Məhkəmə qərarları › İş №2(011)-7553/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7553/2024

05.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7553/2024 05.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əşyalarının mənzildən çıxarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X6 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan Xətai rayonu, Qaçaq Nəbi küçəsi 7, mənzil 73 saylı mənzilin cavabdeh tərəfindən öz vəsaiti hesabına əşyaların boşaldılması, ödədiyi rüsumun iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində olan 0,12173 ha torpaq sahəsində yerləşən 7 saylı 9 mərtəbəli binada 48,05 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 73 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət reyestrində 359 saylı reyestr kitabında öz əksini tapıb. 05 fevral 2008-ci il tarixində xüsusi mülkiyyəti kimi qeydiyyatda alınıb. X1 11 noyabr 2005-ci il tarixində cavabdeh X4 qızı X7 ilə rəsmi nikaha daxil olmuşlar. Bir müddət sonra müəyyən səbəblərdən 10 oktyabr 2016-cı il tarixində Xətai rayon Məhkəməsinin qətnaməsi əsasında rəsmi olaraq nikahları pozuldu. X10 keçmiş həyat yoldaşı və iddiaçının keçmiş gəlini olan Süleymanova Günay ata evində ona qarşı yaranmış problem sayəsində humanistlik edərək adı çəkilən ünvanda yaşamasına razılıq verdi. O, keçmiş gəlini nikah pozulandan sonra cehiz əşyalarını aparmamışdı. Süleymanova Günay ölən günə qədər iddiaçının xüsusi mülkiyyətində yaşadı. X14 evlənəndən sonra müəyyən səbəbdən iddiaçı qızına verdiyi mənzilə köçməli oldu. Hal-hazırda qızı ilə qalır. Cavabdehin qızı iddiaçının keçmiş gəlini öləndən sonra dəfələrlə cavabdehə və onun ailəsinə evdə olan əşyaların çıxarılmasını xahiş etsə də əşyanı çıxarmaqdan imtina etdilər. Narazılıq olmasın deyə 8 saylı mediasiya təşkilatına müraciət etdi. Cavabdeh 30 avqust 2024-cü ildə mediasiyaya dəvət olunsa da gəlməkdən imtina etdi. Adı çəkilən ünvanda olan mənzil iddiaçının xüsusi mülkiyyətində olsa da iddiaçı öz mənzilindən istifadə edə bilmir. Bu isə onun hüquqlarının pozulması deməkdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə cavabdeh X4 əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinə uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasında X9 bildirmişdir ki, onun qızı Günay Süleymanova iddiaçının oğlu ilə evlənmiş, tərəflərin X8 adlı bir övladları dünyaya gəlmişdir. Tərəflər boşandıqdan sonra da qızı iddiaçının evində yaşamışdır. Qızı G.Süleymanova vəfat etdikdən sonra nəvəsi X8 onunla yaşamağa başlamışdır. Qızına məxsus əşyalar nəvəsinə qalmışdır. Həmin əşyalar hazırda iddiaçının mənzilindədir. Onlar həmin əşyaları mənzildən çıxarmağa razıdırlar. İşin faktiki halları: İş materiallarında olan MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində olan 0,12173 ha torpaq sahəsində yerləşən 7 saylı 9 mərtəbəli binada 48,05 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 73 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, cavabdeh iddiaçının nəvəsidir. İddiaçının oğlu ilə gəlini Süleymanova Günay arasında olan nikah münasibətlərinə xitam verilmişdir. Süleymanova Günay vəfat etmiş, ona məxsus əşyalar iddiaçının mülkiyyətində olan mənzildə qalmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respubikasının Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək və iddia tələbinə qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, qeyd edilən mənzil İddiaçı mülkiyyətindədir. İddiaçı göstərilən mənzilin mülkiyyətçisi olduğundan o, həmin mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin vəfat etmiş anasına məxsus əşyalarını qeyd edilən mənzildən çıxarmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, iddiaçı mənzilin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mənzildən cavabdeh X5 məxsus əşyaların çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh X2 bu mənzildə əşyalarının olması iddiaçının mənzilə olan mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh (anası Süleymanova Günaya) məxsus əşyalar iddiaçının mülkiyyətində olan ünvan 1 ünvandan çıxarılmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən 100 manat vəsait alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh (anası Süleymanova Günaya) məxsus əşyalar iddiaçının mülkiyyətində olan ünvan 1 ünvandan çıxarılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq Cavabdeh 100 (bir yüz) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar