Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-755/2024 23.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın məyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X10 ilə iddiaçının əri olan X4 eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhər X7 İcraiyyə Komitəsinin 6/265 nömrəli xx.xx.1990-cı il tarixli qərarı ilə təsdiq edilmiş 203№-li Bağ Tikinti Kooperativinin üzvlərinin siyahısının 40-cı bəndinin və Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X8 bağlar sahəsindəki 203№-li Kooperativinin 40№-li orderinin X6 məxsus olması faktının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizədə göstərilən xüsusatlara uyğun izahat verərək bildirmişdir ki, Ərizəçi mərhum həyat yoldaşı X12 xx.xx.1942-ci ildə Tovuz rayonunun Əsrik Cırdaxan kəndində doğulmuşdur. Ərizəçi X12 ilə xx.xx.1974-cü ildə nikaha daxil olumuş və nikahdan sonra Məmmədova soyadını götürmüşdür. X12 Azərbaycan SSR Daxili İşlər Nazirliyinin 32578 nömrəli, 21.07. 1989-cu il tarixli Əmrinə əsasən Əmək veteranı medalı ilə təltif edilmişdir. X1 Azərbaycan SSR Daxili İşlər Nazirliyinin və müstəqillik əldə edildikdən sonra isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində xidmət etmişdr. Bakı şəhər X7 İcrayyə Komitəsinin 6/265 nömrəli, xx.xx.1990-cı il tarixli qərarına əsasən əlli üzvdən ibarət 203№-li Bağ Tikinti Kooperativinin tərkibi təsdiq edilmiş və həmin Ləhiş 203№-li Bağ Tikinti Kooperativi üzvlərinin siyahısının 40-cı bəndində ünvan 1 ünvanında qeydiyyatda olan əmək veteranı X5 bağ sahəsi ayrılması qərara alınmışdır. Adiçəkilən qərar əsasında Baki şəhər İcrayyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X8 bağlar sahəsindəki 203№-li Kooperativinin 40№-li orderindən görünür ki, adiçəkilən kooperativin nəzdində 0.12 ha torpaq sahəsi olan 1465 №li bağ sahəsi X5 ayrılmışdır. X12 xx.xx.2019cu il tarixdə ölmüşdür. Həmin şəxsin qanun üzrə vərəsəsi kimi 2023-cü ilin yanvar ayında Ərizəçi tərəfindən vərəsəlik işi açılması üçün 2 saylı Bakı ASAN xidmət mərkəzində Notariat ofisinə müraciət edilmişdir. Həmin müraciət əsasında başlanmış vərəsəlik işi ilə X4 miras əmlakına Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən torpaq sahəsinin daxil olması müəyyən edilmişdir. Adiçəkilən Notariat ofisinin xx.xx.2023cü il tarixli, 101 №-li məktubu əsasında AR ƏMDK yanında DƏDRX nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edilərək X6 məxsus torpaq sahəsinə dair Çixarişın verilməsi xahiş edilmişdir. Eyni zamanda ərizəçi tərəfindən adiçəkilən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alnması ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh inbzibati orqana müraciət edilmişdir. Həmin müraciətə maraqlı şəxs tərəfindən baxılmış və xx.xx.2023-cü il tarixli, 321-330/2 6726 **********000726№-li daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş tərtib olunmuşdur. Həmin bildirişdə imtnaya səbəb kimi hüquq sahibinin adı ilə (yəni X10) ilə xx.xx.2023-cü il tarixli 101№-li Notariat ofisinin məktubunda göstərilən mirasqoyanın adı arasında uyğunsuzluğun mövcud olması qeyd edilmişdir. Ərizəyə əlavə olunan X4 doğum haqqında şəhadətnamə, nikahın bağlanması haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsinin surəti, ölüm haqqında şəhadətnamə, Bakı şəhər XDS İK-nin qərarı, orderin surəti, işlədiyi orqanlar tərəfindən verilmiş vəsiqələrin surətlərindən görünür ki, ərizəçinin ərinin adi yalnız əmək veteranı medalının verilməsinə dair vəsiqə, eləcə də Ədliyyə Nazirliyinin Məhkəmə Qararlarının İcrası Baş İdarəsinin 50/339 №-li pensiya təyin olunmusı barədə vəsiqəsində, həmçinin Bakı şəhər XDS İK-nin qərarı və orderində "Neymət” kimi qeyd olunmuş, digər sənədlərdə isə Nemət kimi əks olunmuşdur, Maraqlı şəxs hesab edir ki, X10 ilə X12 fərqli insanlardır, lakin nəzərə almaq lazımdır ki, ərizəçiyə bağ sahəsi əmək veteranı olduğuna görə ayrılmışdır. Onun əmək veteranı olmasını təsdiq edən vəsiqədə adının Neymət kimi qeyd olunduğundan bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici səndələrdə məntiqi olaraq adı ad qrafasında Neymət qeyd olunmuşdur. Təqdim olunan sənədlərdən də görünür ki, Bakı şəhəri XDS İK-nın Qərarında qeyd olunan X10 ilə ərizəçinin əri olan X12 eyni şəxslər olmuşdur. Hazırda Bakı şəhər X7 İcraiyyə Komitəsinin 6/265 nömrəli xx.xx.1990-cı il tarixli qərarı ilə təsdiq edilmiş 203№-li Bağ Tikinti Kooperativinin üzvlərinin siyahısının 40-cı bəndinin və Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X8 bağlar sahəsindəki 203№-li Kooperativinin 40№-li orderinin X6 məxsus olması faktının tanınması zərurəti yaranmışdır ki, bu faktın tanınması ilə bağlı da məhkəməyə müraciət etmişdir. Sonda Vəkil ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin və vəkilinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1465 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ərizəyə tərəflərindən baxılmış, müraciətlə bağlı olaraq bildirilmişdir ki, torpaq sahəsinin nömrəsi bağlar təsərrüfatı kooperativinin sxematik xəritəsində öz əksini tapmamış, həmçinin təqdim edilmiş sənədlərdə qeyd olunan hüquq sahibinin adı ilə xx.xx.2023-cü il tarixli, 101 nömrəli notariat ofisinin məktubunda göstərilən miras qoyan hüquq sahibinin adı arasında uyğunsuzluq mövcuddur, bundan əlavə, təqdim edilmiş orderin nüsxəsi idarənin arxivində mövcud deyil, həmçinin torpaq sahəsi sənəd üzrə 1200kv.m qeyd olunsa da, faktiki olaraq 1138 kv.m təşkil edir, qeyd olunanlara əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İş materiallarında olan Bakı şəhəri X7 İcraiyyə Komitəsinin 6/265 saylı xx.xx.1990-cı il tarixli qərarının təsdiq olunmuş (Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ASAN 5) surətindən görünür ki, Ləhiş massivində 203 saylı bağ-tikinti kooperativinin üzvlərinin siyahısının 40-cı sırasında ünvan 5 ünvanda yaşayan əmək veteranı X10 qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və X8 bağlar sahəsindəki 203 №-li kooperativə dair 40№-li Orderin surətindən görünür ki, vətəndaş X5 Bakı şəhər İcraiyyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli 6/265№-li qərarına əsasən ona Ləhiş bağlar sahəsində 203 BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 1465№-li bağ ayrılıb. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi tərəfindən xx.xx.1984-cü il tarixdə verilmiş 56/339 saylı vəsiqənin surətindən görünür ki, X5 xx.xx.1993-cü il tarixdən xidməti ilinə görə pensiya təyin olunmuşdur. İş materiallarında olan Azərbaycan SSR DİN-nin AB№ 04778 Xidməti vəsiqəsinin surətindən görünür ki, milis mayoru X12 şöbə rəisi vəzifəsində çalışmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi tərəfindən xx.xx.2001-cü il tarixdə verilmiş 059 saylı vəsiqənin surətindən görünür ki, X6 güzəşt və imtiyazlardan istifadə etmək hüququ verilmişdir. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, Azərbaycan SSR DİN-nin xx.xx.1989-cu il tarixli 3257 saylı əmri ilə X10 “əmək veteranı” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan Xətai rayon MKTB-nin 75 saylı MKİS-i tərəfindən məhkəməyə təqdim etmək üçün verilən xx.xx.2023-cü il tarixli 269 saylı arayışın surətindən görünür ki, Ərizəçi həqiqətən M.Rüstəmov küçəsi 12 saylı evin 132 saylı mənzilində yaşayır və qeydiyyatdadır, göstərilən ünvan əvvəl Taqanroq küçəsi adlanıb, hazırda M.Rüstəmov küçəsidir. İş materiallarında olan Xətai rayon MKTB-nin 75 saylı MKİS-i tərəfindən məhkəməyə təqdim etmək üçün verilən xx.xx.2023-cü il tarixli 270 saylı arayışın surətindən görünür ki, M.Rüstəmov küçəsi 12 saylı evin 132 saylı mənzilində yaşamış X12 xx.xx.2019-cu il tarixli AZ-İİ 018784 saylı ölüm haqqında şəhadətnaməyə əsasən vəfat edib, vəfat etdiyi günə kimi həmin ünvanda ailəsi ilə birgə yaşayıb. İş materiallarında olan AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1942-ci il tarixdə Azərbaycan SSR Tovuz rayonunda anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1942-ci il tarixdə qeydiyyat aparılmışdır, onun atası X11, anası X2r. İş materiallarında olan Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş İ-JQ №313252 nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 və X13 xx.xx.1974-cü il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması barədə akt qeydləri kitabında 4189 saylı aktla qeydiyyat aparılmışdır, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhər İcraiyyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli 6/265№-li qərarına əlavə edilən Ləhiş 203№-li bağ-tikinti kooperativi üzvlərinin siyahısından görünür ki, ünvan 5 ünvanda yaşayan əmək veteranı X10 qeydiyyata götürülmüşdür. İş materiallarında olan AZE seriyalı, 00038352 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1942-ci il tarixdə Azərbaycan, Tovuz rayonunda doğulmuş, onun qeydiyyatı ünvan 6 ünvan olmuşdur. İş materiallarında olan Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 018784 saylı, xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, ərizəçinin nümayəndəsi və vəkili məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, X12 ərizəçinin həyat yoldaşıdır, o, xx.xx.2019-cu il tarixdə vəfat etmişdir, Bakı şəhər X7 İcraiyyə Komitəsinin 6/265 nömrəli xx.xx.1990-cı il tarixli qərarı ilə X6 Ləhiş bağlar sahəsindəki 203№-li Bağ Tikinti Kooperativi nəzdində 0.12 hektar torpaq sahəsi olan 1465 saylı bağ sahəsi ayrılmışdır, Bakı şəhər X7 İcraiyyə Komitəsinin 6/265 nömrəli xx.xx.1990cı il tarixli qərarına əsasən ayrılan torpaq sahələrinin siyahısının 40-cı bəndində onun adı X3 qeyd edilmişdir, X10 ilə AZE seriyalı, 00038352 saylı Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsində, həmçinin AZ-İİ seriyalı 018784 saylı ölüm haqqında şəhadətnamədə göstərilən X12 eyni şəxsdir, ərizəçi hüquqi əhəmiyyəti olan faktı başqa qaydada əldə edə bilməmişdir. Bununla belə, ərizə tələbində müəyyən edilməsi göstərilən faktın hüquqi əhəmiyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, Bakı şəhər X7 İcraiyyə Komitəsinin 6/265 nömrəli xx.xx.1990cı il tarixli qərarı əsasında ayrılan torpaq sahələrinin siyahısının 40-cı bəndi X6 aidddir və həmin sənəd əsasında ona 40 saylı order verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi Bakı şəhər X7 İcraiyyə Komitəsinin 6/265 nömrəli xx.xx.1990-cı il tarixli qərarı ilə təsdiq edilmiş 203№-li Bağ Tikinti Kooperativinin üzvlərinin siyahısının 40-cı bəndinin və Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X8 bağlar sahəsindəki 203№-li Kooperativinin 40№-li orderinin X6 məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktınını müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhər X7 İcraiyyə Komitəsinin 6/265 nömrəli xx.xx.1990cı il tarixli qərarı ilə təsdiq edilmiş 203№-li Bağ Tikinti Kooperativinin üzvlərinin siyahısının 40-cı bəndinin və Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X8 bağlar sahəsindəki 203№-li Kooperativinin 40№-li orderinin xx.xx.1942-ci il tarixdə Azərbaycan, Tovuz rayonunda doğulmuş X6 məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Bakı şəhər X7 İcraiyyə Komitəsinin 6/265 nömrəli xx.xx.1990-cı il tarixli qərarı ilə təsdiq edilmiş 203№-li Bağ Tikinti Kooperativinin üzvlərinin siyahısının 40-cı bəndinin və Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X8 bağlar sahəsindəki 203№-li Kooperativinin 40№-li orderinin xx.xx.1942-ci il tarixdə Azərbaycan, Tovuz rayonunda doğulmuş X6 məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-755/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-755/2024
23.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver