Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-745/2024 19.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. İddiaçı 2023-cü ilin mart ayının 3-də Turbo.az avtomobil elanları saytında Opel Astra markalı **-GA-*** dövlət qeydiyyat nömrəli avtomobili almaq şərti ilə Cavabdeh Ağalı oğlu adlı şəxsə zəng etmiş və görüşən zaman avtomobilə baxmışdır. Belə razılığa gəlmişdirlər ki, iddiaçı və Cavabdeh Ağalı oğlu ilə tərəflər arasında bağlanmış müqaviləyə əsasən "Opel Astra" markalı **-GA-*** dövlət qeydiyyat nömrəli avtomobili iddiaçıda qalmaq şərti ilə 19 aya gündəlik 15 manat olmaqla icarəyə götürülməsi və öncədən 2 aylıq ödənişi 900 manat pulu cavabdehə ödəmiş və avtomobilin depozit pulu sayılan 5300 manat pul ödəmişdir.
2. Bundan əlavə Cavabdeh iddiaçıdan müqavilənin tərtib edilməsinə görə 200 manat pul istəmiş və iddiaçı vermişdir. Bundan sonra iddiaçı Cavabdeh bildirmişdir ki, "Opel Astra" markalı **-GA-*** dövlət qeydiyyat nömrəli markalı avtomobili sürmək üçün iddiaçıya etibarnamə verilməlidir. Cavabdeh iddiaçıya bildirilmişdir ki, "Opel Astra" markalı **-GA-*** avtomobilin sahibi X1r. Cavabdeh iddiaçıya bildirmişdir ki, avtomobil onundur, sadəcə bibisinin yoldaşının adına keçirtmişdir.
3. Bundan sonra iddiaçı "Opel Astra" markalı **-GA-*** avtomobilin yağını dəyişdirmiş və buna 300 manat pul ödəmişdir. Bundan başqa avtomobil texniki baxışdan keçməmişdir. Bu barədə Cavabdeh ona bildirmişdir ki, 100 manat əlavə versə "Opel Astra" markalı **-GA- *** avtomobili özü texniki baxışdan keçirər sonra ona 100 manatı geri qaytarar. Lakin Cavabdeh nə avtomobili texniki baxışdan keçirtmiş nə də 100 manat pulu geri qaytarmışdır. Bir neçə müddətdən sonra Opel Astra" markalı **-GA-*** avtomobil texniki baxışdan keçmədiyinə görə 65 manat cərimə gəlmiş və iddiaçı cəriməni ödəmişdir. Bundan başqa o, "Opel Astra" markalı **-GA-*** avtomobili bir ay sürdükdə YPX-nin əməkdaşları tərəfindən saxlanılaraq ona verilmiş etibarnamənin ləğv olunduğunu bildirdilər və "Opel Astra" markalı **-GA-*** avtomobili cərimə meydancasına aparıldı. Bu zaman o dərhal Cavabdeh zəng edərək sözügedən məsələni danışmış və Cavabdeh ona maşını cərimə meydancasından çıxaracağını bildirmmişdir. Sonra neçə dəfə zəng etmiş, lakin telefonuna cavab verməmişdir.
4. Bir neçə gündən sonra turbo.az saytında "Opel Astra" markalı 77-GA -109 avtomobili satışa elan kimi yerləşdirildiyini görmüşdür. İddiaçı dərhal Daxili İşlər Nazirliyinə müraciət edərək ərizə yazmış və bildirmişdir ki, onu aldadıblar və pulunun tam geri qaytarılmasını xahiş etmişdir. İddiaçının tələbi:
5. Məhkəmədən 5300 (beş min üç yüz) manat, 900 (doqquz yüz) manat, 200 (iki yüz) manat (müqavilə pulu), 100 (yüz) manat (texniki baxışın pulu) 300 (üç yüz) manat (avtomobilin yağı), 65 (altmış beş) manat (cərimənin pulu), 91 (doxsan bir) manat dövlət rüsumu olmaqla cəmi 6956 (altı min doqquz yüz əlli altı) manat pul vəsaitinin Cavabdeh Ağalı oğlundan tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
6. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
Tərəflərin izahatı:
7. Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bildirmişdir ki, cavabdeh maşını ona satmaq vədi ilə aldatmış, o cavabdehə maşın üçün ümumilikdə 6950 manat pul ödəmişdir, lakin avtomobili təqribən 1 aya yaxın bir müddət sürdükdən sonra adına verilmiş etibarnamənin ləğv edildiyini bilmişdir. İş materiallarına əlavə olunmuş səs və yazışmalarda da bu öz təsdiqini tapmışdır. Ödədədiyi ödənişlərin çeklərinin əksəriyyəti iş materiallarında vardır. Məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir.
8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir.
İş materiallarına əlavə edilmiş sənədlər:
9. Suraxanı RPİ-nin 30-cu PŞ-nin 04 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilmsəi haqqında qərara əsasən, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, vətəndaş İddiaçı mübahisənin mülki mühakimə icraatı qaydasında həlli məqsədi ilə müvafiq məhkəmə orqanına müraciət etməsinin töfsiyə edilməsi qərara alınmışdır.
10. Suraxanı Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli materialın aidiyyəti üzrə göndərilməsi haqqında qərarının ləğv edilməsi barədə qərarına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, mənzil 100 ūnvanında yaşayan X3 xx.xx.2023-cü il tarixdə Suraxanı RPİ-nin 30- cu PŞ-nə müraciət edərək "Turbo.az" avtomobil elanları səhifəsində tanış olduğu Cavabdeh Ağalı oğlu ilə icarə müqaviləsi bağlayaraq gündəlik 15 manat olmaqla Opel Astra markalı, ** CA *** dövlət nömrə nişanlı avtomobili icarəyə götürdüyünü, 2 aylıq ödəniş olaraq ona 900 manat və avtomobilin depoziti sayılan 5500 manat pul verdiyini, lakin avtomobili 1 ay sürdükdən sonra adına verilmiş etibarnamənin ləğv edildiyinin ona məlum olduğunu bildirmişdir.
11. xx.xx.2023-cü il tarixli, 002 nömrəli nəqliyyat vasitələrinin icarə müqaviləsinə əsasən, “Opel Astra” markalı, **-GA-*** dövlət qeydiyyat nömrəli avtonəqliyyatı icarədar icarəyə verir, icarəçi isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul etmişdir. İcarəçi qeyd olunan avtomobili təhvil-təslim aktı əsasında 3300+2000 manat depozit qoymaq şərti ilə 19 ay müddətinə icarəyə alır, icarəçi hər gün 15 manat ödəməklə avtomobili icarəyə götürür.
12. 002 nömrəli təhvil-təslim aktına əsasən, “Opel Astra” markalı, **-GA-*** dövlət qeydiyyat nömrəli avtomobil, avtomobil ilə birlikdə 1 ədəd təkər, 1 ədəd qaldırıcı, 1 ədəd təkər açmaq üçün qaldırıcı icarədar tərəfindən icarəçi İddiaçı təhvil verilmişdir.
13. xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən ,İddiaçı xx.xx.2023-cü il tarixdən etibarən **-GA-*** dövlət qeydiyyat nömrəli avtomobili gündəlik 15 manat ödəməklə 19 ay müddətinə icarəyə götürmüşdür.
14. “eManat” ödəniş terminalı vasitəsilə xx.xx.2023-cü il tarixli, ********** nömrəli əməliyyata əsasən, Cavabdeh “Unibank” Debet katına 1000 manat mədaxil edilmişdir.
15. “eManat” ödəniş terminalı vasitəsilə xx.xx.2023-cü il tarixli, ********** nömrəli əməliyyata əsasən, Cavabdeh “Unibank” Debet katına 200 manat mədaxil edilmişdir.
16. “mpay” ödəniş terminalı vasitəsilə xx.xx.2023-cü il tarixli, ********** nömrəli əməliyyata əsasən, Cavabdeh “Leobank” katına 110 manat mədaxil edilmişdir.
17. “eManat” ödəniş terminalı vasitəsilə xx.xx.2023-cü il tarixli, ********** nömrəli əməliyyata əsasən, Cavabdeh “Unibank” Debet katına 1000 manat mədaxil edilmişdir.
18. “eManat” ödəniş terminalı vasitəsilə xx.xx.2023-cü il tarixli, ********** nömrəli əməliyyata əsasən, Cavabdeh “Unibank” Debet katına 115 manat mədaxil edilmişdir.
19. “eManat” ödəniş terminalı vasitəsilə xx.xx.2023-cü il tarixli, ********** nömrəli əməliyyata əsasən, Cavabdeh “Unibank” Debet katına 100 manat mədaxil edilmişdir.
20. Fotoşəkillərə (“Whatsapp” sosial şəbəkəsi üzərindən aparılmış yazışmalara) əsasən, Cavabdeh ödənişlər ödədiyi müəyyən olunmuşdur.
21. Digər sənədlər.
Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
147. Cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.
242. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir.
Məhkəmənin mövqeyi:
24. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahatını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
25. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, tərəflər arasında yazılı icarə müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd edilənlər məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş “Whatsapp” sosial şəbəkəsi üzərindən aparılmış yazışmalarla da öz təsdiqini tapır.
26. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında razılaşma əsasında bağlanmış icarə müqaviləsinə əsasən, kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Cavabdeh isə tərəflər arasındakı razılaşma əsasında icarə haqqının almasına dair hüququndan istifadə etmiş, lakin həmin icarəçinin istifadə hüquqlarını pozmuş, vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.700.1)
27. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi Cavabdeh 6865 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumuna görə 91 manat məbləğində pul vəsaitinin, ümumilikdə, 6956 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsidir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin 04 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilmsəi haqqında qərarında (§9) və Suraxanı Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli materialın aidiyyəti üzrə göndərilməsi haqqında qərarında (§10) iddiaçı X3 öz izahatında avtomobilin icarəsi üçün 900 manat və avtomobilin depoziti sayılan 5500 manat, ümumilikdə, 6400 manat məbləğində pul verdiyini etiraf etmişdir.Eyni zamanda iddiaçı 1 aya yaxın müddətdə avtomobildən istifadə etdiyini etiraf etmişdir. Qeyd edilənə əsasən, məhkəmə iddiaçının pul tələbini 6865 manat məbləğində deyil, 6400 manat məbləğində ədalətli hesab edərək, iddia tələbinin qismən təmin edilməli olduğunu hesab edir.
28. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6400 manat pul məbləği tutularaq İddiaçı xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
31. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh 6400 (altı min dörd yüz) manat pul məbləği tutularaq İddiaçı ödənilsin.
3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84 (səksən dörd) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin.
4. İddia qalan hissədə təmin edilməsin.
5. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verə bilər.
6. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova