Məhkəmə qərarları › İş №2(011)-751/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-751/2023

13.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-751/2023 13.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçi Məmmədli oğlunun iştirakı ilə Ərizəçi Məmmədli oğlunun – hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi Məmmədli oğlu X3nun xx.xx.1951-ci il tarixində Ermənistan Respublikası, Krasnoselo rayonunda doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi; Doğum haqqında akt qeydində soyad qrafasında “Həsənov”, adı qrafasında “Müslüm”, ata adı qrafasında “Məmmədəli” doğum tarixi “xx.xx.1951-ci il”, doğulduğu yer ‘Ermənistan Respublikası, Krasnoselo rayonu", ata qrafasında “X7, ana qrafasında “X12”, milliyəti “azərbaycanlı” qeyd edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşım X6 15 fevral 1951-ci il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonunda anadan olmuşdur. Həmin vaxt doğum haqqında şəhadətnamə verilmişdir. X3 Ermənistan Respublikası qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnaməni naməlum şəraitdə itirmişdir. Hal-hazırda X17 oğlunun doğum haqqında şəhadətnaməsinin olmaması ona problemlər yaradır, nə vərəsəlik eləcə də hər hansı bir sənədləşmə işi aparılarkən onun doğumu şəhadətnaməsi tələb olunur. Lakin doğum haqqında şəhadətnaməsi itdiyi üçün təqdim edə bilmir. Belə olduğu təqdirdə doğum haqqında şəhadətnaməyə ehtiyac vardır. X3 16 oktyabr 1982-ci ildə X9 ilə rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında şəhadətnamə təqdim edilmişdir. Bundan başqa, xx.xx.2014-cü ildə ölmüş olan X2 hissəsində qardaşı X1 olduğu kimi öz əksini tapmışdır və övladları yoxdur.Tərəfindən doğum haqqında şəhadətnamənin bərpa edilməsi məqsədilə Sabunçu Rayon Qeydiyyat şöbəsinə müraciət olunub. Müraciətinə cavabolaraq, 18 noyabr 2022-ci il tarixli, xx/xx-3078 saylı məktub ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001 -ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən" Əsas müddəalar müvafiq qaydada əsaslar olmadığından X3nun doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün olmadığı bildirilmişdir. Doğum haqqında akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında akt qeydi bərpa olunaraq, doğum haqqında şəhadətnamə ilə təmin olunacağı ona bildirilmişdir. Ərizəçi Məmmədli oğlu məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, 05121568 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X6 (ərizəçinin qardaşı) xx.xx.1951-ci il tarixdə Ermənistan, Krasnoselsk rayonundan doğulmuşdur. İş materiallarında olan İll-СЛ seriyalı, 486096 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Məmmədli oğlu (ərizəçi) xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonunda anadan olmuş, şəhadətnamənin ata qrafasında X10, ana qrafasında X12 qeyd edilmişdir. İş materiallarından görünür ki, X6 ilə X8 xx.xx.1982-ci il tarixdə nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra ərə “Həsənov”, arvada “Həsənova” soyadı verilmişdir. İşdə olan AZ-İİ seriyalı, 299351 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 (ərizəçinin qardaşı) xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İşdə olan AZ-İ seriyalı, 657043 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 (ərizəçinin qardaşının arvadı) xx.xx.2014-cü il tarixdə Bakı şəhərində ölmüşdür. İşdə olan AZ-İ seriyalı, 196097 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 (ərizəçinin atası) xx.xx.2006-cı il tarixdə Bakı şəhərində ölmüşdür. İşdə olan AZ-İ seriyalı, 373454 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 (ərizəçinin anası) xx.xx.2009-cu il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi Məmmədli oğluna ünvanlanmış 18 noyabr 2022-ci il tarixli, xx/xx-3078 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş 1-ci bəndində “Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadığı ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. İş üzrə şahid qismində dindirilmiş X13 məhkəmədə ifadə verərək bildirdi ki, ərizəçinin əminə vəsidir.Anası Cavahir, atası Məhəmmədli kişi, babası Əmrah kişi, nənəsi Xanım arvad. 3 qardaş 1 bacıdılar. Müslüm rəhmətə gedib.Qardaşları Müseyib, Musa, bacılar Çəməndir. Müslüm 1951-ci il təvəllüdlüdür.Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmişdir. İş üzrə şahid qismində dindirilmiş X11 məhkəmədə ifadə verərək bildirdi ki, Müslüm doğma qardaşıdır. 1951-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselsk rayonunda anadan olmuşdur.Zabrat qəsəbəsində yaşayırdır. xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X4 xx.xx.1951ci il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olması, milliyyətinin Azərbaycanlı olması, atasının X10, anasının isə X12 olması tam sübuta yetirildi. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Göründüyü kimi, doğum faktını təsdiq edən həkim şəhadətnaməsi olmadıqda, doğum faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona doğum haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi doğum faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, X4 doğum faktının müəyyən edilməsinin vərəsəlik eləcə də, hər hansı bir sənədləşmə aparılmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin X4 adına doğum qeydə alınmasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, doğum faktını qeydə almalı olan yeganə orqan qeydiyyat şöbəsi doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X4 doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin X4 doğum faktını qeydə almaqdan imtina etməsi nəticəsində ərizəçi öz qardaşının adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 xx.xx.1951-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olması, milliyyətinin Azərbaycanlı olması, atasının X10, anasının isə X12 olması ərizəçinin izahatı ilə, şahid ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. X4 15 fevral 1951-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olması, milliyyətinin Azərbaycanlı olması, atasının X7, anasının isə X12 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar