xx.2016-cı il tarixli xx.xx.2016-cı il tarixli Əmrinin surətindən görünür ki, işçi Cavabdeh xx.xx.2014-cü il tarixli 511926 nömrəli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin birinin təşəbbüsü) əsasən xx.xx.2016-cı il tarixdə xitam verilmişdir. İş materiallarında olan İddiaçı QSC-nin 41 nömrəli “Sosial İnkişaf İdarəsinin tabeliyində olan bəzi struktrur bölmələrin İstehsalat Xidmətləri İdarəsinin tabeliyinə verilməsi haqqında” xx.xx.2016-cı il tarixli Əmrinə əsasən Sosial İnkişaf İdarəsinin tabeliyində olan X2 mövcud təşkilati formada, onlara aid əmlaklarla (əsas vəsaitlərlə) birlikdə 2016-cı il 1 mart tarixindən etibarən İstehsalat Xidmətləri İdarəsinin tabeliyinə verilmişdir. İş materiallarında olan İddiaçı QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2016-cı il tarixli məktubuna əsasən Cavabdeh uzun müddət Cəmiyyətin gəmilərində çalışdığını nəzərə alaraq, Dənizçilərin Səfərlərarası istirahət yataqxanasında müvəqqəti yaşamağına Cəmiyyət tərəfindən etiraz edilmir. İş materiallarında olan İddiaçı QSC-nin “İdarənin X2nda vəziyyətlə bağlı iclasın 01 nömrəli xx.xx.2019-cu il tarixli Protokoluna əsasən Cavabdeh psixoloji vəziyyətinin yoxlanılması üçün həkim psixiatra müraciət edilməsi, Cavabdeh işlədiyi müəssisəyə onun iş vaxtı yataqxanada qalaraq dava-dalaş saldığı barədə məlumat verilməsi qərara alınmışdır. İş üzrə şahid qismində dindirilmiş X10 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, sözügedən yataqxananın müdiridir. Cavabdeh daima dava salır, heç bir etik qaydaları gözləmədən onu və yataqxanada yaşayan digər şəxsləri təhqir edir. Psixoloji durumu qaydasında deyildir. İş üzrə şahid qismində dindirilmiş X9 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, İddiaçı QSC-də matros vəzifəsində işləyir. Cavabdeh yaşadığı yataqxanadan tanıyır. Cavabdeh daima dava salır, heç bir etik qaydaları gözləmədən yataqxanada yaşayan digər şəxsləri söyür və təhqir edir. İş üzrə şahid qismində dindirilmiş X8 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Cavabdeh uzun müddət Cəmiyyətin gəmilərində çalışmış, bu səbəblə ona Dənizçilərin Səfərlərarası istirahət yataqxanasında müvəqqəti yaşamağa icazə verilmişdir. Lakin, Cavabdeh həmin yataqxanadan çıxmır. Bununla yanaşı o, qaldığı müddətdə daima dava salır, heç bir etik qaydaları gözləmədən, yataqxanada yaşayan digər şəxsləri təhqir edir. Psixoloji durumu qaydasında deyil, hər an cinayət törədə bilər. Cavabdeh yataqxana rəhbərliyi tərəfindən otağın xoşluqla boşaldılması üçün edilən tələblərə məhəl qoymur, əksinə özbaşınalıq edir və vəziyyəti gərginləşdirərək nalayiq əməllərindən əl çəkmir. Məhkəmə iddiaçının təqdim etdiyi yataqxana sakinləri tərəfindən imzalanmış aktların surətlərinə qiymət verərək hesab edir ki, AR Mülki Prosessual Məcəlləsinin 89.2-ci maddəsi nəzərə alınmaqla həmin aktlar iş üzrə sübut kimi qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Məhkəmə, İddiaçı QSC-nin İstehsalat Xidmətləri İdarəsi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnu araşdıraraq hesab edir ki, Sosial İnkişaf İdarəsinin tabeliyində olan X1 İddiaçı QSC-nin İstehsalat Xidmətləri İdarəsinin tabeliyində olmasına baxmayaraq, İdarənin əsasnaməsi ilə sözügedən yataqxanadan idarənin istifadəsinə verilmiş əmlakın qorunub saxlanılmasını təmin etmək və təyinatı üzrə istifadə etmək vəzifəsi müəyyən edilmişdir. Odur ki, İddiaçı QSC-nin İstehsalat Xidmətləri İdarəsinin hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23- 6 cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı müvafiq subyektiv hüquqa, yəni Dənizçilərin Səfərlərarası istirahət yataqxanasından cavabdehin çıxarılmasını tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Belə ki, X2 İddiaçı QSC-nin mülkiyyətidir və Cəmiyyətin İddiaçı QSC-nin İstehsalat Xidmətləri İdarəsinin təsərüfat idarəçiliyinə verilmiş və balansında əks olunan Yataqxana barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, fəaliyyətin məqsədlərinə, İddiaçı QSC-nin tapşırıqlarına və əmlakın təyinatına uyğun, yalnız istifadə hüququnu həyata keçirir. Beləliklə, İddiaçı QSCnin İstehsalat Xidmətləri İdarəsinin hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququ yoxdur. Odur ki, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı "İddiaçı" QSC İstehsalat Xidmətləri İdarəsinin Cavabdeh qarşı cavabdehin "Dənizçilərin Səfərlərarası" yataqxanasından çıxarılması barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-745/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-745/2021
18.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver