Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-746/2023 16.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 20 sentyabr 2016-cı il tarixdən 13 sentyabr 2022-ci il tarixnə kimi olan dövr üzrə iddiaçının istifadə edilməmiş əmək məzuniyyətinin əvəzi olaraq kompensasiya məbləğinin, həmin kompensasiya məbləğinin iddiaçının sonuncu iş günü ödənilmədiyinə görə 14 sentyabr 2022-ci il tarixdən başlayaraq qətnamə icra olunan tarixədək ödənilməli olan kompensasiya məbləğinin hər gecikdirilmiş gün üçün bir faiz məbləğində ödəncin, dəymiş 1000 manat məbləğində mənəvi zərərin, hüquqi yardıma çəkilmiş 200 manat xərcin və Bakı 9 saylı Mediasiya Təşkilatının hesabına ödənilmiş 50 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, İddiaçı "xxxx" MMC-də işlədiyi 20 oktyabr 2016-cı il – 21 sentyabr 2019-cu il iş dövrü ərzində ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə 21 sentyabr 2019-cu il tarixdən başlayaraq həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, İddiaçı "xxxx" MMC-də işlədiyi 20 oktyabr 2016-cı il – 21 sentyabr 2019-cu il tarixədək olan iş dövrü üçün istifadə etmədiyi məzuniyyətə görə pul əvəzinin və 21 sentyabr 2019-cu il tarixdən başlayaraq həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, İddiaçı Cavabdehndə işlədiyi 01 oktyabr 2019-cu il – 13 sentyabr 2022-ci il iş dövrü ərzində ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə 13 sentyabr 2022-ci il tarixdən başlayaraq həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, İddiaçı Cavabdehndə işlədiyi 01 oktyabr 2019-cu il – 13 sentyabr 2022-ci il iş dövrü üçün istifadə etmədiyi məzuniyyətə görə pul əvəzinin və 13 sentyabr 2022-ci il tarixdən başlayaraq həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, habelə iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pulun, hüquqi yardıma çəkilmiş 200 manat xərcin və Bakı 9 saylı Mediasiya Təşkilatının hesabına ödənilmiş 50 manat mediasiya xərcinin Cavabdehndən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli əmrinə əsasən iddiaçı ilə əmək müqaviləsi bağlanmış, iddiaçı soyuq mişar kəsicisi vəzifəsinə işə qəbul olunmuşdur, ilk olaraq işçinin əmək haqqı 200 manat müəyyən edilmişdir, daha sonra müqaviləyə edilmiş dəyişikliyə əsasən, iddiaçı operator vəzifəsinə keçirilmiş, onun əmək haqqı 300 manat olmuşdur, "xxxx" MMC öhdəliklərini Cavabdeh MMC-yə ötürdükdən sonra iddiaçı tutduğu vəzifədən azad edilmiş, onun əmək müqaviləsinə xitam verilmişdir, Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli əmrinə əsasən, iddiaçı ilə cəmiyyət arasında əmək müqaviləsi bağlanmış, onun əmək haqqı 300 manat müəyyən edilmişdir, daha sonra müqaviləyə edilmiş 30 yanvar 2021-ci il tarixli dəyişikliyə əsasən işçinin maaşı 500 manat, 31 may 2021-ci il tarixli dəyişikliyə əsasən 800 manat olmuşdur, iddiaçı ilə olan əmək müqaviləsinə Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndi ilə xitam verilmişdir, lakin iddiaçının sonuncu iş günü yəni xx.xx.2022-ci il tarixdə onun istifadə edilməmiş məzuniyyət haqqı ödənilməmiş, onun son haqq-hesabı düzgün aparılmamışdır, iddiaçı mübahisə ilə bağlı cavabdehə mediasiya təklifi göndərmiş, lakin cavabdeh tərəfində təklifə müsbət cavab verilməmişdir, bununla bağlı mediasiya arayışı da verilmişdir, iddiaçı tərəfindən mediasiyaya görə 50 manat, habelə hüquqi yardıma görə 200 manat ödəniş edilmişdir. Həmçinin iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında bildirmişdir ki, hazırda tərəflər arasında barışıq əldə olunmamışdır, iş üzrə verilmiş ekspert rəyi ilə razıdırlar, həmin rəydə hər şey qeyd olunmuş, cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş ümumi məbləğ hesablanmışdır, ödənilməmiş gecikdirilmiş məbləğə görə faizlə bağlı olan hissə isə icrada həll olunacaqdır, həmin məbləğin hesablanmasına tərəflər arasındakı əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixdən başlanmalıdır. Sonda Vəkil2 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə etiraz təqdim edərək və ona uyğun izahat verərək bildirmişdir ki, “İddiaçı iddia ərizəsində "xxxx" MMC-nin 18/k saylı xx.xx.2016-cı il tarixli əmrinə əsasən aralarında xx.xx.2016-cı il tarixdə əmək müqaviləsinin bağlanıldığını, həmin əmək müqaviləsinə əsasən onun əmək haqqısı 200 manat olmaqla cəmiyyətin soyuq mişar kəsicisi vəzifəsinə işə qəbul olunduğunu, bundan sonra xx.xx.2016- cı il tarixli əmək müqaviləsinə edilmiş xx.xx.2019-cu il tarixli dəyişikliklərə əsasən onun əmək haqqısı 300 manat olmaqla cəmiyyətin operatoru vəzifəsinə keçirildiyini, "xxxx" MMC öz öhdəliklərini Cavabdeh MMCyə ötürdükdən sonra "xxxx" MMC-nin 1170/k saylı xx.xx.2019-cu il tarixli əmrinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2019-cu il tarixdən iddiaçının tutduğu vəzifədən azad edildiyini və onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini qeyd edir. Diqqətinizə çatdırmağı vacib hesab edirik ki, "xxxx" MMC İddiaçı ilə əmək müqaviləsi bağladığı dövrlərdə ümumiyyətlə Cavabdeh MMC adında qurum dövlət qeydiyyatından keçməmiş və belə bir qurum yaradılmamışdır. Cavabdeh MMC xx.xx.2019-cu il tarixində qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçməklə, xüsusi yaradılmış ayrıca bir qurumdur və "xxxx" MMC ilə heç bir əlaqəsi olmayıbdır. Yəni 2019-cu il tarixində "xxxx" MMC öz öhdəliklərini Cavabdeh MMCyə keçirməmişdir. Cavabdeh MMC həmin dövrdə yeni yaradılmış ayrıca bir qurum olaraq fəaliyyət göstərmişdir. Digər tərəfdən İddiaçı iddia ərizəsində qeyd edir ki, Cavabdeh MMC-nin 18/k saylı, xx.xx.2019-cu il tarixli əmrinə əsasən iddiaçı ilə cəmiyyət arasında xx.xx.2019-cu il tarixində əmək müqaviləsi bağlanmış, həmin əmək müqaviləsinə əsasən iddiaçının əmək haqqısı 300 manat olmaqla cəmiyyətin dəzgahçı vəzifəsinə işə qəbul olunmuş, bundan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə edilmiş xx.xx.2021-ci il tarixli dəyişikliklərə əsasən iddiaçının əmək haqqısı 500 manat və xx.xx.2019-cu il tarixli əmək müqavəsinə edilmiş xx.xx.2021-ci il tarixli dəyişikliklərə əsasən iddiaçının əmək haqısı 800 manat artırılmışdır. Cavabdeh MMC-nin 167/6 saylı xx.xx.2022-ci il tarixli əmrinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən iddiaçı tutduğu vəzifədən azad edilməklə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, Cavabdeh MMC iddiaçının sonunçu iş günü yəni xx.xx.2022-ci il tarixdə xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək olan dövr üzrə iddiaçının istifadə edilməmiş məzuniyyət haqqısını hesablamamış və həmin məbləği iddiaçıya ödəməmişdir. Bununla bağlı bildiririk ki, İddiaçı Cavabdeh MMC ilə xx.xx.2019-cu il tarixində əmək müqaviləsi bağlamış və həmin əmək müqaviləsinə əsasən onun ilkin olaraq əmək haqqısı 300 manat məbləğində müəyyən edilmiş və MMC-də xx.xx.2019-cu il tarixindən dəzgahçı vəzifəsinə işə qəbul edilmişdir və onun məzuniyyət üzrə iş ilini xx.xx.2019 – xx.xx.2020-ci ildən ibarət dövr əhatə etmişdir və əsas məzuniyyətinin müddəti 21 təqvim günü müəyyən edilmişdir. Belə ki, İddiaçı Cavabdeh MMC-də dəzgahçı vəzifəsində işlədiyi dövrdə onun tərəfindən xx.xx.2022-ci il tarixində Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, onun tərəfindən xx.xx.2019 – xx.xx.2020- ci il tarixləri üzrə dövrü əhatə edən iş ili üçün istifadə etmədiyi 21 təqvim günü üçün ona əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsini xahiş etmiş və MMC-nin 12-m nömrəli xx.xx.2022-ci il tarixli əmrinə əsasən iddiaçıya 528,15 manat məbləğində məzuniyyət haqqı ödənilmişdir. Göründüyü kimi Cavabdeh MMC tərəfindən Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən yuxarıda qeyd olunan iş ili üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə İddiaçı 528,15 manat məbləğində kompensasiya ödənilmişdir. Belə ki, Əmək Məcəlləsinin 135-ci maddəsinin 2ci bəndinin məzmununda qeyd edilmişdir ki, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Bundan sonra İddiaçı Cavabdeh MMC-də dəzgahçı olaraq işlədiyi dövrdə, yəni xx.xx.2022-ci il tarixində MMC-yə ərizə ilə müracət edərək, xx.xx.2022-ci il tarixindən ona ödənişsiz məzuniyyət verilməsini xahiş etmiş və MMC-nin 102/1 xx.xx.2022- ci il tarixli əmrinə əsasən iddiaçıya xx.xx.2021-xx.xx.2022-ci il tarixləri dövrünü əhatə edən iş ili üçün xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 2 təqvim ayı müddətində ödənişsiz məzuniyyət verilmiş və onun işə başlayacağı tarix xx.xx.2022-ci il müəyyən edilmişdir. Beləliklə göründüyü kimi İddiaçı xx.xx.2022-ci il tarixindən öz ərizəsinə əsasən 2 təqvim ayı müddətində ödənişsiz məzuniyyətə çıxmış və xx.xx.2022-ci il tarixində işə başlayacağı təqdirdə iddiaçı heç bir üzürlü səbəb göstərmədən, dəfələrlə çağırılmağına baxmayaraq 2022-ci ilin sentyabr ayının 12-nə qədər işə gəlməmiş və nəticədə Cavabdeh MMC tərəfindən iddiaçıya 443/M nömrəli xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu yazılmaqla bildirilmişdir ki, işə gəlməməyinizin səbəbini 2 iş günü ərzində bildirməyinizi xahiş edirik. Əks halda iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam veriləcəkdir. Bundan sonra İddiaçı xx.xx.2022-ci il tarixində Cavabdeh MMC-yə gələrək, öz ərizəsi əsasında MMC-dən xx.xx.2022-ci il tarixində işdən azad edilmiş və MMC-nin 167 nömrəli xx.xx.2022-ci il tarixli əmrinə əsasən MMC ilə aralarında bağlanılmış müqaviləyə xitam verilmiş və iddiaçıya xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş məzuniyyət haqqı olaraq, son haqq-hesab olan 673,17 manat məbləğində pul iddaçı İddiaçı ödənilmişdir. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndindən görünür ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qeyd edirik ki, göründüyü kimi Cavabdeh MMC tərəfindən İddiaçı istifadə etmədiyi məzuniyyət günləri üçün məzuniyyət haqqı ödənilmiş və iddiaçı işdən azad edilən zaman onunla qanunvericiliyin tələblərinə uyğun olaraq son haqq-hesab aparılmış və qalan məbləğ MMC tərəfindən iddiaçıya son haqq-hesab zamanı ödənilmişdir. Eyni zamanda qeyd edirik ki, istifadə edilməmiş əmək məzuniyyətinin əvəzi olaraq kompensasiya məbləğinin, həmin kompensasiya məbləğinin iddiaçının sonuncu iş günü ödənilmədiyinə görə xx.xx.2022-ci il tarixdən başlayaraq qətnamə icra olunan tarixədək ödənilməli olan kompensasiya məbləğinin hər gecikdirilmiş gün üçün bir faiz məbləğində ödəncin iddiaçıya ödənilməsi hissəsində iddia ərizəsi əsassızdır və qanunvericiliyin tələblərinə əsasəndə ziddir. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində göstərilmişdir ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Hazırki mübahisədən isə görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı istifadə etmədiyi məzuniyyət günləri üçün məzuniyyət haqqı ödənilmiş, iddiaçı MMC-dən işdən azad edilən zaman onunla son haqq-hesab aparılmış və MMC-nin iddiaçıya istifadə etmədiyi məzuniyyət günlərinin əvəzi olaraq ödənilməmiş kompensasiya məbləği qalmamışdır. Belə olan halda da görünür ki, işəgötürən tərəfindən əmək haqqının ödənilməsində gecikdirilmə halları olmamış və nəticədə MMC tərəfindən iddiaçıya hər gecikdirilmiş gün üçün bir faiz məbləğində ödəncin ödənilməsindən söhbət gedə bilməz. Bundan əlavə iddiaçının iddia tələbinin “cavabdeh tərəfindən ona dəymiş 1.000 (bir min) manat məbləğində mənəvi zərərin tutulması” hissəsi ilə əlaqədar isə qeyd edir ki, bu hissədə də iddia tələbi əsassızdır, belə ki, yuxarıda qeyd olunan hallardan görünür ki, MMC tərəfindən iddiaçıya hər hansı mənəvi ziyan dəyməmişdir, ona görə ki, işçi işdən öz ərizəsinə əsasən azad edilən zaman onunla bütün son haqq-hesab aparılmış, istifadə etmədiyi məzuniyyət günləri üçün məzuniyyət haqqı iddiaçıya ödənilmişdir. Qeyd olunanlara əsasən hesab edirik ki, iddiaçının iddia ərizəsinin dəlilləri əsassız hesab edilərək, İddiaçı iddiası təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən görünür ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyasın 26-cı maddəsinə görə də hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən də bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, İş materiallarından görünür ki, Cavabdeh MMC xx.xx.2019-cu ildə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Cavabdeh MMC və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı xx.xx.2019-cu il tarixdə dəzgahçı vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 4.1-ci bəndinə görə işçiyə hər ay 300 manat məbləğdə əmək haqqı ödənilir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə 05 yanvar 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, tərəflər xx.xx.2021-ci il tarixdən dəzgahçı vəzifəsində işləyən işçi İddiaçı vəzifə maaşının 500 manat məbləğində müəyyən edilməsi barədə razılaşmışdırlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı xx.xx.2019-xx.xx.2020-ci il tarixi dövrü üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh 06 iyun 2022-ci il tarixli 12-m №-li Əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2019-xx.xx.2020-ci il tarixi dövrünü əhatə edən iş ili üçün istifadə etmədiyi 21 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Cavabdeh məzuniyyətin hesablanması barədə çıxarışın surətindən görünür ki, İddiaçı ödənilən məbləğ 528,15 manatdır. İş materiallarında olan “Rabitəbank” hesabdan çıxarış məlumatlarından görünür ki, may 2022-ci il üzrə 791,13 manat əmək haqqı ödənilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdehnə xx.xx.2022-ci il tarixə ərizə ünvanlanaraq xx.xx.2022-ci il tarixdən onu ödənişsiz məzuniyyətə çıxarılması xahiş edilmişdir. İş materiallarında olan Cavabdeh 21 iyun 2022-ci il tarixli 102/1 №-li Əmrindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 2 təqvim ayı müddətində ödənişsiz məzuniyyət verilməsi əmr edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli məktub ünvanlanaraq, xx.xx.2022-ci il tarixdən heç bir üzürlü səbəb göstərmədən dəfələrlə çağırılmağa baxmayaraq işə çıxmamasının səbəbini 2 iş günü ərzində bildirməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı Cavabdehnə müraciət edərək, xx.xx.2022-ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 167 №-li əmrindən görünür ki, İddiaçı əmək müqaviləsinə AR ƏM-nin 68.2 nömrəli maddəsinin “a” tərəflərdən birinin təşəbbüsü bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilməsi, işçinin xx.xx.2019 tarixdən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş 41 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi baş mühasib K.Qəribovaya həvalə edilməsi əmr edilmişdir. İddiaçı əmr ilə tanış olmuşdur. İş materiallarında olan “Əmək müqaviləsinə xitam verilməsi” ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə AR ƏM-nin 68.2 nömrəli maddəsinin “a” tərəflərdən birinin təşəbbüsü bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan “Son haqq hesab sənədindən görünür ki, İddiaçı hehsablanmış məzuniyyət haqqı 753.3424 manat, ödəniləcək məbləğ 673.1724 manatdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı ******* saylı əmək kitabçasını almışdır, bu barədə etirazı yoxdur. İş materiallarında olan İddiaçı Sosial arayışından görünür ki, onun Cavabdehndə olan əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə qüvvədən düşmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Rabitəbank” ödəniş tapşırığından görünür ki, ödənilən son haqq-hesab məbləği 673.17 manatdır. İş materiallarında olan Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2022ci il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçının nümayəndəsi iştirak edərək, 50 manat xərci ödəmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2023-cü il tarixli 9/713 saylı ekspert rəyindən görünür ki, İddiaçı 01 oktyabr 2019-cu il tarixdən 13 sentyabr 2022-ci il tarixədək Cavabdehndə işlədiyi müddətdə Azərbaycan Respublikasının qanun və qaydalarına əsasən, əlavə olaraq hesablanmalı ümumi 2610,66 manat hesablanmış məbləğ olmaqla 1751,88 manat əmək haqqı, 214,62 manat məzuniyyət haqqları və 644,16 manat son haqq-hesab təşkil etdiyi müəyyən edilir. Həmin Rəyə əlavə edilmiş ekspertiza keçirilməsinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 150 manatdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinə əsasən, işçi İddiaçı xx.xx.2019-cu il tarixdən cavabdeh təşkilatda dəzgahçı vəzifəsinə işə qəbul edilmişdir, xx.xx.2022-ci il tarixdə İddiaçı Cavabdehnə müraciət edərək, xx.xx.2022-ci il tarixdən işdən azad edilməsini xahiş etmiş, sonuncunun əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 167 №-li əmri ilə işçinin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” - tərəflərdən birinin təşəbbüsü - bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilməsi, işçinin xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş 41 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi baş mühasib K.Qəribovaya həvalə edilməsi əmr edilmişdir, İddiaçı əmr ilə tanış olmuş, əmək kitabçasını almışdır, iddiaçıya xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək əmək haqqı üzrə 17990,91 manat hesablanmalı olduğu halda 16239,03 manat, istifadə edilməmiş məzuniyyətə görə 742,77 manat pul əvəzi hesablanmalı olduğu halda 528,15 manat, son haqq-hesab və qalıq məzuniyyət günləri üzrə 1397,50 manat hesablanmalı olduğu halda 753,34 manat hesablanmışdır, nəticədə əmək haqqı üzrə yaranmış fərq 1751,88 manat, istifadə edilməmiş məzuniyyətə görə yaranmış fərq 214,62 manat, son haqq-hesab üzrə yaranmış fərq 644,16 manat təşkil edir. Bununla belə, cavabdeh tərəfindən əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində iddiaçıya ödənilməli olan əmək haqqının ödənilməsinə və iddiaçının son haqq-hesabının aparılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə iddia tələbinin “gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin” ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, qanunvericiliklə əlavə ödəncin verilməsi müəyyən edilməklə işçinin əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir ki, bu göstərilən qayda da işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. İşçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi isə iki şərtdən asılı edilmişdir: belə ki, ilk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir ki, hazırki iş üzrə də məhkəmə tərəfindən hər iki halın mövcud olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən ödənilməmiş əmək haqqına görə onun işdən çıxdığı xx.xx.2022-ci il tarixdən hesablanmaqla gecikdirilmiş hər gün üçün 1 % hesablanmaqla ödənc ödənilməlidir. Məhkəmə, iddia tələbinin “mənəvi zərər məbləği” hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin hüquqa zidd əməli nəticəsində İddiaçıya vurulmuş ziyanın aradan qaldırılması və iddiaçının öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən, mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməli və həmin məbləğ İddiaçı dəymiş mənəvi zərərin əvəzi 200 manat həddində qiymətləndirilməlidir. Məhkəmə, iddia tələbinin “hüquqi yardıma görə ödənilmiş 200 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmaldır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 200 manat pul məbləğini, hazırki iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün sayır. Məhkəmə, ekspert rəyini digər sübutlarla birgə qiymətləndirərək hesab edir ki, ekspert rəyi sübut kimi qəbul olunmalı və işçiyə ödənilməmiş əmək haqqı və digər ödənişlər ekspertin gəldiyi nəticəyə müvafiq olaraq hesablanmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcələnin 3-cü madəsinin 4-1-ci hissəsinə əsasən, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcəllənin 69-cu maddəsinin 2-ci hissəsinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 131-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Həmin Məcəllənin 135-ci maddəsinin 2-ci hissəsinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 139-cu maddəsinin 2-ci hissəsinə əsasən, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 143-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Həmin Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Maddənin “Qeyd” hissəsinə əsasən, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Həmin Məcəllənin 196-cı maddəsinin 5-ci hissəsinə əsasən, işçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən, bu Məcəllə ilə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi və s. məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Həmin Məcəllənin 290-cı maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 290-cı maddəsinin qeyd hissəsinə əsasən, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Həmin Məcəllənin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli Qərarına əsasən, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Həmin Qərarda formalaşdırılan hüquqi mövqeyə görə, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Avropa Məhkəməsi “Maksimov Rusiyaya qarşı” iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında formalaşdırdığı presedentə görə, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən 1751,88 manat əmək haqqı, 214,60 manat məzuniyyət haqqı, son haqq hesab məbləği 644,16 manat olmaqla cəmi 2610,66 manat, ödənilməmiş əmək haqqına görə xx.xx.2022-ci il tarixdən gecikdirilmiş hər gün üçün 1% məbləğində ödənc hesablanmaqla, vurulmuş mənəvi zərərə görə 200 manat, hüquqi yardıma görə ödənilmiş 200 manat alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, hazırki tələb üzrə iddiaçı dövlət rüsumu ödənilməsindən azad olduğundan və cavabdeh tərəfindən dövlət rüsumunun ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, təmin edilmiş iddianın məbləği nəzərə alınmaqla, 50,60 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə, ekspertizası tədqiqatının dəyərini təşkil edən 150 manat cavabdehdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməldir. Məhkəmə hesab edir ki, cavabdeh ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyindən iddiaçı tərəfindən mediasiya ilə bağlı ödənilmiş 50 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 1751,88 manat əmək haqqı, 214,60 manat məzuniyyət haqqı, 644,16 manat son haqq-hesab məbləği olmaqla, cəmi 2610 (iki min altı yüz on) manat 66 (altmış altı) qəpik pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh MMC-dən ödənilməmiş əmək haqqına görə xx.xx.2022-ci il tarixdən gecikdirilmiş hər gün üçün 1% məbləğində ödənc hesablanmaqla ödənilsin. Cavabdeh MMC-dən vurulmuş mənəvi zərərə görə 200 (iki yüz) manat, hüquqi yardıma görə ödənilmiş 200 (iki yüz) manat və mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh MMC-dən məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 150 (yüz əlli) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Cavabdeh MMC-dən 50 (əlli) manat 60 (altmış) qəpik dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-746/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-746/2023
16.06.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver