Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7499/2025 24.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın məyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə məxsus “yaşayış sahəsinin mülkiyyətinə verilməsinə dair” xx.xx.1977-ci il tarixli, 174599 saylı orderin ərizəçi X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi daha sonra ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə məxsus “yaşayış sahəsinin mülkiyyətinə verilməsinə dair” 1977-ci il tarixli, 174599 saylı orderin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi uzun illərdir ünvan 1 ünvanında yaşayıram. Bu mənzil ona keçmişdə - hələ Azərbaycan SSR dövründə - X6 İcra Komitəsinin xx.xx.1977-ci il tarixli 6/9a saylı qərarı əsasında verilmişdir. Mənzilə dair xx.xx.1977-ci il tarixli, 174599 saylı order ona təqdim olunmuşdur. Lakin həmin orderdə ərizəçinin ata adı səhv göstərilmiş, “Şəmsəddin” əvəzinə “Şaxməddin” yazılmışdır. Bu texniki səhv sonradan ciddi hüquqi problemlərə səbəb olmuşdur. Belə ki, ərizəçi bu mənzili özəlləşdirmək, adına rəsmiləşdirmək və ona dair dövlət qeydiyyat şəhadətnaməsi almaq istədikdə və digər hərəkətlər etmək istədikdə aidiyyəti dövlət orqanları bu orderdəki uyğunsuzluğu əsas gətirərək sənədlərin rəsmiləşdirilməsindən imtina etmişdir. Bütün cəhdlərimə baxmayaraq, bu texniki yanlışlıq inzibati qaydada aradan qaldırılmamış, ata adı ilə bağlı olan bu yanlışlıq ərizəçinin mülkiyyət hüquqlarının təmin olunmasına əngəl olmuşdur. Orderin surətini də hazırki ərizəyə əlavə edir. Əlavə olaraq bildirmək istəyir ki, ərizəçinin doğum şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi, hərbi bileti və.s digər sənədlərdə ata adı “Şəmsəddin” kimi göstərilmişdir. Eyni zamanda, ailə üzvləri və digər rəsmi sənədlərdə də bu ad istifadə olunur. Sözügedən sənədlərin surətini də hazırki ərizəyə əlavə edir. Qeyd edir ki, hazırki məsələ ilə bağlı ərizəçi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Xətai Rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinə və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müraciətinə verilmiş cavab məktublarını hazırki ərizəsinə əlavə edir. Qeyd edir ki, bugünki günədək Xətai Rayon İcra Hakimiyyətindən müraciətinə heç bir cavab verilməmişdir. Müraciəti və müraciətin göndərilməsini təsdiq edən poçt qəbzini hazırki ərizəsinə əlavə edir. Tərəflərin izahatları: Ərizəçinin nümayəndəsi X7 məhkəmə iclasında izahatında bildirmişdir ki, tərəflərindən aparılan araşdırmalar nəticəsində sübutlardan da görünür ki, 1989-cu il tarixli qərarda ad və soyad sadəcə səhv yazılmışdır, onlar tərəfindən aidiyyatı qurumlara sorğular göndərilmişdir. Torpaq sahəsinə aid sənədlər, orderin əsli məhkəməyə təqdim edilmişdir. Orada atasının adı və soyadı, ata adı düzgün yazılmışdır. Məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxslər Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.1977-ci il tarixli, 174599 nömrəli orderdən görünür ki, ünvan 2 ünvanında yerləşən 100 nömrəli Ərizəçi Şahməddin oğluna verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1944-cü ildə anadan olmuşdur, atası X1, anası X8r. AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1944-cü ildə Qəbələ rayonunda anadan olmuşdur, yaşayış yeri ünvan 3 ünvanıdır. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X9 xx.xx.1979-cu ildə rəsmi olaraq nikaha daxil olmuşlar, nikaha daxil olduqdan sonra ərə Sadıkov, arvada Sadıkova soyadı verilmişdir. Ərizəçinin müraciətinə cavab olaraq verilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 3 saylı evin, 100 saylı mənzilinə dair verilmiş 174599 saylı, 1977-ci il tarixli orderdə mənzil sahibinin ata adı Şahməddin (Ərizəçi Şahməddin oğlu) qeyd olunmuşdur. Odur ki, ata adı ilə bağlı uyğunsuzluq aradan qaldırıldıqdan sonra müvafiq mənzilə dair hüquqmüəyyəneaici sənədiərin əsiiiəri iiə “ASAN xidmət” mərkəzlərinə müraciət ediləcəyi təqdirdə ərizəyə qanunamüvafiq qaydada baxılacaqdır. Ərizəçinin müraciətinə cavab olaraq bildirilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2025-ci il tarixli məktubunda görünür ki, xx.xx.1977-ci il tarixli 174599 saylı orderin məhz ərizəçiyə aid olmasına dair təsdiqedici sənəd təqdim ediləcəyi təqdirdə məsələyə yenidən baxıla bilər. Ərizəçinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ərizəçi xx.xx.1977-ci il tarixli 174599 saylı orderin ona aid olduğunu rəsmi şəkildə tanınması və bu barədə təsdiqedici arayışın və ya məktubun verilməsinə dair məktubun verilməsi barədə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmiş, buna dair poçt qəbzini də ərizəsinə əlavə etmişdir. C seriyalı 601034 nömrəli diplomun surətindən görünür ki, X5 Bakı Rabitə Elektrotexnikumunun poçt rabitəsi ixtisasını bitimişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Mülki işin materiallarından görünür ki, qeyd edilən faktın müəyyən edilməsi ərizəçi üçün hüquqi əhəmiyyətə malkidir, lakin ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Buna görə də ərizəçi haqlı olaraq mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilən müddəalara əsasən hüquqi əhəmiyyəti olan faktların məhkəmə tərəfindən müəyyən edilməsi üçün əsasən 2 şərt tələb olunur: birincisi, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi onu irəli sürən şəxs üçün hüquqi nəticələr yaratmış olsun, yəni şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi ilə nəticələnsin, ikincisi, tələbi irəli sürən şəxsin hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini məhkəmədən kənar başqa qaydada əldə edə bilməsin (yaxud hüquqi əhəmiyyəti olan faktla bağlı müvafiq sənədi başqa qaydada ala bilməsin). Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi 1944-cü il tarixdə anadan olmuş, ata adı Şəmsəddindir. xx.xx.1977-ci il tarixli 174599 saylı orderdə Ərizəçi ata adında yanlışlığa yol verilərək “Şahməddin” (Şaxmeddin) qeyd olunmuşdur. Bu hal ərizəçinin hüquqlarının həyata keçirilməsinə maneə yaratdığından məhkəmə hesab edir ki, ərizəçi ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır və həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən ərizə təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, ev 3, 100 nömrəli mənzilə dair verilmiş xx.xx.1977-ci il tarixli, 174599 saylı orderin Ərizəçi məxsus olmasına dair hüquqi fakt müəyyən edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki,göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, ev 3, 100 nömrəli mənzilə dair verilmiş 1977-ci il tarixli, 174599 saylı orderin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-7499/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7499/2025
24.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver